Azərbaycan Mühəndislik Akademiyası - 10 İL

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) yaradılmasından 10 il ötür. Bu illər ərzində AMA mühəndislərin və alimlərin peşə birliyini dəstəkləyib, elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına kömək edib, həmçinin ekspertizaların aparılmasında tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım göstərib. AMA müstəqil elmi-texniki təşkilat olaraq, qısa müddət ərzində ölkəmizdə fəaliyyət göstərən aparıcı mühəndis və ekspertləri birləşdirən nüfuzlu bir quruma çevrilib. Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, akademik Arif PAŞAYEVİN məqaləsində bu qurumun əsas fəaliyyət istiqamətlərindən söhbət açılır. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan Mühəndislik Akademiyası əsas fəaliyyət istiqamətləri ölkənin alim və mühəndislərinin yaradıcılıq imkanlarının təmin edilməsindən, mühəndislik fəaliyyəti sahəsində intellektual potensialın artırılması və səmərəli istifadə olunmasından, çox mühüm və perspektivli tədqiqat və innovasiya proqramlarının işlənib hazırlanmasından, onların həyata keçirilməsinə kömək göstərilməsindən, Azərbaycan iqtisadiyyatında elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən prinsipcə yeni texnika, texnologiyamaterial növlərinin fundamental elmlərin nailiyyətləri əsasında yaradılmasından və tətbiqindən ibarətdir.

Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 40 nəfərdən ibarətdir. Onlardan 23-ü akademik, 17-si isə müxbir üzvdür. Nəzərə alsaq ki, akademiyanın üzvləri elm və texnikanın müxtəlif sahələrində fəaliyyət göstərir, onların yerinə yetirdiyi elmi-tədqiqat və təcrübə-konstruktor işləri də çoxşaxəlidir.

Müasir dünyada enerji təhlükəsizliyi və elmtutumlu texnologiyalar iqtisadiyyatın və sosial sahənin inkişafında avanqard rol oynayır. Məhz bu sahələr elmi fəaliyyətə tələbatı müəyyənləşdirir, maddiinformasiya yenilikləri üçün təkliflər bazası yaradır. Elmtutumlu sektorun ölçüsü və miqyası, qabaqcıl texnologiyalardan istifadə, ölkənin elmi-texnikiiqtisadi potensialını xarakterizə edir.

Azərbaycan Prezidenti İlham Əliyev enerji layihələrinin reallaşdırılması və elmtutumlu sahələrin genişləndirilməsi məsələlərini diqqət mərkəzinə çəkmişdir. Bu məsələlərin həlli yeni sənaye sahələrinin yaradılmasına, struktur dəyişikliklərinə gətirib çıxaracaq, mobilmultimedia, nanokosmik texnologiyalar, robot texnikası, gen mühəndisliyi, yeni enerji mənbələrinin axtarışı və ixtirasına gətirib çıxaracaqdır. Ölkə və eləcə də beynəlxalq elmi, texnolojiinnovasiya istiqamətlərindəki tərəqqi, iqtisadiyyatımızda onlardan səmərəli istifadə yolları sistemli şəkildə öyrənilir.

Əlbəttə, böyük diqqət yerli elm, texnologiyainnovasiya potensialının inkişafına yönəldilib. Bu prosesdə elmi potensialı əsasən Milli Elmlər Akademiyası və onun intellektual  innovasiya klasteri, ölkənin aparıcı ali məktəbləri, elmi mərkəzlər, təşkilatlar və onun tərkib hissəsi olan Azərbaycan Mühəndislik Akademiyası təşkil edəcəkdir.

2015-ci ildə Türkiyənin Qars vilayətinin Selim bölgəsində trans-Anadolu qaz kəmərinin - TANAP-ın təməlqoyma mərasimi keçirilib. Avropanın qaz ilə təminatında böyük rol oynayan meqalayihənin işlənməsində və reallaşdırılmasında Mühəndislik Akademiyasının üzvləri də fəal iştirak edirlər. Layihənin reallaşdırılması 5 ilə planlaşdırılır və 4 mərhələdən ibarətdir.  TANAP üzrə ilk qazın Türkiyəyə nəqli 2018-ci ilə planlaşdırılır. 2020-ci ildə kəmərin hasilatı 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Faktiki olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri enerji dəhlizi yaratmışdır. Məhz bu enerji dəhlizi üzrə Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Azərbaycan Mühəndislik Akademiyasının üzvləri bu layihənin reallaşdırılmasında iştirak edirlər.

