Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan və azadlıqlarının təmin edilməsi siyasəti

XX əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanda insan hüquqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmış hallarafaktlara siyasi qiymət verir. Burada insan hüquqlarının, qadınların, uşaqların, milli azadlıqların müdafiəsinə dair dövlət proqramlarının layihələrinin işlənib hazırlanması;

Qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadisosial hüquqlarının daha səmərəli təmin edilməsi; insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının, habelə insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən digər qurumların yaradılması; hüquqi islahatların həyata keçirilməsi əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi; insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi; insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılması və digər məsələlərə dair elmi-tədqiqat institutunun yaradılması və digər məsələlərə dair təkliflərin hazırlanması və lazımi tədbirlərin görülməsi müvafiq dövlət strukturlarına tapşırılmışdır.

Heydər Əliyev öz Fərmanı ilə müvafıq orqanlarstrukturlar qarşısında belə bir vəzifə də qoymuşdur ki, "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və onlara dəymiş zərərin ödənilməsi məqsədi ilə müvafiq beynəlxalq qurum və təşkilatlara müraciətlərin qəbul olunmasını təmin etsinlər". Azərbaycan Respublikası Təhsil Nazirliyinə isə "İnsan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi məqsədilə respublikanın ali, orta ixtisasorta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərsliklərin hazırlanmasını, olimpiadaların, müsabiqələrin, festivalların və digər tədbirlərin keçirilməsini təmin etmək tapşırılmışdır".

Bütövlükdə, Azərbaycan Prezidentinin bu Fərmanında insan hüquqlarının qorunması sahəsində fəaliyyətin bütün istiqamətləri əhatə edilmişdir. Həmin aktın qəbul olunması ölkədə insan hüquqları və azadlıqlarının müdafiə və təmin edilməsi siyasətinin səmərəli həyata keçirilməsinə, müvafiq qurumların yaradılmasına təkan vermişdir.

Demokratiya yolu ilə inkişaf edən müasir Azərbaycan cəmiyyətində insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilmişdir.

Ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən siyasətin istiqamətləndirilməsində Azərbaycan Prezidentinin "BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında" 16 aprel 1998-ci il, "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" 30 noyabr 1998-ci il tarixli, Azərbaycan Respublikasının hökuməti və ATƏT-in demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qarşılıqlı anlaşma haqqında memoranduma əsasən razılaşdırılmış layihələr üzrə Azərbaycan Respublikası tərəfindən əlaqələndirici şəxs barədə sərəncamları da xüsusi əhəmiyyət kəsb etmişlər.

Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri ölüm cəzasının ləğvi olmuşdur. Qeyd etmək lazımdır ki, ölüm hökmü Azərbaycanın Cinayət Məcəlləsində həmişə olmuşdurstatistikaya görə 1988-1993-cü illər ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunmuşdur. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezident fərmanları əsasında icra edilmişdir. 1993-cü ilin iyun ayından isə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin humanistlik siyasətinin bir təzahürü olaraq Azərbaycanda ölüm hökmünün icrasına faktiki moratorium qoyulmuşdur, bu müstəsna cəza növü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv edilmişdir. Bu addım Azərbaycan dövlətinin humanistdemokratik mahiyyətini, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir. Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, onların həyata keçirilməsinin təmin edilməsi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində icra hakimiyyəti orqanlarının üzərinə böyük vəzifələr düşür. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi ilə digər hakimiyyət qolları ilə yanaşı, icra hakimiyyəti orqanları qarşısında Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq vəzifəsi qoyulmuşdur. Həmin müddəaya müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3-cü maddəsində yerli icra hakimiyyətləri başçılarının fəaliyyətinin əsas prinsipləri sırasında, ilk növbədə vətəndaşların hüquq və azadlıqları, qanuni mənafelərinin müdafiəsi prinsipi təsbit edilmişdir.

