İnsan və vətəndaş hüquqları

 

 

Bəşəriyyətin böyük sərvəti olan insan və vətəndaş hüquqları bir-birindən müəyyən cəhətlərinə görə fərqlənir. İnsan hüquqları dedikdə, onun təbii hüquqları, vətəndaş hüquqları dedikdə isə siyasi hüquqlar nəzərdə tutulur. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasını göstərirdi: "Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.

 Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaqmüvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasisosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuşonun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosialhüquqi islahatların təməlində insana qayğı və insan ləyaqətinə hörmət dayanır".

Şəxsi, vətəndaş hüquqları hansı dövlətə mənsub olmasından asılı olmayaraq insanın təbii hüquqlarıdır. Bu hüquqların əhəmiyyəti ondadır ki, insan azadlıqlarını, insanın şəxsi həyatında özünütəyinetmə və özünüreallaşdırma seçimini gerçəkləşdirir.

Hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. XX əsrin ortalarında meydana çıxan İnsan Hüquqlarına dair Avropa Məhkəməsi də bu sahədə atılmış mühüm addımdır. Azərbaycan Konstitusiyasında da göstərilir ki, "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir".

Konstitusiyada hüquqi dövlətin əsas prinsipi qanunun aliliyi prinsipi və bərabərlik hüququ da öz əksini tapmışdır: "Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".

Əsas Qanunda hər kəsin öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ təsbit olunmaqla hüquqi dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi də öz əksini tapmışdır.

İnsan hüquqları içərisində ən mühümü yaşamaq hüququdur. Bu hüquq insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında mühüm yer tutur. Yaşamaq hüququ dünya sivilizasiyasında mütləq dəyər kəsb edən əsas hüquq hesab edilir. Çünki yaşamaq hüququndan məhrum olan insanın digər hüquq və azadlıqları öz məna və əhəmiyyətini itirmiş hesab olunur. Əsas Qanunun 20-ci maddəsində hər kəsin yaşamaq hüququ təsbit olunmuşdur. Bütün digər hüquqlar yaşamaq hüquqları ətrafında cəmləşir. Hüquqi dövlət bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur. Azərbaycan Respublikası ölüm hökmünün ləğv edilməsilə əlaqədar beynəlxalq konvensiyaya qoşulmuş ilk MDB ölkələrindən biridir.

İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın preambulasında insanın şərəf və ləyaqət hüququ, bütün hüquq, ədalət və azadlığın əsası hesab edilir. İnsanın hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında da bu hüquq mütləq xarakter kəsb edir, insan ləyaqəti və şərəfinin alçaldılması, insan üzərində tibbielmi təcrübə aparılması qadağan edilir. Azərbaycan Konstitusiyasının 46-cı maddəsində göstərilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmibaşqa təcrübələr aparıla bilməz".

Göründüyü kimi, "Şəxsiyyət hüquqi dövlətlə qarşılıqlı əlaqədə dövlət fəaliyyətinin obyekti kimi deyil, bərabərhüquqlu  subyekt kimi çıxış edir ki, o öz hüquqlarını qadağan olunmamış qanunlarla müdafiə edə bilir. Ləyaqət insanın şərəfinin, yaxşı və təmiz adının qorunmasıdır. İnsanın şərəf və ləyaqəti konstitusiya qanunları və cinayət hüququ tərəfindən qorunur. Sosial, hüquqi dövlətdə şəxsiyyətin ləyaqət və şərəfi hüquqi azadlığa və ləyaqətli yaşamaq hüququna malik olmaqdır. Bütün tip şəxsiyyətin ləyaqət hüququ dövlət tərəfindən müdafiə edilir. Şəxsi toxunulmazlıq və azadlıq hüququ-demokratik, hüquqi dövlətlərin konstitusiyalarında öz əksini tapması sosial tərəqqinin təzahürü və vətəndaşın şəxsi təhlükəsizliyinin hüquqi şəraiti kimi dəyərləndirilir. Bu hüquqa aşağıdakı komponentlər daxildir: 1. Şəxsiyyətin fərdi azadlığı. 2. Şəxsiyyətin fiziki, mənəvi və psixi toxunulmazlığı.

