Multikulturalizm və tolerantlıq Azərbaycanın ən böyük milli sərvətidir
Azərbaycanın özünəməxsus tolerantlıq və multikulturalizm modelinə malik olması bəşəriyyətin gələcəyini sevən, bəşəri humanizmi yüksək qiymətləndirən, sivil inkişafa daha demokratik baxımından yanaşan insanlar tərəfindən həmişə yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Azərbaycandakı dini, milli tolerantlığı, multikulturalizmi alqışlayan, onu təqdir edən məşhur yazıçı Leonid Zorin Bakı kimi tolerant şəhərdə, multikulturalizm adət-ənənələrinə malik olan ölkəmizdə yaşamağı arzuladığını xüsusi vurğulayıb. Leonid Zorin özünün məşhur “Avansena” romanında yazır ki, Bakıda yaşamaq böyük bir səadət, xoşbəxtlikdir. Bununla bağlı mətbuata açıqlama verən Leonid Zorin: “Bakı çox xoşuma gəldi, bu şəhər insanı özünə valeh edir. Adama elə gəlir ki, Bakıda nəhəng bir evə düşübsən. Bakı adlı bu ev adama o qədər doğmadır ki, şəhərin harasında olmasından asılı olmayaraq özünü doğma evinin bir guşəsində hiss edirsən. Bu şəhərdə xəstə adamların, ruhi-psixoloji baxımdan dəlilik hesab millətçiliyə rast gələ bilməzsən. Bakının əsas vizit kartı, burada yaşayanların pasportu “Mən bakılıyam, milliyətim bakılıdır” anlayışı olub”,- deyib.
Zorinin bu dediklərini təsadüfi
hesab etmək olmaz. Hər halda Leonid Zorin
məşhur yazıçılardan
biridir və ona nəyisə dedirtməyə ehtiyac yoxdur. Zorin qəlbinin hökmünə,
vicdanının səsinə
qulaq asaraq ölkəmiz haqqında belə xoş sözlər deyib. Zorin Bakıda olub, buranın insanları ilə sıx ünsiyyət qurub, müxtəlif dinlərə,
dillərə, mədəniyyətlərə
malik insanların ölkəmizdə mehriban
yaşamasının şahidi
olub. Bu, onu həm heyrətləndirib,
həm də daxilində xoş izlər buraxıb. Zorinin ölkəsində baş
qaldıran neomillətçilər,
başıqırxıqlar-skinxedlər hər gün MDB məkanından olan immiqrantlara münasibətdə
zorakılıqlara əl
atır, insanları qətlə yetirir, onlara qarşı irqi, dini, milli
ayrı-seçkiliyə əl
atırlar. Bu baxımdan Azərbaycanda əks bir mənzərə
ilə qarşılaşması
Zorini heyrətləndirməyə,
onda doğma Bakımıza, Azərbaycanımıza
münasibətdə səmimi,
xoş hisslər oyatmaya bilməzdi. Məhz bu baxımdan ölkəsi ilə müqayisədə Zorinin
Azərbaycandakı tolerant münasibətdən
məmnun olması, həm də onun buna səmimi
qiymət verməsi, yazıçının daxilindən
qopan bəşəri
məhəbbət haraylarıdır.
Bu baxımdan Zorini
alqışlmaq lazımdır. Ən azından
ona görə ki, digərləri Zorin kimi ölkəmizdəki
tolerantlığı layiqincə
qiymətləndirə, ona
layiq olduğu qiyməti verə bilmir, bu məsələdə
ölkəmizə düşmən
mövqedən çıxış
etməyə üstünlük
verirlər. Lakin Azərbaycanın
dini, milli tolerantlığı və
multikulturalizm modelini gözdən salmaq heç kəsə nəsib olmayıb və olmayacaq.
