Azərbaycan muğamı bu gün bütün dünyanı fəth edir

 

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

 

Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur.  26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadanonun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.

Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.

Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır.

Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır. Professional muğam sənətinin tarixinə mənbələr əsasında diqqət yetirsək, görərik ki, 1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Muğamın tarixinə diqqət etdikdə, görürük ki, Üzeyir Hacıbəyovun göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırlamışdır. 20-ci və 30-cu illərdə tədris versiyaları ilə yanaşı olaraq, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqininşeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclislər özlüyündən XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.

XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən, muğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb - texnikum - konservatoriya. Beləliklə, muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri hesab edirlər ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə, muğam ifaçısının ustad, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi özlüyündə muğamı şifahi ənənəli professional sənət səviyyəsinə qaldırır.

Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən , 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərində, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi sovet Şərqinin ənənəvi musiqiçiləri belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran türk ənənəvi musiqisi tutmuşdur. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində keçən yüzilin 20-30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam!") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.

XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı. Muğam sənətinə münasibət yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları festivallarının keçirilməsindən bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayır. Bu tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi.

XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.

Muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə yeni janrlara həyat vermişdir. Sonuncular sırasında - muğam operası, simfonik xor muğamları, sonata-muğam, caz-muğam göstərilə bilər.Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.

Müasir dövrümüzdə özünün yeni bir inkişaf dövrünü yaşayan Azərbaycan muğamı dövlət tərəfindən qorunur təbliğ edilir. Azərbaycan xalqının mədəni ənənələri tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına təbliğinə xüsusi önəm verilir.  Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etməliyik.  "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır.

Milli-mənəvi dəyərlərin qorunması Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Regionlarda da muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Daha sonra fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyi YUNESKO-nun dəstəyi ilə Bakıda Lətif Kərimova adına Azərbaycan xalçası xalq tətbiqi sənəti Dövlət Muzeyi inşa olunub.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr beynəlxalq festivallar təşkil edilərək həyata keçirilir. Belə ki, ilkin olaraq  fondun birbaşa dəstəyi ilə keçirilən Azərbaycan muğam sənətinin inkişafına təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən razılıqla qarşılandı. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə fond 2007-ci ildə muğam müsabiqəsi keçirmişdir.

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi təqdirəlayiq bir haldır. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.

300-dən çox ifaçının iştirak etdiyi Respublika Muğam Müsabiqəsinin qalibləri fond tərəfindən hədiyyə diplomlarla mükafatlandırılmışdır. Festival çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda isə 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğam sənətinə bu diqqət qayğısı muğamın təbliği, tədrisi, peşəkar musiqi ifaçılığının, müasir dinləyici mədəniyyətinin formalaşdırılmasında əvəzsiz rol oynayır.

2008-ci ildə, həmçinin, fondun Azərbaycan muğamına həsr olunmuş yeni nəşri - "Azərbaycanın muğam ensiklopediyası" (iki cilddə) Azərbaycan, rus ingilis dillərində nəşr edilmişdir.

Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılar çatdırırlar. Müasir dövrümüzdə demək olar ki,  Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərilərində çalışır Azərbaycan muğamını çoxsaylı tamaşaçıya təqdim edirlər. Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır.

ZÜMRÜD

Səs.- 2015.- 26 avqust.- S.12