Hüquqi dövlətdə siyasi hakimiyyətin subyektləri

 

 

                

          Hüquqi dövlətdə siyasi hakimiyyətin müxtəlif subyektləri vardır. Bunlar aşağıdakılardır:

     1. Assosiyalaşmamış qruplar;

     2. Anomik qruplar;

     3. Lobbizm;

     4. Elita;

          5. Liderlik:

          Assosiasiyalaşmamış qruplar müəyyən struktura, yaxud mənafelərin formalaşdırılması üsuluna malik deyildirlər. Onlar zəif təşkil olunmuş, yaxud qeyri-mütəşəkkil müxtəlif sosial-demoqrafiketnik birliklərin üzvlərinə kömək etmək məqsədilə hökumət üzvləri ilə sıx əlaqə saxlayırlar.

          Anomik qruplar spontan, qısa müddətli qruplar olub, tərkibi qeyri-mütəşəkkil, nümayişlər və həyacanlar zamanı öz narazılığını ifadə edən fərdlərdən təşkil olunurlar. Belə qruplar əgər uzun müddət mövcud olurlarsa, ondan artıq anomik qrup olmur və assosiasiyalaşmış qrupa çevrilir, öz məqsədlərinə nail olmaq üçün zorakı metodlardan istifadə edirlər.

          Qrupu siyasi hakimiyyət subyekti kimi təhlil edən alimlər belə hesab edirlər ki, onun fəaliyyətinə insanların cəlb  olunması üç əsas amillə şərtlənir; maddi maraq; ümumi mənafelərlə həmrəylik, müəyyən məqsədin əldə edilməsi uğrunda mübarizə. Hakimiyyət orqanlarına təsir göstərmək üçün qruplar adətən təzyiq metodlarından istifadə edirlər. Siyasi mənafelər əsasında birləşən qrupların istifadə etdikləri təzyiq vasitəsi lobbizm adlanır. Əvvəllər istifadə olunan lobbizm vasitələri- nahara dəvət etmək, bahalı hədiyyə, yaxud rüşvət vermək və i.a. qabaqcıl ölkələrdə indi demək olar istifadə olunmur. Hazırda onun ən geniş yayılmış  forması seçki kampaniyası zamanı namizədlərdən birinin, yaxud müvafiq partiyanın nəfinə pul xərcləməkdir.  Daha sonra, bir çox ölkələrdə hökumət üzvlərinə kömək edə biləcək materialların hazırlanması praktikası tətbiq olunur.

          Mənafe qruplarının öhdəsində bir çox başqa metodlar da vardır: nümayişlər, boykot, tətillər, reklam və hətta kitab nəşri. Onlar kütlələrin və rəsmi dairələrin diqqətini müəyyən bir aktual problemə cəlb etmək üçün bütün vasitələrdən istifadə edirlər: məsələn, təbiəti müdafiə qrupları teatr səhnələrindən, nüvə sınaqları keçirilən bölgələrə yürüşlərdən, maşınların nümayişkaranə şəkildə dəfn edilməsindən və s. istifadə edirlər. Öz  fəaliyyətində müəyyən nəticələr əldə edə bilən qruplar adətən qanunvericilik orqanlarının aparat işçiləri ilə yaxın əlaqədə olurlar. Deputatın mənsub olduğu partiya vasitəsilə onunla əlaqə saxlanılır. Ən yaxşı tədqiq olunmuş qruplardan biri siyasi hakimiyyət subyekti olmaq iddiasında olan elitadır.

