İsmayıllıda Turizm İnformasiya Mərkəzi açılıb

 

 

 

Turizm potensialı yüksək olan İsmayıllı rayonunda Turizm İnformasiya Mərkəzi yaradılıb.AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində açılan mərkəz bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerlixarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək. Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov bölgənin turizm imkanlarından danışaraq bildirib ki, İsmayıllı zəngin flora və faunası, habelə turistlər üçün çox maraqlı olan tarixi abidələri ilə məşhurdur. Baş Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşən İsmayıllının ərazisi dağlıqdır. Ərazidən Girdiman, Ax-OxGöyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, habelə rayon ərazisində təbii göllər, irihəcmli sututarlar mövcuddur. Tircan kəndində “Bədo” adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular vardır.Rayon ərazisində turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub.Dövlət qayğısı bölgədə turizmin inkişafında mühüm rol oynayır. Təsadüfi deyildir ki, hazırda İsmayıllıda 22 otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Yaradılan şərait son illər turistlərin sayının artmasına səbəb olub. Təkcə 2015-ci ilin birinci yarısında bölgəyə 21000 turist gəlib. Rayon ərazisində istirahət edənlərin 25-30 faizi xarici turistlərdir. Onların arasında almanlar, ruslar, ingilisdilli əcnəbilər üstünlük təşkil edir.

 

Zümrüd

Səs.- 2015.- 13 avqust.- S.11.