Mühəndislik Akademiyası son illər öz elmi-texniki, texnoloji və layihə işlərini istehsalata uğurla tətbiq edir. Akademiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Azneft İstehsalat Birliyinin struktur bölmələri ilə həm kəşfiyyat və hasilat, həm də nəql, emal, marketinqservis xidmətləri bazasında innovasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq edir. Son illər quruda istifadə olunan aşağı təzyiqli hava və neft-mədən kompressorlarının uzunmüddətli istismarı onların faydalı əmsalını xeyli azaldıb, rekonstruksiyaservis xidmətlərinə böyük ehtiyac yaranıb.

Hazırda Neft Daşları yatağında neft və qazın yığılması üçün istifadə olunan kompressor qurğuları və onların ayrı-ayrı detallarının və düyünlərinin yeyilməsi nəticəsində kompressor avadanlıqlarında və çıxış xətlərində vibrasiya (titrəyiş) baş verir və səs göstəriciləri artır, bu da ətraf mühitə, ilk növbədə xidmət heyətinə mənfi təsir göstərir. Bununla əlaqədar servis xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi, o cümlədən baş verə biləcək qəzaların qarşısının alınması və aşkarlanması üzrə flikker-səs spektroskopiya metodundan istifadə etməklə kompleks tədbirlər görülüb. Akademiyada neft-mədən kompressor qurğusunun intiqal hissəsində çarxqolu-sürüngəcli mexanizmi əvəzləyən yeni sürgüqolsuz mexanizm layihələndirilib, həmçinin mədəndaxili işlərdə istifadə olunan hava kompressorlarının təmirə yararlılığı yaxşılaşdırılıb.

Neft hasilatının intensivləşdirilməsi məqsədi ilə nanotexnologiyaların tətbiqi istiqamətində işlər aparılır. Layihənin neftveriminin artırılmasına yönəlmiş texnologiyalarinnovasiya metodlarının fəal tətbiqi sayəsində neftçıxarmanın sabitliyinə, sulaşmanın azalmasına və bütünlükdə iqtisadi göstəricilərin artmasına nail olmuşuq. Akademiyanın alim və mühəndisləri tərəfindən Azneft İstehsalat Birliyinin neftqaz çıxarma idarəsində, dəniz platformalarında, qazlift neft-qazçıxarmada və karbohidrogenlərin nəqlində partlayış təhlükəli zonalarda istifadə olunan, avtomatik idarə edilən təyinatlı elektrik qızdırıcı qurğusu hazırlanmışdır. Bu qurğu ətraf mühitin parametrlərini nəzərə almaqla texnoloji prosesdə istifadə olunan qazın seçilmiş temperaturunu sabit saxlayır ki, bu da temperaturun dreyfi səbəbindən yaranan qaz sərfi pulsasiyalarını aradan qaldırmaqla, hasilatın sabit saxlanılmasına imkan verir.

SOCAR-ın Elmi Tərəqqi Fondunun qrantı çərçivəsində “Neft quyularının hasilat imkanlarından asılı olaraq ştanqlı quyu nasoslarının neft hasilatının tədricən tənzimlənməsi” qurğusunun hazırlanması layihəsi üzərində işlər aparılır. Artıq qurğunun təcrübi variantı işlənib hazırlanaraq ilkin sınaqlar keçirilib və müsbət nəticələr əldə olunub. Neft Şirkətinin istismarçı mütəxəssislərinin bir sıra təklifləri nəzərə alınaraq, layihədə bəzi sxematikproqram təminatı dəyişiklikləri aparılıb, eləcə də, distansion olaraq simsiz əlaqə yolu istənilən nöqtədən internet vasitəsilə qurğunun prosesini müşahidə və idarə etmək üçün əlavə tədbirlər görülür.

