Hüquqi dövlətdə insan və azadlıqlarının Azərbaycan Konstitusiyasında təsbiti

 

          Hüquqi dövlət anlayışı bütün sosial birliklərin, o cümlədən ayrı-ayrı fərdlərin hüquqa hörmət etdiyiniona münasibətdə bərabər vəziyyətdə olduğunu göstərir. Belə bir dövlət mülkiyyətin hakimiyyətindən, xüsusi sərvətin kollektiv sərvətdən ayrılmasının təsislatlandırılması nəticəsində yaranır. Bunun sayəsində fərdlər, azad əmək müqaviləsindən istifadə etməklə, öz kapitalını, texniki biliklərini, işçi qüvvəsini və i.a. istədikləri şəkildə istifadə etmək azadlığı əldə edirlər. Məhz bu mənada belə bir dövlətin hakim olduğu cəmiyyəti çox vaxt «müqavilə cəmiyyəti» adlandırırlar.

 

          R.Quliyev yazır ki, hüquqi dövlətin əlamətləri aşağıdakılardır:

 

          - qanunun aliliyi, hüququn üstünlüyü;

 

          - vətəndaşların hüquqlarının müdafıəsi;

 

          - dövlət hakimiyyəti həddinin müəyyən edilməsi;

 

          - şəxsiyyətin hüquqlarının təmin edilməsi; qrup hüquqlarının müdafıəsi; hakimiyyət bölgüsü;

 

          - məhkəmə və qanun qarşısında hamının bərabərliyi;

 

          - konstitusiya nəzarəti;

 

           - dövlət və qeyri-dövlət təsisatlarının (partiyaların, ictimai təşkilatların və s.) funksiya və səlahiyyətlərinin məhdudlaşdırılması;

 

           - dövlətin vətəndaşlar qarşısında məsuliyyəti, vətəndaşların sosial mühafizəsi, onların dövlət qarşısında məsuliyyəti.

 

             Hüquqi dövlətin yaradılmasında əsas amil kimi vətəndaş cəmiyyətinin olması çıxış edir. İ.Kant hesab edirdi ki, hər kəsin azadlığı ilə hamının azadlığının nisbətində müəyyənedici amil vətəndaş cəmiyyətinin formalaşmasıdır. Onun fıkrincə, vətəndaş cəmiyyəti cəmiyyətin üzvü olan insanların azadlığı, onun digər təbəqələrlə bərabərliyi, cəmiyyət üzvünün vətəndaş kimi müstəqilliyi və başqa prinsiplərə əsaslanır. Hegelin fikrincə isə, fərdlər qarşılıqlı əlaqələrdən, deməli vətəndaş cəmiyyətindən kənarda qala bilməzlər. Alman klassik fəlsəfəsinin banisi İ.Kantın fikrincə, hüquq insanların davranışının xarici formalarını tənzimləməlidir. Dövlət isə "Hüquqi qanunlara tabe olan insanlar çoxluğudur". Dövlətin rifahı, onun əqidəsincə, mükəmməl hüquqdur. Bu məqam Kantı "hüquqi-dövlət" ideyasının banilərindən biri hesab etmək üçün əsas vermişdir. Onun fikrincə, hüquq qanunlarına əməl etməyən dövlət öz etimadını itirə bilər. Bu zaman insanlar şüurlu surətdə həmin dövlətlən özgələşməyə başlayırlar.Hakimiyyət bölgüsü hüquqi dövlətin çox mühüm prinsipi kimi çıxış edir. Bu ideya ilk dəfə Ş.Monteskye tərəfindən irəli sürülmüşdür. o, inqilabdandan (XVII əsr) sonra İngiltərədə yaranmış obyektiv şəraiti əks etdirirdi. Belə ki, orada hakimiyyət başına gəlmiş burjuaziya hakimiyyəti feodallarla bölüşməyə, hakimiyyət bölgüsü aparmağa məcbur idi. Qərb ideoloqlarının nümayəndəsi olan Monteskye belə hesab edirdi ki, üç hakimiyyətin bir əldə toplanması sui-istifadə hallarına səbəb ola bilər. J.J.Russo bu bölgünü xalqın vahid ali hakimiyyətinin xüsusi təzahürü hesab edirdi. O yazırdı ki, qanunvericilik hakimiyyətini xalq birbaşa yığıncaqlarda həyata keçirir (onun fikrincə, yalnız böyük dövlətlərdə nümayəndəli orqan yaradıla bilər).1787-ci il ABŞ Konstitusiyasının müəllifləri hakimiyyət bölgüsünün hər iki anlamını birləşdirməyi məqsədəuyğun hesab edirdilər. Onlar bir tərəfdən xalq suverenliyini elan edir, digər tərəfdən isə hakimiyyəti üç yerə: qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölürdülər. Burada hakimiyyət bölgüsü zamanda müəyyən məhdudiyyətlər və tarazlaşdırma sistemi ilə müşaiyət olunur. Sonradan hakimiyyət bölgüsü demokratik hüquqi dövlətin mühüm prinsipi kimi dünyanın mədəni ölkələrinin hamısının konstitusiyalarında öz əksini tapmışdır.  Qeyd etmək lazımdır ki, federativ dövlətdə hakimiyyətin üfqi bölgüsü ilə yanaşı, federasiyaonun subyektləri arasında onun şaquli bölgüsümövcuddur.   Latın Amerikasının bəzi ölkələrinin Konstitusiya doktrinasında dördüncü hakimiyyəti də ayırırlar. Bu, seçki hakimiyyəti adlanır (seçki yaşına çatan və müəyyən senzə uyğun gələn adamların korpusu). Onun təşkilati forması seçki tribunallarıdır (onlar namizədlər arasındakı mübahisəli məsələləri həll edir, kimin seçildiyini elan edirlər).    Bəzən hakimiyyətin çoxlu qollarından danışılır. Bütün bunlara baxmayaraq, hakimiyyət bölgüsü «bütün dərdlərin dərmanı» deyildir. O, müvafiq siyasi mədəniyyətin olmasını, hakimiyyətin məhdudlaşdırılmasını, dövlət hakimiyyətinin tamlığını və s. nəzərdə tutur. Belə bir cəhəti də unutmaq olmaz ki, hakimiyyət bölgüsü siyasi yox, məhz dövlət hakimiyyətinə aid olan bir hadisədir. Nəhayət, hakimiyyət bölgüsü eyni zamanda hakimiyyət vəhdətini və tamlığını nəzərdə tutur. Başqa sözlə desək, bu, hakimiyyət qollarının tam müstəqilliyi demək deyildir. Tam müstəqillik əslində hakimiyyətin məhvi deməkdir.Müasir polıtologiyanın nümayəndəsi P.Darrendorfun konsepsiyasına görə, "vətəndaş cəmiyyəti imtiyazların ləğv edilməsi, habelə hamı üçün ümumi olan normaların yaradılması və saxlanması deməkdir... onıın mahiyyəti aşkarlıqda, azadlıqdadı".

