Veteranlar hesabat verdi
Bu gün Respublika
Veteranlar Təşkilatının
2015-ci ildə gördüyü
işlərə dair hesabat konfransı keçirilib. SİA-nın məlumatına
görə, tədbir iştirakçıları əvvəlcə
Fəxri Xiyabanda Ümummilli
liderin məzarını, daha
sonra Şəhidlər Xiyabanını
ziyarət ediblər. Hesabat konfransında əvvəlcə "Günəşli"
yatağında baş verən faciənin
qurbanları bir dəqiqəlik sükutla yad edilib.İclasda Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.Konfransda
çıxış edən Respublika
Veteranları Təşkilatının sədri Dadaş Rzayev ölkədə
veteranlara göstərilən diqqət
və qayğıdan bəhs edərək, buna
görə ölkə Prezidentinə təşəkkür
edib.Təşkilatın cari ilki fəaliyyəti haqqında məlumat verən
D.Rzayev qeyd edib ki, 2015-ci il Azərbaycan veteranları üçün
yadda qalan il olub: "Belə ki, bu il
veteranlara geniş sahəyə
malik inzibati bina təhvil verilib.
Respublikanın rayon və şəhərlərində
50-yə yaxın veteranlar təşkilatının
inzibati binası istifadəyə verilib. Həmçinin Böyük
Vətən Müharibəsinin 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Ümüd
edirəm ki, bu işlər
yenə də davam etdiriləcək. Bizim də nöqsanlarımız var və onları aradan
qaldırmaq üçün təşkilatın
rayonlardakı nümayəndəlikləri daha
ciddi nəzarət olunacaq.
Bəzi rayon nümayəndəlikləri
işlərinin öhdəsindən gələ bilmir. Onların işlərində
dönüş yaradacağına
inanırıq”.İclasda çıxış edən veteranlar onlara göstərilən
diqqət və qayğıya görə Ölkə
Başçısına təşəkkürlərini
bildiriblər.Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib
ki, Azərbaycanda
mövcud olan vətəndaş
cəmiyyəti institutlarına daxil olan veteranlar təşkilatının
özünəməxsus prinsipləri var:
“Mən hər zaman bu
təşkilatın nümayəndələrini özümə
dost bilmişəm və bu
gün sizlərlə gözəl günlərdən
birini yaşayıram. Azərbaycan müstəqilliyini
yeni əldə edən zaman
mən Prezident Aparatının ictimai-siyasi
şöbəsində veteranlar təşkilatları
ilə işin əlaqələndiricisi idim. O illər çox
çətin iş qrafikində fəaliyyət
göstərirdik. Ulu Öndər aparatda gecələməli olurdu.
Belə bir çətin durumda
bütün dəyərlərə
hörmətlə yanaşan Dahi Lider Heydər
Əliyev veteran təşkilatlarının
fəaliyyətinə diqqəti əsirgəmirdi. O zaman mən gənc idim. Həyatını xalqına, dövlətinə xidmətdə
keçirmiş ağsaqqalllarla,
ağbirçəklərlə işləmək gənc olaraq məni bir qədər
çəkindirsə də, bu təşkilat
məni öz ağuşuna
alaraq özünün
doğma insanına çevirdi.
Ötən illər ərzində ölkənin imici, infrastrukturu,
insanların həyat tərzi dəyişsə də, bu insanların prinsipiallığı, vətənə,
torpağa, xalqa olan məhəbbətləri dəyişmədi.
Bütün bunlar
onların vətəndaşlıq mövqeyindən irəli gəlir.
Öz əməli fəaliyyəti ilə
Azərbaycan cəmiyyətinə, gənclərə nümunə
olan veteran adı
daşıyan insanlardan öyrənəcəyimiz
çox şey var”.Azərbaycan
Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
isə çıxış edərək veteranların
ölkə həyatının bütün
sahələrində yaxında iştirak etdiyini vurğulayıb. Onun sözlərinə
görə, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində veteranların xüsusi rolu var.Sonda təşkilatı məsələlərə
baxılıb, Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
təsis etdiyi döş
nişanının təltif edilməsi mərasimi keçirilib.
Səs.-
2015.- 11 dekabr.- S.7