Neft-kimya texnologiyası sahəsində alim və mühəndislərimiz tərəfindən bitki mənşəli yağlardan təbii yağ turşularının sulfat törəmələri sintez edilərək, onların fiziki- kimyəvi xassələri, həmçinin müxtəlif həlledicilərdə həllolma qabiliyyətləri öyrənilib. Sintez olunmuş sulfat turşularından onların duzları və kompleksləri alınaraq, karbodioksinlərlə doydurulmuş bir faizli natrixlor məhlulunda lay sularının qələviliyi nəzərə alınmaqla, ingibitorluq aktivliyi öyrənilib. Alınmış nəticələr göstərib ki, doymamış bitki yağları birləşmələrinin əsasında polifunksional yüksək effektə malik olan korroziya ingibitorları hazırlamaq olar. Alınmış ingibitor, metalların korroziyaya qarşı dözümlülüyünü artırır.

Diqqət cəlb edən daha bir texnologiya, neftin reoloji xassələrini yaxşılaşdıran səmərəli reagentlərin axtarışında dördlü həlqədə ammonium mərkəzi saxlayan yeni qrup makrotsiklik birləşmələrin alınması üsulu akademiya tərəfindən işlənmişdir. Neft sənayesində dördlü ammonium birləşmələrinin əsas reoloji təsirini nəzərə alaraq, həlqəsində dördlü ammonium mərkəzi olan makrotsiklik birləşmələrin orijinal sintez üsulu işlənib hazırlanıb. Sintezlər asan tapılan bir-üçlü aminlər və iki-dihallogendialklik efirlərinin vasitəsilə aparılıb. Alınmış reagent ağır neftlərin özlülüyününeft qatranlarını kifayət qədər azaldır. Milli Aviasiya Akademiyası ilə birlikdə aviasiya texnikası detallarının və materialların mühafizəsi üçün poliefiruretanlı qarşılıqlı lak örtük materialı işlənmişdir. Bu örtük, materialı kiçik sıxlığa və ya bir kvadratmetr sahənin örtülmə sərfinə görə, uçuş zamanı füzelyajın tsiklik deformasiyasına dağılmadan dözümünə və 5-8 il müddətində öz funksional xassələrini qoruyub saxlamağına görə analoqlarından xeyli fərqlənir.

Azərbaycan Mühəndislik Akademiyası “İqlimelm-istehsalat müəssisəsinin sifarişi ilə daha mükəmməl olanÇoxnaqilli elektromontaj hörüklərin avtomatik yoxlanılması və sınaq qurğusunun işlənməsinə başlayıb. Bu qurğu çoxnaqilli hörüklərin elektromontajının prinsipial elektrik sxeminə uyğunluğunu, ayrı-ayrı elektrik dövrələrinin izolyasiya müqavimətini və onların elektrik möhkəmliyinin avtomatlaşdırılmış nəzarətini fərdi kompyuter, idarəedici proqram vasitəsi ilə yoxlanması üçün nəzərdə tutulub. Hörükdə naqillərin yoxlanan uclarının miqdarı 1024-ə qədər, ayrı-ayrı dövrələr arasında izolyasiya müqaviməti 20 MOm-a qədər, elektrik dövrələrin sınaq gərginliyi isə  220V və 350V, tezlik 50Hs-də aparılır. Hörüklərin yoxlanmasının nəticələri fərdi kompyuterin monitoruna ötürülürxüsusi qurğuda çap edilir.

Kommunikasiya, idarəetmə və ölçü sxemləri işlənib, işçi maketlər hazırlanıb və sınaqdan keçirilib. Çap lövhələrinin topologiyası, kompyuter üçün qurğunun idarəetmə alqoritmləri və mikrokontrollerlərin idarəedici proqramları işlənib.

Regionlarda sənaye-innovasiya texnologiyalarının tətbiqi ilə ölkə vətəndaşlarını içməli su ilə təmin etmək üçün pilot mühəndis qurğuları yaradılır. Yaşayış məntəqələrində mürəkkəb tərkibli və çox çirkləndirilmiş suların təmizlənməsi modulları üçün yeni avtomatik idarəetmə bloku işlənilir. Modulların məhsuldarlığı sutkada 36 və 60 ton, idarə olunan icraçı mexanizmlərin sayı 20-yə qədər, ölçü qurğusu və vericilərin sayı 28-ə qədərdir. İdarə etmə bloku simsiz əlaqə vasitəsi ilə distansion olaraq qurğunun prosesini müşahidə və idarə etməyə imkan verəcəkdir. Gələcəkdə bu qurğuların sayının 600-ə çatdırılması nəzərdə tutulub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı ilə əlaqədar Dövlət Proqramı həyata keçirilir. 2013-cü il fevralın 8-də telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk vasitəsi ilə hazırda təxminən 154 telekanal və 30 radiostansiyanın yayımı reallaşdırılır. Mühəndislik Akademiyasının fəaliyyəti “Azərkosmos” ASC-də idarəetmə və təbii resursların istismarı, eləcə də operativ peyk informasiya qəbulu sahəsində məsələlərin həlli, fotoqrammetrikgeoinformasiya layihələrin yerinə yetirilməsində innovasiya texnologiyalarının işlənməsi və geoinformasiya sistemlərinin tematik geoportallarının hazırlanması, sifarişçilərin bazası əsasında alqoritmlər və aviakosmik məlumatların emalı metodikasının tətbiqi üçün innovasiya texnologiyalarının işlənməsi, konsaltinq aparmasına və kadr hazırlığına nail olmağa istiqamətlənib.

