Heydər Əliyev ideyaları müasir Azərbaycanın dinamik inkişafının əsasıdır

 

Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ərazi ilk təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov, SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ərazi ilk partiya təşkilatının sədri Nofəl Abdullayev və başqaları çıxış edərək bildiriblər ki, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, xalqın sarsılmış inamının aradan qaldırılmasında mühüm rol oynadı. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin müəyyən hissəsi işğal olunmuş bir ölkənin Prezidenti seçilib. Qeyd edilib ki, xarizmatikmüdrik lider olan Heydər Əliyev Azərbaycanın Qərb və Şərq ölkələri ilə sıx əlaqələr qurmasına nail olubbununla da öz ölkəsini dünya miqyasında mühüm əhəmiyyətli dövlətlər sırasına daxil edib.

Natiqlər müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən də danışıblar. Bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirin sonunda YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatındakı aktiv iştirakına görə bir qrup fəal fəxri fərmanla mükafatlandırılıb, həmçinin, voleybol yarışında qalib gəlmiş SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandasının üzvlərinə hədiyyələr təqdim edilib.

 

RƏFİQƏ

Səs.- 2015.- 30 aprel.- S.12.