Əsasnamənin 35-ci maddəsində icra hakimiyyəti başçılarının vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir:

- səlahiyyətləri daxilində müvafiq ərazidə ... vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi üçün tədbirlər görmək;

- məhkəmə, prokurorluq və ədliyyə orqanlarına onların işində kömək etmək, onlardan müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məlumatlar almaq;

- qanunvericiliyə uyğun olaraq yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsi ilə əlaqədar məsələləri həll etmək;

- vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını təşkil etmək, səlahiyyətləri daxilində onlara dair lazımi tədbirlər görmək, tabeliyində olan idarə, təşkilat və müəssisələrdə həmin işin təşkilinə nəzarəti həyata keçirmək və s.

Bundan başqa, Əsasnamədə yerli icra hakimiyəti başçılarının vətəndaşların əmək, azad sahibkarlıq, istirahət, mənzil, sosial təminat, ekoloji, təhsil, tibbi yardım almaq və digər hüquqların müdafiəsi və təmin olunması sahəsində tədbirlərin görülməsi, bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin işinə nəzarətin həyata keçirilməsi səlahiyyətləri vardır.

Göründüyü kimi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində yerli və həm də mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində onların ərizə, təklif və şikayətlərinə baxılması xüsusi yer turur ki, bu da Azərbaycan Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququnun reallaşmasına yönəlir. Konstitusiyanın bu maddəsi əsas götürülərək onun həyata keçirilməsi ilə əlaqədar qəbul olunmuş müvafiq normativ - hüquqi sənədlər bu hüquqların təmin edilməsi formalarını müəyyən etmişlər. Bu baxımdan 1997-ci ildə qəbul edilmiş "Vətəndaşların müraciətlərınə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu, həmin Qanunun tətbiqi haqqında Respublika Prezidentinin Fərmanını, bu Qanuna uyğun olaraq 1998-ci ildə təsdıq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"nı, 1999-cu ildə qəbul edilmiş "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar. Qeyd olunan və digər müvafiq sənədlərdə icra hakimiyyəti orqanlarının bu sahədə vəzifələri, bu işin təkmilləşdirilməsi yolları müəyyən edilmişdir. Ölkədə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində qəbul olunan normativ sənədlərdə də müvafiq qanunlardaPrezidentin fərmanlarında da vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması dövlət qulluqçularının mühüm vəzifələrindən biri kimi irəli sürülür.

Beləliklə, Azərbaycanda vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnun həyata keçirilməsi sahəsində aparılan siyasət sistemli və ardıcıl xarakter daşıyır. Bu da icra hakimiyyəti orqanlarının bu istiqamətdəki fəaliyyətinin getdikcə daha da yaxşılaşdırılmasına xidmət edir. Təkcə 2002-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına vətəndaşlardan 54141 təklif, ərizə və şikayət daxil olmuşdur. Yerli icra hakimiyyəti başçılarının aparatına gəldikdə isə 2002-ci ildə, məsələn, Goranboy rayonunda 665, Masallıda 540, Yardımlıda 403, Xanlarda 320 müraciət vətəndaşlardan daxil olmuşdur.

Milli dövlətlərdə insan hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi onların təmin edilməsi vasitələri və mexanizmləri arasında daha geniş yer tutur. Onun həyata keçirilməsi prinsipləri və formaları müxtəlif beynəlxalq - hüquqi aktlarda nəzərdə tutulmuşdur. Məsələn, vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (1996) 2-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər bir iştirakçı - dövlət insan hüquqları və azadlıqlarının məhkəmə müdafiəsinin imkanlarının inkişaf etdirilməsini öz üzərinə götürür. İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsində xüsusi göstərilir ki, hər bir insan ona konstitusiyaya qanunla verilmiş əsas hüquqların pozulduğu hallarda səlahiyyətli milli məhkəmələr vasitəsilə öz hüquqlarını səmərəli şəkildə bərpa etmək hüququna malikdir. 

    

Vahid Ömərov.

Səs.- 2015.- 3 dekabr.- S.- 15.