Yüksək tezliklə kosmik radiolokasiya peyki “RADARSAT2” vasitəsilə neftlə çirklənmiş parametrlərin qiymətləndirilməsi üçün neft dağılmalarının parametrləri Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında aşkarlanıb. “RADARSAT2” peykinin köməyi ilə radiolokasiya təsvirlərin (RLT) işlənməsi və istifadəsi, geoinformasiya yanaşma ilə dinamikasının təhlili və obyektlərin tullantı ləkələri, neftlə çirklənmiş Neft Daşları rayonunda aparılıb və onların paylanma xəritəsi çəkilib. Neft ləkəsi və neft məhsullarının paylanma xəritəsi neft ləkələrinin parametrlərini və xarakteristikalarını aşkar şəkildə ölçmək üçün mükəmməl informasiya mənbəyidir. Bu da neft çirklənmələri və onların su mənbələri arasında əlaqə aşkar olunan akvatoriyasının müxtəlif sahələr üzrə paylanmasının təhlilini aparmağa imkan verir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin sifarişi ilə şəhər nəqliyyatı üçün GPS peyk sistemi istifadə olunmaqla, marşrut dayanacaqlarını avtomatik elan edən qurğu işlənilərək təcrübi nümunəsi ilkin sınaqlardan keçib. Yerinə yetirilən yüksək texniki göstəricilərə malik olan, dünya standartları səviyyəsində yaradılmış bir qurğudur. Bu qurğu mikroprosessor əsasında işləyir və xüsusi proqramla idarə olunur. Qurğu əsasən piyadaların və avtonəqliyyat vasitələrinin yol hərəkətinin tənzimlənməsi üçün nəzərdə tutulub. Onun idarəetmə proqramında alqoritminin dəyişdirilməsi xüsusi proqramator vasitəsilə yerinə yetirilir. Hazırda qurğu sınaqdan keçrilir.

Akademiyanın üzvləri tərəfindən işıq-diod texnikasında yüksək effektivli lüminoforların yaradılması texnologiyasının tətbiqi ilə, yaşayış məhəllələri, ərazi və keçidlərin, küçə və sənaye obyektlərinin, dayanacaq və digər açıq yerlərin işıqlandırılması və yüksək effektivli lüminoforlardan istifadə etməklə keyfiyyətli və iqtisadi cəhətdən səmərəli işıq-diodlar alınıb. Görülmüş işlərin nəticəsində hazırlanmış elmi-texniki məhsul dəmir yol vağzalı və onun ətraf ərazisində tətbiqi elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcəkdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə meteorologiyada meteoroloji parametrləri avtomatik qeydə alanemal edən sistem hazırlanıb. Meteostansiya aşağıdakı altı meteoroloji parametri: küləyin sürəti və istiqaməti, yağıntının miqdarı, atmosfer təzyiqi, temperaturu, havanın nisbi rütubətini avtomatik rejimdə ölçmək və GSM kanalı ilə məsafəyə naqilsiz ötürmək üçün nəzərdə tutulub.

