Ölkəmizdə insanların
sağlamlığı prioritet məsələ
kimi daim diqqətdə
saxlanılır
Azərbaycan Prezidentinin sərəncamları
ilə Azərbaycan səhiyyəsi bütün
xüsusiyyətlərinə görə, özünün
yeni inkişaf mərhələsini yaşayır
Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında yüksək mövqeyə malikdir. Əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşıb, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi, mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olub.
Qürurla deyə bilərik ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, dövlət proqramları reallaşır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalini sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından son 11 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib.
ÖLKƏNİN MALİYYƏ İMKANLARININ ÇOXALMASI SƏHİYYƏYƏ AYRILAN MALİYYƏ VƏSAİTİNİN ARTMASINA İMKAN VERİR
Ölkədə Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.
Ana və uşaqların sağlamlığının qorunması məsələsi də dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb. Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Son 11 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalıb. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
Göründüyü kimi, ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradılıb. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir.
"GÖRÜLƏN VƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR NƏTİCƏSİNDƏ İLİN SONUNA QƏDƏR DƏRMANLARIN QİYMƏTLƏRİ KƏSKİN ŞƏKİLDƏ AŞAĞI DÜŞMƏLİDİR"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. Onu da qeyd edək ki, hazırda ölkəmizdə 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Sözsüz ki, bu inkişaf insanların sağlam həyat tərzi yaşamasında önəmli faktordur.
Belə uğurların olduğu
bir zamanda keyfiyyətsiz
dərman peraparatlarının satışa
çıxarılması və qiymətlərin baha olunması hallarına təsadüf olunur. Dərman vasitələri
ilə təchizat sahəsində problemlərin aradan qaldırılması bu
günün aktual məsələrindən
biridir. İnsan həyatı
və sağlamlığına zərbə vura
biləcək hallara təsadüf olunacaq halda ciddi tədbirləri həyata keçirilməsi
qaçılmazdır. Prezident İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə
başçısının vurğuladığı kimi, qiymətlər süni
şəkildə qaldırılır. Ölkə
başçısı onu da
bildirib ki, başqa ölkələrlə müqayisədə
Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar: "Dərman
insanların həyatıdır, onların
sağlamlığıdır. Bu sahədə
pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa
düşürsünüz nə edirlər?
İnsanlar nə etsinlər? Ona resept yazırlar,
o da gedir alır. Nəyi alır, hansı
keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O, haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və
mənəvi pozuntuları
aradan götürəcəyik".
Təbii ki, bu prosesdə
həkim məsuliyyətsizliyi
ön plandadır. Pasientin dərmanları
qəbul etməsi həkim tərəfindən
müəyənləşdirilir. İnsan öz sağlamlığını
Hipokrat andı içmiş həkimə
həvalə edir.
Ölkə başçısının
çıxışında vurğuladığı kimi,
həkim resepti yazır, deyir ki, sən bu
dərmanı filan yerdən almalısan:"Hətta reseptlə satılmayan vitaminlərə
də resept yazırlar. Bu, böyük
bir biznes şəbəkəsidir. Bu
biznes kimin hesabınadır? Adi insanın
hesabına. Adi insan
da məcbur olub gedir ona
verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi
ilə əfsuslar olsun ki, heç
kim maraqlanmır".
Təbii ki, Azərbaycana gətirilən dərman peraparatları müxtəlif
ölkələrdə istehsal
olunur. Bu baxımdan
qiymətlər də
müxtəlifdir. Ucuz və
keyfiyyətsiz dərman
məhsullarının ölkəmizə
gətirilməsinin qarşısını
almaq məqsədilə
tədbirlər görüləcək.
Azərbaycan Prezidenti bu sahədə çox ciddi pozuntular olduğunu bildirərək bu pozuntulara son qoyulacağını
qeyd edib:"Həm şəffaflıq
təmin ediləcək,
hər bir vətəndaş biləcək
ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi
müəyyən ediləcək.
Heç kim
o səviyyədən baha
sata bilməyəcək.
Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər.
Onların da normal gəlir
səviyyəsi olmalıdır.
Ancaq bu səviyyə 100, 200,
300 faiz olmamalıdır.
Heç
yerdə belə özbaşınalıq yoxdur.
Görülən və görüləcək
tədbirlər nəticəsində
ilin sonuna qədər dərmanların
qiymətləri kəskin
şəkildə aşağı
düşməlidir".
Ölkə başçısının tapşırığının
icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən
artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi
barədə qərar
qəbul edilib və nəticədə baxılmaq üçün
təqdim olunmuş dərmanların qiyməti
nəzərə çarpacaq
dərəcədə aşağı
salınıb. Sentyabr ayının 15-dən başlayaraq artıq bu qərar tətbiq
olunmağa başlanılacaqdır.
Dərman preparatlarının qiymətinin
tənzimlənərək aşağı
salınması, həmçinin
dövlət müəssisələri
tərəfindən də
bu preparatların alışına müsbət
təsir göstərməklə
əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin
artımına, həmçinin
bu siyahıya daha da keyfiyyətli
və effektiv dərman preparatlarının
daxil olunmasına şərait yaradacaqdır. Bu isə, öz növbəsində, əhaliyə
göstərilən tibbi
xidmətin keyfiyyətinin
artırılmasına müsbət
təsir edəcəkdir.
Qeyd olunanları
əhalinin dərman təminatının yaxşılaşdırılması
sahəsində olduqca
mühüm addım kimi qiymətləndirmək
olar.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-2015.- 5 avqust.- S. 10.