Tibb elminin inkişafına töhfələr vermiş görkəmli oftalmoloq-alim

 

Nəsimidə Zərifə xanım Əliyevanın doğum gününün 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirildi

 

Hər il olduğu kimi bu il də ölkəmizdə Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın doğum günü təntənə ilə qeyd olunur. Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününün 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirildi.

YAP Nəsimi rayon təşkilatı fəallarının iştirakı ilə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat HematologiyaTransfiziologiya İnstitutunda keçirilən tədbirdə çıxış edən rayon təşkilatının sədri Məlahət İbrahimqızı rayon təşkilatı tərəfindən hər il aprel ayının 22-də ənənəvi olaraq görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. O, vurğuladı ki, Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermişelmi-pedaqojiictimai fəaliyyəti ilə həkimlərin, yeni nəslinin yetişməsində və oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur:"Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Nəcib insan Zərifə Əliyeva həmçinin həyata keçirdiyi xeyirxahhumanist işləri ilə də yaddaşlarda silinməz xatirələrlə qalmışdır".

Xalqına və peşəsinə daim sadiq olması, onun görkəmli alim, pedaqoq, həm də xalqını, vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğunu vurğulayan M.İbrahimqızı qeyd etdi ki, göz həkimi olan Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdir. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir.

Rayon təşkilatının sədri Nəsimi rayon sakinlərinin könüllü olaraq qanvermə aksiyasında fəal iştirakını təqdirəlayiq olduğunu diqqətə çəkdi. Xəstələrin, ciddi problem yaşayan insanların onlardan alınan qanının hər damlasının bir həyat olduğunu bildirən Məlahət xanım bu təşəbbüskarlığa görə onlara minnədarlığını bildirdi. Qeyd edək ki, qanvermə aksiyasında 300 nəfərə yaxın könüllü iştirak edirdi.

YAP Nəsimi rayon təşkilatı qadınlar şurası üzvlərinin iştirakı ilə rayon ərazisində yaşayan görmə qabiliyyətini itirmiş 50 nəfər rayon sakini isə 5 saylı Şəhər Poliklinikasında tibbi müayinədən keçirildi. Sonra həmin şəxslər üçün "Millenium" restoranında nahar süfrəsi verildionlara ərzaq yardımı olundu.

   

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2015.- 23 aprel.- S10.