Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı ARDNŞ-nin 3 saylı Nəqliyyat Departamenti ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbiri ARDNŞ-nin 3 saylı Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb. O, vurğulayıb ki, Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycan çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: "O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Bu gün isə Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın ən öncül dövlətləri sırasında yerini alıb".

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov da Ulu Öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi 13 ildə Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyimizin əbədiliyini təmin etmək üçün reallaşdırdığı qlobal miqyaslı layihələrdən danışıb. Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyətinin hər bir sahəsi fundamental tədqiqat mövzusudur: "Hələ sovet dövründə Azərbaycana uğurla rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi-iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli Liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik yaratdı. Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlamüasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir".

3 saylı Nəqliyyat Departamentinin baş mexaniki Fədayət Nağıyev və digərləri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıblar. Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən və qüdrətlənən bir ölkəyə çevrilib. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə, həmçinin, ARDNŞ-nın 3 saylı Nəqliyyat Departamenti ərazi ilk pariya təşkilatı yaradılıb və ilk partiya təşkilatının 32 nəfər üzvünə partiya vəsiqələri təqdim edilib.

 

R.KAMALQIZI

Səs.- 2015.- 30 aprel.- S10.