İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizin davamlı inkişafında prioritet sahələrdəndir

 

 

İlham Əliyev: "Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır"

   

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulanmüasir dövrdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində son illər ölkəmiz dinamik inkişaf edir, regionun aparıcı dövlətinə çevrilib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafı üçün geniş imkanlar açıb. Bu inkişaf nəticəsində müasirləşən, modernləşən Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etdiyindən müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də məhz qlobal informasiya məkanında layiqli yer tutması və inteqrasiyası idi. Ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında xüsusi rola malik olan bu sahəyə Ulu Öndər Heydər Əliyevin ayırdığı diqqətin məntiqi nəticəsidir ki, Onun Sərəncamı ilə təsdiqlənən "İnformasiyaKommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yollar açmış oldu. Milli Strategiya rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı.

Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da önəm verərək, bu sahənin inkişafına yönəlmiş dövlət proqramları və zəruri islahatları həyata keçirməyə başladı. Belə ki, Azərbaycan Prezidentinin 2005-ci il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Belə ki, bu Sənəd ölkəmizin hər bir yerində rabitə və informasiya texnologiyalarının geniş yayılmasını təmin etmiş oldu. Azərbaycan Prezidentinin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli Fərman isə İKT sektorunun inkişafına münbit zəmin yaratdı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Görülən işlərin məntiqi olaraq artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bütün bunlarla yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyionun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradıldı ki, bu da qısa müddətdə özünü doğrultdu.

 

 

AZƏRBAYCANIN ELMİ-TEXNİKİ VƏ İQTİSADİ QÜDRƏTİNİN TƏNTƏNƏSİ

   

 

Göründüyü kimi, Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənir. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər davamlı olaraq həyata keçirilir. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin nümunəsidir. Eyni zamanda siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiyakommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb.

Azərbaycan, AvropaAmerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texnikiiqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi,  ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziyaradio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb.

Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Cənab İlham Əliyev yeni texnologiyaların tətbiqinin vacibliyini önə çəkərək bu gün Azərbaycanın artıq kosmik sənayeyə malik olan ölkə olduğunu vurğulayıb. Ölkəmizi daha böyük uğurlar gözləyir. Yeni peyklərin orbitə çıxarılması istiqamətində işlər aparılır. Yaxın zamanda isə əlavə iki peykin də orbitə buraxılacağı nəzərdə tutulub.

 

AZƏRBAYCAN REGİONAL KOSMİK SƏNAYE MƏRKƏZİNƏ ÇEVRİLƏCƏK

 

Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridirkosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarılması planlaşdırılır. Ümumilikdə, qarşıdakı illərdə Azərbaycan dörd peykə sahib olacaq. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan gələcəyə doğru inamla addımlayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaqimkanlar da var... Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun".

Fəxrlə deyirik ki, bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur və şübhəsiz ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.

       

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2015.- 2 dekbr.- S.13