Dünya kosmik bazarında “Azerspace-1”in rəqabətlilik qabiliyyəti davamlıdır

İlham Əliyev: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi” 

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulanmüasir dövrdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində son illər Azərbaycan sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır və regionun aparıcı dövlətinə çevrilib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb.

Müasir dövrümüzdə informasiyakommunikasiya texnologiyaları sahəsi də prioritet sahə elan edildiyindən, ölkəmizdə bu sahəyə xüsusi diqqət ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verdi. Belə ki, Dövlət Proqramı respublikada kosmik sənayenin yaradılması və inkişafına, eləcə də, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsində, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsində rol oynayıb. Qeyd edək ki, informasiyakommunikasiya texnologiyalarının tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda kosmik sənayenin inkişafı nəticəsində artıq birinci telekommunikasiya peyki orbitə çıxarılıb. Daha sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxılıb. Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən “Azərspase-1” telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texnikiiqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan “Azərspase-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi,  ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1” fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiyabir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri bu peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir.

Məlumdur ki, kosmik fəzada fəaliyyətdə əsas tələblərdən biri rentabellilikdirbu sahədə Birinci Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin “Azerspace-1”in olması dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsirini göstərdi.

Bu gün ölkəmizdə kosmik sənaye yaradılıb. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan dinamik inkişaf yolunda olan ölkə kimi indi üçüncü peykin buraxılmasına diqqət ayrılıb və bu istiqamətdə işlər aparılır. “Azerspace-2”-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Azərbaycan gələcəyə doğru inamla addımlayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimiBiz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa, biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaqimkanlar da var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun”.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2015.- 9 dekabr.- S.4