117 yaşlı Azərbaycan kinosu

 

2 Avqust Azərbaycan Milli Kino Günüdür

 

Azərbaycan Milli Kino Günü artıq neçə illərdir ki, kinematoqrafçıların peşə bayramına çevrilib. Hər il ənənəvi olaraq 2 avqust tarixini kino işçiləri peşə bayramı kimi qeyd edir, yaratdıqları filmlərlə peşəkar səviyyədə olduqlarını nümayiş etdirirlər. Sözsüz ki, onların əməyi dövlət tərfindən yüksək qiymətləndirilir və müxtəlif fəxri adlar, mükafatlarla təltif olunurlar. Azərbaycanın müstəqillik əldə etməsi ilə kino işçilərinin də peşə bayramı 27 avqust tarixində deyil, məhz bu gün qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında 2 Avqust Milli Kino Günü elan olundu. Təbii ki, yeni baxışlar, yeni quruluş cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən azalmışdır. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Belə ki, "Yarasa", "Özgə vaxtı" filmləri o illərin ən mükəmməl filmləri sırasındadır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qayıdışı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında yeni bir dövrün başlanğıcı oldu. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmişmüasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını çıxışlarında xüsusi vurğulamışdır. Hələ 1970-80-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrini yaşadan tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir. Azərbaycan kino sənətinin tarixini mükəmməl bilən Heydər Əliyev məhz bu ənənə üzərində kinematoqrafçıların fəaliyyət göstərməsini tövsiyə etmişdir. Bir əsrdən artıq tarixə malik olan Azərbaycan kinosunun keçdiyi yol hər kəsə yaxşı bəllidir. Belə ki, bu zəngin ənənəni qorumaqinkişaf etdirmək sahəsində çox ciddi işlər görülməyə başladı.

Qeyd edək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqrafnasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarətdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri  tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M.Musabəyovun "Neftmilyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatrprokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlarxarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başlandı.

 Azərbaycanda səsli kinoların istehsalına başlanıldı

 30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də, tarixi-inqilabi mövzulu filmlər çəkilirdi. "Lətif", "İsmət", "Almaz" və "Yeni horizont" və s. bu məzmunlu filmlərdəndir. 1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. "Adlı-sanlı Azərbaycan" birhissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" adı altında çıxmağa başladı. 30-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol" və "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir.

 Qəhrəman döyüşçülərimiz Azərbaycan kinematoqrafiyasında

İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar"  kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9"  bədii filmləri çəkilmişdir. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operatorrejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. İkinci Dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab", "Qardaş köməyi" və s. 1944-cü ildə "Bakı kinostudiyası" Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Müharibədən sonrakı illərdə Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) Beynəlxalq Kinofestivalının xüsusi mükafatına layiq görüldü.

 Azərbaycan kinosunda musiqili komediya janrına meyil

 "Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdi. "Görüş","Sevimli mahnı", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Qaynana" s. filmlərdə bu ənənə davam etdirilmişdir. XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması s. mövzular başlıca yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Baş müsahibə", "Var olun, qızlar", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" s. filmləri göstərmək olar. 70-ci illərin sonralarında 80-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda təsərrüfatda rast gəlinən qüsur nöqsanlar tənqid atəşinə tutulur. İkinci Dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966-cı ildə "Azərbaycanfilm"də rəssam rejissor-multiplikator kursları açılmışdır. Həmin dövrdə "Azərbaycanfilm" kinostudiyası səsli,  genişekranlı, panoram genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.

Müasir həyatımızda Azərbaycan kino sənəti inkişaf dövrünü yaşayır. Son illərdə çəkilən filmlər sırasında Azərbaycanın Ümummilli Liderinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.

Bununla yanaşı, ssenariçi kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib. Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya Teleforumunda əsas mükafata xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, Cavanşir Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oqtay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar.

  Azərbaycan kino sənətinə dövlət tərəfindən böyük diqqət qayğı göstərilir. Kinonun inkişafı ilə bağlı aparılan islahatlar nəticəsini verməkdədir. Milli kino sənətimizə dövlət qayğısı olaraq hər il dövlət hesabına yeni filmlərin istehsalına başlanılır. Həmin filmlər festivallarda uğurla nümayiş olunaraq mükafatlar qazanır.

Bu il 117-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır.

 

ZÜMRÜD

Səs.-2015.- 1 avqust.- S. 12.