          Bir sıra görkəmli mütəfəkkirlər qədim zamanlarda iddia edirdilər ki, elitanın (fransız dilində "ən yaxşı", "seçilmiş" deməkdir) köməyi ilə ideal siyasi sistem yaratmaq olar. Platonun təsvir etdiyi ideal dövləti filosoflar idarə edirdilər. Elita nəzəriyyəsinin işlənib hazırlanması XX yüzilə təsadüf edir. Onun əsasına Pareto, Moska, Mixelsb. qoymuşlar. Onların anlamında elita öz fəaliyyəti sahəsində ən yüksək mövqe qazanan adamlar (Pareto), hakimiyyəti əldə etməyə can atan, siyasi cəhətdən daha fəal mütəşəkkil azlıq (Moska), cəmiyyətdə daha çox nüfuza, statusa, var-dövlətə sahib olan adamlar; kütlə üzərində intellektual, yaxud əxlaqi üstünlüyə malik, ən yüksək məsuliyyət hissi olan adamlar (X.Orteqa-i-Qasset), hakimiyyət mövqelərinə malik olan adamlar (A.V.Etzioni), harizmaya malik adamlar (L.Froynd), qeyri-yaradıcı əksəriyyətin əksinə olan yaradıcı azlıq (A.Toynbi) və i. a. kimi qələmə verilir.

          Elitanın daxili sturkturuna əsasən onu siyasi, iqtisadi, hərbi, kommunikativ, çox zaman, hətta bürokratik elitaya ayırırlar. Həmin sistemdə başlıca yer siyasi elitaya məxsusdur. Partiyaların fəaliyyətindən asılı olaraq, ayrı-ayrı ölkələrdə onun rolu çoxya az ola bilir. Məsələn, İtaliyada onun rolu az, ABŞ-da isə çoxdur. Böyük müəssisələrin sahibləri, direktorlar, yüksək vəzifəli şəxslər, xüsusi firmaların idarə aparatında işləyən menecerlər iqtisadi elitanı təşkil edir. Siyasi elitaya münasibətdə iqtisadi elita çox vaxt təzyiq qrupu kimi çıxış edir.

          Bürokratik elita çox vaxt siyasi elitanın bir hissəsi hesab olunur. Hakimiyyətin reallaşmasında onun iştirakı mühüm ümumsiyasi qərarların işlənib hazırlanmasında özünü göstərir. Onun nümayəndələri öz fəaliyyəti sferasında müstəqil qərarlar qəbul etmək səlahiyyətinə də malikdirlər. Dövlətdə silahlı qüvvələrin inkişaf səviyyəsi burada hərbi elitanın mövqeyini müəyyən edir. Siyasi sahədə o, spesifik təzyiq qrupu kimi, iqtisadi sahədə isə hərbi sifarişləri yerinə yetirənlərlə sıx əlaqədə öz mənafeyini reallaşdırır.

          Kommunikativ elita ixtiyarında olan informasiya vasitələrinin köməyi ilə ictimai rəyə təsir etməklə, siyasi həyatda iştirak edir. Siyasi hakimiyyət subyektlərindən danışarkən daha bir mübahisəli məsələni aydınlaşdırmaq lazım gəlir. Məlumdur ki, marksizm-leninzm təlimi antoqonist adlandırdığı cəmiyyətlərdə sinifləri (daha doğrusu, "hakim sinfi") siyasi hakimiyyətin başlıca subyekti hesab edirdi. Hətta sosializm cəmiyyətində də, formal olaraq, xalq hakimiyyətindən danışılsa da, real həyatda həmişə fəhlə sinfi hakimiyyətin başlıca subyekti hesab olunmuş, müxtəlif vasitələrlə onun rolu şişirdilmişdir.

          Bununla belə, indiyədək tərkibində yaşadığımız cəmiyyətin acı təcrübəsi göstərir ki, marksizmin bu müddəası istər nəzəri, istərsə də əməli cəhətdən həmişə şübhəli olmuşdur. Nəzəri cəhətdən bütöv bir sinfi hakimiyyət subyekti elan edən marksizm-leninizm bu zaman onun dəqiq mexanizmini göstərməmiş, yalnız bunu əsas tutmuşdur ki, madam ki, siyasi hakimiyyət iqtisadi hakimiyyətin sadəcə davamıdır, deməli, istehsal vasitələrinin sahibi olan sinif avtomatik olaraq həm də siyasi hakimiyyətin sahibi olur.

          Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, birincisi, iqtisadi hakimiyyətin sahibi olmaq hələ öz-özlüyündə, siyasi hakimiyyətə sahib olmaq demək deyildir. Yəni müxtəlif siniflər istehsal vasitələrinin sahibi ola bilsələr də və bu zaman hətta siyasi hakimiyyət onların əlində olsa da, onlar təkcə iqtisadi hakimiyyətin köməyi ilə siyasi cəhətdən idarə edə bilmirlər. SSRİ-də məhz belə olmuşdur. Digər tərəfdən isə müasir cəmiyyət o qədər dərin differensiasiya uğramışdır ki, sinfi əlamətə əsasən siyasi hakimiyyət subyektlərinin təsnifatını vermək olmur.

          Hazırda öz dövlət müstəqilliyini bərpa etmiş respublikamız demokratik qüvvələrin rəhbərliyi altında totalitar hakimiyyət strukturlarının dağıdılması, yeni hakimiyyət strukturlarının yaradılması dövrünü yaşayır. Şübhəsiz, bu, çox çətin və əzablı bir prosesdir. Lakin xalqımızın demokratik dövlət yaratmaq əzmi bizdə həmin prosesin uğurlu gələcəyinə inam yaradır.

          Liderlik politologiyada insanlarsosial qruplar arasındakı münasibətləri tənzimləyən mexanizmdir. Onun mahiyyəti dominantlıq, tabeçilik, təsir və təbliğat qurmaqdır. Siyasi liderliyi başa düşmək üçün onun təbiətini və mahiyyətini açmaq lazımdır. Bu sahədə üstünlük xarici politoloqlara məxsusdur. Burada ümumi xətt siyasi liderin xarakterinin təhlil olunmağa başlanması idi. Xarakter nəzəriyyəsi qanunauyğunluğu ideal liderlərdən "qəhrəmanlardan" başlayır. Burada vacib rolu ingilis alimi XIX əsrdə yaşamış.F. Qallon oynamışdır. O, psixoloqantropoloq idi. F.Qalton bioloji qanunları insan cəmiyyətinə uyğunlaşdırmağa çalışmışdır. Siyasi liderin arzu olunanvacib olan xarakterlərini toplamaq onun əsas məqsədi idi. Siyasi rəhbərlərin empirik xüsusiyyətlərini ümumiləşdirmək lazımi nəticəni verməmişdir. Bu istiqamətdə digər alim R.Stoqdill də 124 lideri araşdırdıqdan sonra böyük müxtəlifliklərlə qarşılaşmışdır. Nəticədə heç bir xarakterlə alimlər razılaşmamışdır.

              Onlar əsasən liderin ağıl, iradə və prinsipiallıq kimi keyfiyyətlər hesabına önə çıxdıqlarını iddia etmişlər.

     1)  Bəzi alimlər iddia edirdilər ki, prinsipial insanlar kütləvi çıxışlara qarşı çıxa bilir, amma əsl lider qruplaşmaların və çoxluğun istəklərinə qarşı geri çəkilməyi bacarmalıdır.

              2)  İkinci qrup alimlər şəxsi keyfiyyətlərlə prosesində və ya siyasi qərarların qəbulu zamanı liderin keyfiyyətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini və ayrı öyrənilməsini lazım bilirlər. "Xarakter nəzəriyyəsi" tərəfdarları daha çox bunun fərqindədirlər. Qeyd edək ki, bu nəzəriyyə tərəfdarlarını liderlik axtarışında ikinci dalğa hesab edirlər. Onlar deyirlər ki, liderin davranışı vəziyyətdən asılıdır. Amerika politoloqu J.Ceninqs bunu belə şərh edirdi ki, "əgər vəziyyət Napoleon üçün yetişməyibsə, onda Napoleon vəziyyət üçün yetişir". Bu, o deməkdir ki, böyük lider vəziyyəti hiss edironu öz xeyrinə dəyişdirməyi bacarır.

