Regionlarda turizm infrastrukturu
genişlənib
Dünən Naftalan şəhərində
yerləşən Heydər
Əliyev Mərkəzində
"Gəncəbasar bölgəsində
turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli
istifadə etməklə
turizmin inkişafının
gücləndirilməsi" mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. İclasda nazirliyin
kollegiyasının üzvləri,
Naftalan şəhər
icra hakimiyyətinin başçısı Natiq
Aslanov, Samux rayon icra hakimiyyətinin başçısı Alı
Qocayev və digər qonaqlar iştirak edib.
Tədbirdə giriş sözü ilə ilk əvvəl Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq
Aslanov çıxış
edərək Naftalan hələ sovetlər vaxtından sağlamlıq
turizmi sahəsində
çoxsaylı xarici
qonaqları qəbul etmiş və bu gün də
MDB məkanında məşhur
olduğunu bildirib. Çıxışı zamanı icra hakimiyyətinin başçısı
Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün
son illər yeni-yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hal-hazırda da bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz
açıb.
Daha sonra çıxış edən
Azərbaycan Respublikasının
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu regionda turizmin
inkişafından danışıb. Nazir bildirib
ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə
regionlarda turizmin inkişafı infrastrukturunun
genişləndirilməsi prosesi
sürətlə gedir.
Ölkə başçısının
il ərzində
regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı
onun bu sahəyə
yüksək diqqətinin
göstəricisidir.
Nazir, həmçinin
son illər turizmdən
gələn gəlirlərdən
söz açıb və I Avropa Oyunları kimi möhtəşəm tədbirlərin
ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə
xidmət edəcəyini
bildirib. Hər il ölkəmizdə
40-a yaxın otelin açılmasının sevindirici
hal olmasının və bu prosesin
davam etdiyini vurğulayıb.
İclas zamanı nazir bu bölgədə lisenziyasız fəaliyyət
göstərən mehmanxanaların
çoxluğundan narahatlığını
ifadə edib və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar verib.
Sonda "Azərbaycan
sağlamlıq və
termal turizminə dəstək ictimai birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət
göstərən mehmanxanalar
arasında birgə əməkdaşlıq fəaliyyətinə
dair niyyət protokolu" imzalanıb.
ZÜMRÜD
Səs.- 2015.- 30 aprel.- S.13.