Mühəndislik Akademiyası öz fəaliyyətində ilk növbədə insan resurslarına əsaslanır. “Təhsil Texnoparkkompleksinin tikintisi başa çatmaq üzrədir. Bu kompleksin başlıca məqsədi biliklərə əsaslanmaqla, ölkə iqtisadiyyatının inkişafını sənaye-innovasiya istiqamətinə yönəltməkdir. Onun başlıca resursu biliklərə əsaslanan istedadlı və hazırlıqlı mütəxəssislərdən ibarət olacaqdır. Kadr potensialını əsasən Milli Aviasiya Akademiyası, eləcə də Azərbaycanın digər aparıcı ali məktəbləri təmin edəcəkdir. AMA-nın üzvləri ölkəmizin ali məktəblərində təhsilin, keyfiyyətin idarə olunması, o cümlədən, yüksək ixtisaslı mühəndis yönümlü mütəxəssislərin hazırlanmasında xeyli işlər görürlər. Yeni iqtisadiyyata keçidlə əlaqədar regionlarda texnoloji parkların yaradılması və innovasiyalı inkişafda ali məktəblərin iştirakına və aparıcı roluna xüsusi əhəmiyyət verilir.

AMA hava nəqliyyatı ilə bütün növ yoluxucu xəstəlik törədicilərinin yayılmasının qarşısının alınması məqsədilə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti  Rusiya Elmlər Akademiyası Biokimyəvi FizikaVirusologiya Elmi-Tədqiqat İnstitutu ilə birgə dünyada ilk dəfə ozonlaşdırmanın adeno-poliomielit və H5N1 viruslarının məhvedici dozası müəyyənləşdirilib, Dünya Səhiyyə Təşkilatı və BOEING şirkətinin tövsiyələrinə uyğun olaraq bu dozanın təyyarə salonu materiallarına və antropogen amillərinin fəsadlarına təsiri qiymətləndirilib.

Akademiya “AZAL” QSC ilə birgə uçuşların təhlükəsizliyinin azalması problemi üzərində fəal işləyir, aviadaşınmalar zamanı yoluxucu xəstəliklərin yayılması təhlükəsi ilə bağlı hazırda xüsusi elmi-texniki istiqamət üzrə təqdim olunan xüsusi hazırlanmış və İCAO-nun səhiyyə proqramı və Milli Aviasiya Akademiyasında ozonun istifadəsinin hərtərəfli öyrənilməsi məqsədi ilə aparılır.

Aeroport zonalarında yerüstü nəqliyyat vasitələrinin sanksiya olmadan uçuş - enmə zolağının səddini keçməsi təhlükənin qarşısının alınması sistemi işlənilir. Artıq işləyən maket nümunəsi istehsal edilib, ilkin sınaqlar müsbət nəticələr verib. Mühəndislik Akademiyasının alim və mütəxəssisləri tərəfindən aqrar-sənaye sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə, kənd təsərrüfatının inkişafı sahəsində proqramın işlənməsini xüsusi vurğulamaq lazımdır. Quraq zonalarda, dağətəyi düzənliklərdə quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin eroziyaya davamlılığı, sudan istifadə və digər məsələlər proqramın əsasını təşkil edir. Akademiyanın mütəxəssisləri dezinfeksiya üçün ozonlaşdırıcı cihazlar vasitəsilə taxıl anbarlarının səpinqabağı emalını həyata keçiriblər. Ekoloji şərait nəticəsində həm qida, həm də genetik fondda dənli bitkilərin saxlanması təmin olunub. Toxum emalı göstərib ki, ozon-hava qarışığı ilə təmizlənmiş toxumlar daha məhsuldardır. Bu istiqamətdə Azərbaycan Rusiya ilə birlikdə kənd təsərrüfatının inkişafı üzrə dövlətlərarası proqram hazırlayır. İkibaryerli, modul tipli ozonlaşdırma sistemi yaradılıb və AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə birgə buğda toxumlarının səpinqabağı işlənməsində cücərtilərin biometrik ölçmələri əsasında ozonun qatılığının və təsir müddətinin maksimal stimullaşdırıcı və məhvedici qiymətləri müəyyənləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi, GEİ ilə birgə İsmayıllı (Nikitin kolxozu), Yevlax regional toxum zavodu, Əkinçilik İnstitutu, Tərtər, Şəki bölgə dayaq məntəqələri 100 tona qədər buğda toxumları ozonlaşdırma texnologiyası ilə səpinə hazırlanıb. “Azərsun Holdinqin sifarişi ilə Lənkəran çay fabrikində ozonlaşdırma ilə 50 ton çay yarpağı fermentləşdirilib, 100 hektarlıq çuğundur, 200 hektarlıq qarğıdalı, 100 hektarlıq  soya toxumları səpinə hazırlanıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə birgə Sloveniya və Qazaxıstan Mühəndis akademiyaları ilə üçtərəfli müqavilə üzrə fəal aparır. AMA bir çox milli və beynəlxalq akademiyalartexniki birliklərlə səmərəli əməkdaşlıq və əlaqələr qurmaq üçün yorulmadan səy göstərir. Elmi forumların hər il keçirilməsi ənənəyə çevrilib, AMA xarici ölkələrdə təşkil olunançox mühüm qərarlar edilən tədbirlərdə fəal iştirak edir. AMA bir çox ölkələrin mühəndislik akademiyaları, xüsusən də Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Sloveniya Mühəndis akademiyaları, Beynəlxalq Mühəndislik Akademiyası ilə sıx əməkdaşlıq edir. İslam Ölkələri Mühəndis İnstitutları Federasiyasının (İÖMİF) üzvü olan AMA təşkilat və onun üzvləri ilə əməkdaşlığı dərinləşdirir. Qərargahı Lyublyanada olan Azərbaycan Sloveniya Avropa Mühəndislik Mərkəzinin hüquqi statusunun alınması istiqamətində işlərimizi davam etdiririk.