              3) Üçüncü qrup alimlərin isə nəzəriyyələrində liderin şəxsi keyfiyyətlərini yox, onun davranışlarının aparıcı rolu təhlil olunur. Belə ki, burada qruplar onlara xoş gələn lideri seçir və həmin lider o qrupun psixologiyasını bilavasitə ehtiva edir. Əslində, onlar da belə vəziyyətin liderin sərbəst fəaliyyətini məhdudlaşdırdığını və ümumiyyətlə, liderlik prinsiplərinə mənfi təsir göstərdiyini qeyd edirlər. Əsas səbəb kimimüasir dövrdə liderliyin zəifləməsinə işarə edirlər.

              Müasir avropalılar isə liderliyi çoxşaxəli şəkildə qeyd edirlər. Burada:

              a)  Liderin öz xarakteri;

              b)  Onun seçicilərinin xüsusiyyətləri;

              c)  Seçicilərlə qarşılıqlı əlaqəsi;

              d)  Porodoksal vəziyyətlərdə özünü aparmaq keyfiyyətləri;

              Ona görə də liderliyi şəxsiləşdirmək olmaz. Siyasi lider siyasi proseslərin həm subyekti, həm obyektidir. Məsələn, subyekt kimi demokratik hərəkatın başına keçə bilər. Cəmiyyət onu irəli sürənlərin maraqlarını ehtiva edər. Lakin bunlarla yanaşı, o, hakimiyyətə nail olur bütün resursları səfərbər edir.

              Həm siyasi lider siyasi proseslərin obyektidir. Tarixdən məlumdur ki, müxtəlif zamanlarda siniflərin siyasi liderlərə ehtiyacı olub. Qeyd olunmalıdır ki, lider cəmiyyətin tələblərinə maraqlarına cavab vermək lazım gələndə, onlara güzəştə getməyi bacarmalıdır. Siyasi liderlər müəyyən əlamətlərə malik olurlar:

              1.  Özünün siyasi proqramı olmalı onu reallaşdırmalıdır.

              2. Lider məşhur nüfuz məsuliyyət kimi keyfiyyətlər daşımalıdır. O kəslər ki, bu məsuliyyəti öhdəsinə götürə bilir lider rolunda çıxış edir, məhz onları əsl lider adlandırmaq olar.

              Lider müxtəlif siniflərin mənafeyini ehtiva edir. Adətən, keçid dövrlərində siyasi liderə böyük ehtiyac duyulur. Çünki bu zamanlarda cəmiyyətə düzgün vacib qərarlar qəbul olunması lazım olur. Liderin əsas vəzifəsi aktivlik yaratmaq, passivliyi aradan qaldırmaq kütləni mövcud problemin həllinə cəlb etməkdir. Siyasi lider qəddar olmamalıdır.

              Bununla yanaşı siyasi lider aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

             - Bu ya digər qrupun fikirlərini ifadə etmək bu fikri

          müdafiə etmək ya nəzərə almaq;

            - Cəmiyyətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır. Elə bu keyfiyyət ona nüfuz qazandırır;

             -  İnsanların aktivliyini təşkil etmək;

             -  Rabitəlilik natiqlik qabiliyyəti;

             - Yüksək siyasi mədəniyyət;

             -  Parlaq şəxsiyyət, mərifət, dürüstlük, nəzakətlilik kimi yüksək mənəvi keyfiyyətlərə sahib olmalıdır;

            - Siyasi liderin proqramı olmalıdır bunu yerinə yetirməlidir. Eyni zamanda, şəxsi keyfiyyətləri, yəni iradəli, məqsədyönlü möhkəm olmalıdır;

              - Məşhurluq, kütləni ələ almaq s.

              Lider doğulmurlar, olurlar. Onları səlahiyyətləri yetişdirir. Liderlər o kaslər olur ki, kütlənin maraqlarına cavab verir.

             

         

   VAHİD ÖMƏROV,

  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 21 aprel.- S15.