Şəxsi toxunulmazlıq və azadlığına dair konstitusiya hüququ şəxsiyyətin özbaşına həbsini istisna edir. Azadlıqdan qeyri-qanuni məhrumetmə cinayət qanunvericiliyində zorakılıq aktı hesab edilir.

Nəzərə yetirək ki, beynəlxalq sənədlərdə və Azərbaycan Konstitusiyasında da şəxsiyyətin özbaşına həbsi qadağan edilir. Bu fəlsəfə konstitusiyanın 28-ci maddəsində hər kəsin azadlıq hüququna malik olması, azadlıq hüququnun yalnız dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılması kimi  qeyd edilir. Şəxsi azadlığa öz ölkəsini hər kəsin qanuni surətdə sərbəst hərəkət edə bilməsi, özünə yaşayış yeri seçə bilməsi  öz ölkəsindən kənara gedə bilməsi və hər zaman maneəsiz qayıtmaq hüququ da daxildir. Əsas Qanunun 32-ci maddəsində göstərilir: "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına  yol verilmir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və rabitə vasitələrilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir".

Şəxsi və ailə həyatının sirrini saxlama hüququna vəsiyyətnamə və övladlığa götürmə, sirri, onun sağlamlığı haqqında məlumatlar, həkim diaqnozları və proqnozları, bank hesabının sirləri, gündəlik qeydləri və s. daxildir. Buraya insanın peşə sirləri: tibbi, vəkillik sirləri və s. də aiddir. Bu hüququn yeni komponentləri içərisində "yeni biotibbi" texnologiyanın tətbiqilə əlaqədar dövlət və özəl bölmələrdə şəxsi məlumatların yığımı və avtomatlaşmış işlənilməsini də qeyd etmək olar.

Diqqətə yetirək ki, şəxsi hüquqlar içərisində mənzil toxunulmazlığı hüququ da mühüm yer tutur konstitusiyada göstərilir ki, heç kəs yaşadığı yerdən qanunsuz məhrum edilə bilməz. Mənzillərə yalnız fövqəladə hallarda və təbii fəlakətlər zamanı daxil olmaq olar.

Belə ki, hüquqi dövlətdə milli mənsubiyyət hüququ insanın müəyyən mədəniyyəti, psixologiyası, ənənələri olan etnosa mənsubluğunu səciyyələndirir. Azərbaycan Konstitusiyası hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir: "Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".

Bu baxımdan, əsas Qanunun 45-ci maddəsində hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit edilib ki, bu da hüquqi dövlətdə milli azlıqların hüququnun qorunmasının tərkib hissəsidir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Dil ünsiyyət vasitəsi kimi milli və şəxsi şüurun təzahürünün əsas forması, milli mədəniyyətin mühüm komponentidir. Qanunvericilikdə "dil suverenliyi xalqların və şəxsiyyətlərin doğma dillərini qorunub saxlamağı və hərtərəfli inkişaf etdirmək, ünsiyyətdə dilin azad seçmək və ondan istifadə etmək hüququnun məcmuusu kimi müəyyən edilir".

R.Mehdiyev "XXI əsrdə milli dövlətçilik" əsərində konstitusiyada 2002-ci ildəki dəyişikləri "vətəndaş hüquqlarının dolğun təminatına yönəlmiş mühüm sənəd və yaxud siyasi inkişafımızın yeni mərhələsi" kimi səciyyələndirərək yazır ki, "əslində, referendum müstəqil Azərbaycanın inkişafı yolunda, xüsusən, insan hüquqlarının müdafiəsi və demokratik proseslərin genişlənməsinə yeni mərhələnin təməlini qoydu..."

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 11 avqust.- S.15.