Azərbaycanda kosmik sənayenin inkişafı üçün geniş imkanlar mövcuddur

 

İlham Əliyev: "Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır"

 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qısa zaman kəsiyində dünyanı həyatın bütün sahələrində əldə etdiyi uğurlarla, nailiyyyətlərlə heyrətləndirməyə nail olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası beynəlxalq aləmdə Azərbaycanı neft-qaz, turizm, tolerantidman ölkəsi kimi tanıdıb. Bu gün Azərbaycan innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Belə ki, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Daha sonra Prezident İlham Əliyev 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" mövcud olduğu zaman məsafəsində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində apardı.

İLK PEYKİMİZİN ORBİTƏ BURAXILMASI ÖLKƏMİZİN QÜDRƏTİNİ DÜNYAYA NÜMAYİŞ ETDİRƏN ÖNƏMLİ HADİSƏLƏRDƏNDİR

Azərbaycan, AvropaAmerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texnikiiqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi,  ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacaını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

AZƏRBAYCAN ORBİTDƏ ÖZÜNÜN TELEKOMMUNİKASİYA PEYKİ OLAN AZSAYLI ÖLKƏLƏRDƏN BİRİDİR

Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziyaradio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb.

Hazırda "Azərspace -1"  peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb.

Ölkəmizi daha böyük uğurlar gözləyir. Yeni peyklərin orbitə çıxarılması istiqamətində işlər aparılır. Yaxın zamanda isə əlavə iki peykin də orbitə buraxılacağı nəzərdə tutulub. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, bu, Azərbaycanda kosmos sənayesinin başlanğıcıdır: "Azərspace-1" o deməkdir ki, "Azərspace-2", "Azərspace-3" və digərləri olacaqdır. Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik".

Fəxrlə deyirik ki, Azərbaycanın ilk telekommunikasiya peyki uğurla yerətrafı orbitə çıxarıldı. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Müstəqil Azərbaycan dövləti sürətlə və hərtərəfli inkişaf edir. Heç şübhəsiz ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.-2015.- 4 avqust.- S. 4.