İnsan hüquqları və yerli özünüidarəetmə

 

Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının da xüsusi yeri rolu vardır. Yerli özünüidarəetmə ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilmiş "Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası"nda təsdiq edilmişdir. Avropa Xartiyasında göstərilir: "Hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya  quruluşundan asılı olmayaraq, - istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq - istər bu, federasiya olsun, yaxud unitar dövlət olsun, özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir; o, burada onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər. Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoymuşdur".

Avropa Xartiyası yerli özünüidarəetməni demokratik, vətəndaş cəmiyyətində "real hakimiyyətə malik olan", "vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən", "geniş muxtariyyətə malik" olan orqan kimi səciyyələndirərək, "yerli özünüidarə" anlayışının mahiyyətini də açıqlamışdır: "Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaqonu idarə etmək hüququreal bacarığı başa düşülür. Bu hüquq azad, gizli, bərabər, birbaşaümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət olan şuralarya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir".

Yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirilmişdir: "Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiyaqanunla müəyyən edilir. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

2002-ci ilin avqust ayında Azərbaycan Respublikasının Konstitusiyasında referendum yolu ilə edilmiş dəyişikliklər insan hüquqlarının təminatı, ədalət mühakiməsinin imkanlarını daha da genişləndirmişdir. İdarəçilik sahəsində də islahatlar aparılmış və 1999-cu ildə, ilk dəfə olaraq, yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilər keçirilmişdir.

Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiya ilə yanaşı, yerli özünüidarəni birbaşa tənzimləyən iyirmiyə yaxın qanun qəbul edilmişdir. Bunlardan "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Yerli rəy sorğusu haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarını qeyd etmək olar.

Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsi "Yerli özünüidarəetmə", IX fəsli isə "Bələdiyyələr" adlanır ki, burada yerli idarələrin təşkili, bələdiyyələrin statusu, səlahiyyətləri haqqında konstitusiya qanunu təsbit edilmişdir: "Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələr seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir".

Bələdiyyələrin statusuna bələdiyyə mülkiyyətinə sahiblik, yerli vergilərin və ödənişlərin, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilikicra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.  Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilikicra hakimiyyətləri nəzarət edirlər.

Demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaradılan bələdiyyələr hər bir regionu təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək imkanı yaradır. Bu baxımdan, Azərbaycan Respublikasında demokratik əsasda təşkil edilmiş bələdiyyələrin mərkəzi hökumətlə münasibətlərinin nizamlanma mexanizmi tam işlənib hazırlanmalıdır. Hələlik, əhalinin gündəlik həyat fəaliyyətinin təmin olunması ilə bağlı funksiyaların yerinə yetirilməsinə uyğun səlahiyyətlərin bir çoxu dövlət hakimiyyət orqanlarında qalmaqdadır və bu sahədə qarşılıqlı fəaliyyət texnologiyası işlənib həyata keçirilməmişdir. Bu dövrdə daha yüksək nailiyyətlər əldə edilməsi üçün dünya dövlətlərinin təcrübəsindən istifadə edərək, əsaslı struktur və maliyyə-vergi islahatlarının aparılması, onların icra mexanizmlərinin işlənməsi və həyata keçirilməsi vacib şərtlərdəndir. "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ölkədə qeyri-dövlət sektorunun inkişafını stimullaşdıran növbəti addım olmaqla, dövlət hakimiyyət orqanlarının strukturvergi islahatında həllini tapan vacib məsələdir. Fərmanın müvafiq bəndi ilə şəhər və rayon icra hakimiyyətlərinə nəzarət və yoxlama funksiyalarını yerinə yetirən, "Yerli icra hakimiyyətləri haqqında" 16 iyun 1999-cu il tarixli Əsasnaməyə əlavədə və dövlət büdcəsinin məxaric hissəsində nəzərdə tutulmayan müxtəlif qurumların (departament, idarə və s.) on gün müddətində ləğv olunması tapşırığı sahibkarlığın inkişafı ilə yanaşı, qeyri-dövlət qurumu olan bələdiyyələrin də icra hakimiyyəti orqanları ilə qarşıqlı fəaliyyətini müəyyən qədər tənzimləyəcəkdir.

Z.Səmədov "Yerli özünüidarəetmənin prinsipləri" məqaləsində bələdiyyələrin prinsiplərini göstərmişdir: 

1. Azərbaycanda yerli özünüidarəetmə orqanı hesab edilən bələdiyyələrin quruluşu məhz milli mentalitet nəzərə alınmaqla milli beynəlxalq təcrübədən çıxış edərək müəyyən edilmişdir.