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı beş il ərzində Azərbaycanın və eləcə də xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Milli elmi ictimaiyyət bütün dünya alimlərinin üzərində çalışdıqları problemlərin aşkarlanmasına böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı aktuallığı və praktikliyi ilə böyük maraq doğuran ciddi araşdırmalar aparılması üçün vacib mənbədir.

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” ayrıca elektron formatda müasir dünya standartlarından istifadə etməklə ingilis dilində məqalələrin xülasələrini çap edir, kommersiya məlumat bazalarının birinin köməyi ilə materialları yayır, həmçinin xarici analitik baza SCOPUS-a keçidonun köməyi ilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnalda məqalələr Azərbaycan, ingilisrus dillərində 1400 tirajla nəşr olunur. Akademiyanın üzvləri il ərzində bir çox konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpoziumkonfranslarda iştirak edir, qarşılıqlı beynəlxalq əməkdaşlıq davamlı inkişaf edirmüvafiq tədbirlər həyata keçirilir.

AMA təsis olunandan bu günədək akademiyaya həqiqi və müxbir üzvlərin seçilməsi üçün bir neçə dəfə müsabiqə keçirilib.

Akademiyanın 2 üzvü ölkəmizin ən yüksək “İstiqlal” və “Şöhrət” ordeninə layiq görülüb, digərləri isə ictimai təşkilatların medalları ilə təltif olunublar. Azərbaycandan 4 nəfər Rusiya Mühəndislik Akademiyasının, 2 nəfər isə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. İki nəfər Nobel mükafatı laureatı P.L.Kapista adına qızıl medala layiq görülüb. Akademiya ixtiraçılıq sahəsində II Respublika müsabiqəsinin laureatı diplomu ilə təltif olunub. Akademiyanın yeni təsis olunmuş “Mühəndislik Rəşadəti” qızıl medalı ilə əmək fəaliyyətində fərqlənən 16 nəfər akademiya üzvü təltif edilib. “İlin Mühəndisi” nominasiyaları üzrə müsabiqələr keçirilir, layiqli alim və mütəxəssislər diplom və xatirə medalı ilə mükafatlandırılırlar. Hər ilAzPatent” ilə birgə “Ən yaxşı ixtira” üzrə müsabiqə keçirilir. Akademiyanın internet veb saytı (www.ama.com.az) yenilənmiş formatda fəaliyyət göstərir. Azərbaycan Mühəndislik Akademiyasının atributları: bayrağı, emblemi, döş nişanı, loqosu işlənib hazırlanıb və eləcə də akademiyanın sorğu kitabı nəşr olunub.  Avropa standartlarına, 3G və yeni telekommunikasiya texnologiyasına əsaslanan konfrans zalı yaradılıb. Mezomikro səviyyələrdə elmi tədqiqat işlərinin aparılması üçünMexaniki sınaqlar laboratoriyası” fəaliyyət göstərir. Ümidvarıq ki, müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq daha da inkişaf edəcək, akademiyanın sərhədləri, digər ölkələrin akademiyaları ilə qarşılıqlı münasibətləri genişlənəcək, mühəndis fikrinin dünya ictimaiyyətinə inteqrasiyası daha da sürətlənəcək.

Səs.- 2015.- 1 dekabr.- S. 6