Ölkəmizdə multikulturalizmin alternativi yoxdur
Azərbaycanda müxtəlif inanc
sahiblərinin bir-birlərinin
dininə hörmətlə
yanaşmaları dünya
ictimaiyyəti üçün
nümunədir
Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident Cənab İlham Əliyevin məqsədyönlü və
uzaqgörən siyasəti
nəticəsində dünyanın
mədəniyyətlərarası dialoq mərkəzlərindən
birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban
birgəyaşama mədəniyyəti
dünya sivilizasiyaları
arasında münasibətlərin
tənzimlənməsi və
inkişafında nümunə
kimi göstərilir.
Bu istiqamətdə Azərbaycan dövləti
tərəfindən həyata
keçirilən tədbirlər
bəşəriyyətin təhlükəsiz
gələcəyi və
birgəyaşama ənənələrinə,
dialoq və mədəni çeşidliliyə
dəstəyin bariz nümunəsidir.
Müasir dövrümüzdə ölkəmizdə
müxtəlif dini konfessiyalar fəaliyyət
göstərir. Azərbaycan Respublikası Konstitusiyasının
18-ci maddəsinə əsasən,
Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır
və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan
və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması
və təbliği qadağan edilir. Azərbaycanda müxtəlif xalqların
birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət,
cəmiyyətdə tolerantlıq
mühitinin qorunması
kimi məsələlərin
müzakirəyə cəlb
edilməsi aktualdır.
Ölkəmizdə mövcud olan
dini icmaların fəaliyyətinə hərtərəfli
şərait yardılıb
və heç vaxt ölkəmizdə dini və milli
zəmində qarşıdurma
baş verməyib.
Əlbəttə ki, ölkəmizdə tolerantlıq ənənələrinin
qorunmasında dövlət-din
münasibətləri mühüm
rol oynayır, Azərbaycanda tolerantlıq
mühitindən söz
açarkən ilk növbədə
ölkəmizdə hökm
sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan,
müxtəlif dinləri
təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət
şəraitində bir
ailə kimi yaşayırlar. Azərbaycanda tolerantlıq siyasətinin
uğurlu modeli artıq dünya ictimaiyyətinin diqqətindədir.
Artıq Azərbaycanda
müxtəlif inanc sahiblərinin bir-birlərinin
dininə hörmətlə
yanaşmaları dünya
ictimaiyyəti üçün
nümunə ola bilər. Bura yəhudilərin, müsəlmanların
və xristianların yan-yana ibadət etdikləri məkandır.
Azərbaycanda bütün dini
konfessiyaların nümayəndələrinin
öz dini etiqadlarını, ayinlərini
sərbəst və bərabər şəkildə
yerinə yetirmək imkanlar var və
ölkədə məscidlərlə
yanaşı pravoslav,
katolik, alban kilsələri və sinaqoqların fəaliyyət
göstərir. Çünki bu gün Azərbaycan
dövlətçiliyi "Çoxmədəniyyətli dünyada
sülh şəraitində
birgə yaşamaq"
prinsiplərini əsas
meyar götürüb.
Azərbaycanda yaşayan
qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri
olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin
7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası
və Yəhudi Evi fəaliyyət göstərir.
Tolerantlıq ənənələrinin qorunmasına
xüsusi önəm verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı
- Azərbaycan" layihəsini
uğurla həyata keçirir. Layihə çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən Möhsün Səlim, Gəncədə Həzrəti
Zeynəb, Buzovnada Cümə məscidləri,
Bakıda pravoslav kilsəsi bərpa edilib. Heydər Əliyev Fondu
və Azərbaycanın
katolik icması arasında əməkdaşlıq
memorandumu imzalanıb.
Sənəd əsasında Azərbaycanda
yaşayan xalqların
etnomədəni komponentlərinin
inkişafına və
digər inkişaf və bərpa sahələrinə yönəlmiş
layihələr reallaşdırılır.
Avropada Versal Sarayının memarlıq abidələrinin,
kafedral kilsənin vitrajlarının bərpasında,
bir sıra digər layihələrdə
də təşəbbüskar
olaraq iştirak edib. Mehriban xanım Əliyeva
müsahibələrinin birində
qeyd edir ki, dünyəvi müsəlman ölkəsi
olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs
yerlərin və tarixi-mədəni abidələrin
bərpasında iştirak
etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri
bərpa edir. Roma şəhərinin ətrafında yerləşən
60-a yaxın katakomba arasında Müqəddəs
Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir.
Romanın belə nüfuzlu
arxeoloji abidəsinin bərpasına töhfəsini
verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirib.
Eyni zamanda, Strasburq və Fransanın digər regionlarındakı
kilsələrin təmirində
fond yaxından iştirak
edib. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan
Parisin ürəyində"
adlı layihə çərçivəsində isə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti"
adlı keçirilən
konfrans bir daha dünyəvi məsələyə Azərbaycanın
göstərdiyi marağın
nümunəvi xarakter
daşıdığı nümayiş
etdirə bilmişdir. Ölkəmizin tarix boyu sivilizasiyaların
və mədəniyyətlərin
qovuşuğunda yerləşdiyi,
Asiya ilə Avropa arasında körpü olduğu və bu amillərin
mədəniyyət müxtəlifliyinin
yaranmasında mühüm
rol oynadığı
dünya ictimaiyyətinə
çatdırılır. Mehriban Əliyevanın "Tolerantlıq
ənənələri bizim
ölkədə indi də yaşayır.
Azərbaycan həm İslam
Konfransı Təşkilatının,
həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik" fikri Azərbaycanda məscidlərin, kilsələrin
və sinaqoqların mövcudluğunu və ölkəmizdə bütün
dini azadlıqların
təmin edildiyini göstərir.
Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox
millətlərin və
konfessiyaların birgə
əmin-amanlıq şəraitində
yaşadıqları unikal
yerdir və bu ənənələrin
tarixi kökləri
var.
Əlbəttə ki, ölkəmizdə fərqli milli və dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycan ölkəmizdə yaşayan xalqalar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında öz tolerant mühiti ilə seçilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib ki, bu da dünya ictimaiyyətin diqqətindən kənarda deyildir.
Paytaxtımızda keçirilən "Bakı prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu ənənələrdən bəhrələnirdi. Forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olundu. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, mədəniyyət paytaxtlarının dialoqu görüşü və digər tədbirlər keçirildi.
Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisi oldu.
Müasir dövrümüzdə Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyindən ölkəmiz çoxmillətli və çoxdinli bir ölkəyə çevrilib. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirilir, burada mövcud olan münasibətlər bir çox ölkələr üçün nümunədir.
Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2015.- 2 dekbr.- S.11