2. Konstitusiyamüvafiq qanunvericilik müddəalarından çıxış etməklə yerli özünüidarəetmənin mahiyyəti müəyyənləşir və inkişaf istiqamətləri ardıcıl islahatlar fonunda öz əksini tapır.

3. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin siyasi və fəlsəfi mahiyyətini açır, onda əks olunan ideya və başlanğıcların dəyərləndirilməsinə cavab verir.

4. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin strukturlarını möhkəmləndirir, bələdiyyə seçkilərində mandat almış şəxslərə fəaliyyət üçün geniş meydan verir və hazır idarəetmə mexanizmini şərtləndirir.

5. Yerli özünüidarəetmənin əsas prinsipləri idarəetmənin üfüqi müstəvidə təşəkkül tapmasını tənzimləyir, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inkişaf əlamətlərini ortaya qoyur".

Azərbaycanın bələdiyyə qanunvericiliyi də adıçəkilən xartiyanın tələblərinə uyğunlaşdırılaraq aşağıdakı ümumi prinsiplər üzrə müəyyən edilib:

- yerli əhəmiyyətli məsələlərin həlli üzrə yerli özünüidarəetmənin müstəqilliyi;

- dövlətin yerli özünüidarəetmə strukturlarına bilavasitə müdaxiləsinin yolverilməzliyi;

- yerli özünüidarəetmə orqanlarının ümumi, bərabər və birbaşa seçki hüququ əsasında təşkil olunması;

- yerli özünüiderəetmənin maddi və maliyyə rüsumlarının onun səlahiyyətlərinə müvafiq olması;

- yerli özünüidarəetmənin hüquqlarının məhkəmə təminatı;

- qanunla müəyyən olunmuş çərçivədə yerli özünüidarə fəaliyyətinə dövlət nəzarəti;

- yerli özünüidarəetmənin orqanlarının və vəzifəli şəxslərinin əhali qarşısında məsuliyyəti;

- insan və vətəndaşlarının hüquq və azadlıqlarına riayət edilməsi;

- yerli öznüiderəetmənin təşkilində qanunvericilik;

- yerli özünüidarə fəaliyyətinin şəffaflığı;

- yerli özünüidarə fəaliyyətinin kollegiallığı;

- yerli özünüidarəetmənin dövlət təminatı.

Yerli özünüidarəetmə strukturunda nümayəndəli orqanın prioriteti bələdiyyənin təsis nizamnaməsində nəzərdə tutulur, yerli özünüidaerəetmə orqanları və vəzifəli şəxslərin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququ ilə təmin edilir. Yəni yerli özünüidarə orqanları nəinki onun maliyyə-iqtisadi və təşkilati müstəqilliyin, həm də yerli məsələlər üzrə məsuliyyətini də özündə ehtiva edir. Yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin məsuliyyəti prinsipi aşağıdakıları təmin etməyə imkan verir: a) Bələdiyyələrə aid edilən yerli məsələlərin həll olunmasının səmərəliliyi; b) Bələdiyyələrin fəaliyyətində yerli əhalinin maraqlarının nəzərə alınması və müvafiq şəkildə müdafiəsinin təşkili; c) Yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri ilə əhalinin sıx əlaqəsinin davamlı təminatı.

Bələdiyyələr üzərində nəzarətə gəldikdə, burada konstitusiya və dövlət nəzarəti həyata keçirilir:

1. "Yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət" yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tutulmuş formahallarda həyata keçirilə bilər.

"Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası"nın 8-ci maddəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üzərində dövlət nəzarətinin meyarları göstərilmişdir:

2. Yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluqkonstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər.

Yerli özünüidarəetmənin hüquqi təminatına gəldikdə, bu orqanların məhkəmə müdafiəsini üç sahə üzrə ayırmaq olar:

1) bələdiyyələrin təşkilati müstəqilliyinin məhkəmə müdafiəsi;

2) bələdiyyələrin maliyyə-iqtisadi müstəqilliyinin məhkəmə müdafiəsi;

3) bələdiyyələrin hüquqi müstəqilliyinin məhkəmə müdafiəsi.

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ərzində ölkəmiz vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir və bu dövrdə yerli özünüidarəetmə orqanlarının yaranmasının 12 ili ərzində bələdiyyələrin statusu, onların səmərəli fəaliyyəti, qanunla onlara verilmiş səlahiyyətlərinin tam və sərbəst həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması sahəsində xeyli uğurlar qazanmışdır.

Bu uğurları ölkənin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna verilən ən yaxşı töhfə hesab etmək olar.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 4 avqust.- S. 15.