 

     Beləliklə, hüquqi dövlət bir sıra ümumi tələblərə cavab verməlidir ki, onlardan da bizim tərəfımizdən tədqiq olunan problem kontekstində aşağıdakıları göstərmək olar:

 

          - vətəndaşların hüquq və azadlıqlarına hərtərəfli təminatın verilməsi;

 

          - vətəndaşların konstitusion hüquq və azadlıqlarının praktiki reallaşdırılması və müdafıəsinə dair nizamlı, mürəkkəb olmayanasan hüquqi mexanizmin olması;

 

          - vətəndaşların hüquqyaradıcı prosesdə iştirakına dair işlənmiş demokratik proseduıların mövcudluğu;

 

          - ölkə vətəndaşlarının yüksək hüquqi bilikhüquqi mədəniyyət səviyyəsinin olması.  Demokratik-hüquqi dövlətdə və ədalətli vətəndaş cəmiyyətində ümumən qəbul olunmuş insan hüquq və azadlıqları haqqında normaların səmərəliliyi və reallaşması bir çox şərait və amillərin olmasından asılıdır. Onlara tədqiqatçılar tərəfindən dövlət hakimiyyəti orqanları sistemində demokratiya təsisatlarının qanunvericiliyin inkişaf səviyyəsi, iqtisadiyyatın vəziyyəti, cəmiyyətin mənəvi-mədəni potensialı və s. aid edilir. İnsan hüquqlarına dair normaların reallaşmasına qeyd olunan və digər amillərin təsiri onların həyata keçirilməsinə zəmin yaradır. Bununla yanaşı insan hüquqları və azadlıqların təkamülü və reallaşmasına beynəlxalq səviyyədə işləyən mexanizmlərlə bərabər milli mexanizmlər də təsir göstərir. Müasir dövrdə hər kəsə öz hüquqlarını müdafıə etmək üçün beynəlxalq orqana birbaşa müraciət etmək hüququ verilir. Lakin öz hüquqlarını müdafıə etmək üçün beynəlxalq orqanlara müraciət etmək hüququna fərd yalnız bunun üçün dövlətdaxili bütün müvafiq imkan və vasitələri istifadə etdikdən sonra malik ola bilər. Demokratik ölkələrdə konstitusiyalarda və qanunvericilikdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının müdafləsinin təmin olunmasına kömək edən təsisat və mexanizmlər sisteminin yaradılması və işləməsi sahəsində böyük təcrübə toplanmışdır.          İnsan və vətəndaş hüquq və azadlıqlarının reallaşdırılmasına demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan Respublikasında da böyük əhəmiyyət verilir. Onların elanedilmə dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası, mütəxəssislərin fıkrincə, ümumi qəbul olunmuş və tanınmış beynəlxalq standartlara cavab verir. Konstitusiyada həm insan və vətəndaş hüquq və azadlıqları geniş təsbit edilmiş, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir.          Konstitusiyanın insan və vətəndaş hüquqları, azadlıqları və vəzifələrinə həsr olunmuş ikinci bölməsinin 3-cü fəsli «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanır. Bu fəslin bütün mətni, mütəxəssislərin fıkrincə, insana, onun ləyaqəti və hüquqlarına hörmət ruhunda yazılmışdır. Bəşər sivilizasiyasının iki mütərəqqi ideyasının - konstitusionalizminsan hüquqlarının müdafıəsi ideyalarının üzvi surətdə bağlılığı Azərbaycan Respublikasmın Konstitusiyasında özünün geniş ifadəsini tapmışdır. Konstitusiyaya görə, insan və vətəndaş hüquqları və azadlıqlarının əsas prinsipi hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olması, hüquqlar və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə etməsidir.

 

        

 

  Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 18 aprel.- S15