Əksər beynəlxalq təşkilatlarölkəmizdəki
tolerantlığı təqdir
edirlər
Ölkəmizdəki tolerantlıq əksər beynəlxalq təşkilatlar
tərəfindən də
məmnunluq hissi ilə qarşılanır. Təsadüfi
deyil ki, BMT-nin İrqi ayrı-seçkiliyin
ləğv edilməsi
üzrə Komitəsinin
2005-ci ildə keçirilən
66-cı sessiyasında Azərbaycan
Respublikası ilə bağlı qəbul olunmuş yekun sənədində ölkəmizdəki
tolerantlığa, multikulturalizmə
layiqli qiymət verilib, onun bəşəriyyətin
sivil inkişafında
önəmli rol oynadığı vurğulanıb.
Sənəddə bu fikirlər əsas yer alıb: “Dağlıq Qarabağ rayonunda münaqişənin
neqativ nəticələrinə
baxmayaraq, erməni mənşəli şəxslər
Azərbaycanda ayrı-seçkiliyə
məruz qalmırlar”.
Əlbəttə, BMT tərəfindən ölkəmizdəki
milli, dini tolerantlığa, multikulturalizmə
böyük qiymət
verilməsi sevindiricidir. Üstəlik sənəddə o da etiraf edilib ki,
Azərbaycanda Dağlıq
Qarabağ münaqişəsinin
neqativ nəticələrinə
baxmayaraq ermənilərin
özləri də belə ölkəmizdə
ayrı-seçkiliyə məruz
qalmırlar.
Hər halda Azərbaycanda dini, milli tolerantlığın
bəşəriyyətin sivil
inkişafına model olacaq dərəcədə
BMT səviyyəsində qiymətləndirilməsi,
etiraf edilməsi olduqca sevindirici hadisədir.
Yeri gəlmişkən onu da deyək ki,
Azərbaycandakı sevgi,
məhəbbət mühiti,
dini, milli ayrı-seçkiliyin olmaması
hətta bizi istəməyən qüvvələr,
o cümlədən Rusiyanın bəzi ermənipərəst dəstəkçiləri
tərəfindən belə
etiraf edilir. Hələ ötən il ermənpərəst
mövqeyi ilə tanınan Konstantin Zatulin Azərbaycanın gücünün
burada yaşayn insanlara münasibətdə
ayrı-seçkiliyə yol
verilməməsinin olduğunu
söyləmişdi.
Məsələyə münasibət bildirən millət vəkili Nizami Cəfərəovun fikrincə,
multikulturalizm Azərbaycanın
ən böyük milli sərvətidir və bəşəriyyət
gec-tez dünyaya səadət, xoşbəxtlik
gətirəcək, sivil
inkişafın, demokratiyanın,
bəşəri humanizmin
ana xəttinə, onun mayasına çevriləcək multikulturalizm,
tolerantlıq modelimizdən
həvəslə istifadə
edəcək və ya bunu tətbiq
etməyə məcbur
olacaqlar. Nizami Cəfərov: “Əslində
bu gün ölkəmizdə mövcud
olan və bəşəriyyətin gələcək
inkişaf modeli hesab edilən tolerantlıq və multikulturalizm modelini cəsarətlə Azərbaycannın
bəşəri inkişaf
modeli adlandırardım.
Azərbaycanın bəşəri
inkişaf modelinə ölkəmizdə min illər
ərzində mövcud
olan tolerantlıq, multikulturalizm ilə yanaşı məşhur
ədəbi simalarımızın,
Nizamini Gəncəvinin,
Füzulinin, dahi Üzeyir Hacıbəylinin
və digərlərinin
də əsərlərində
vurğulanan bəşəri
sevgi notlarını əlavə edərdim. Onda dünyanı heyrətə
salan, bəşəri
inkişafa ən böyük töhfələrindən
birini verən Azərbaycanın əzəməti,
bəşəri sevgisi
daha parlaq şəkildə ortaya çıxar. Bu gün Azərbaycanın dünyaya, bəşəriyyətə
tolerantlıq modelini nümayiş etdirməsi,
bu məsələdə
ən inkişaf etmiş ölkələrə
belə nümunə olması həqiqətən
də ölkəmiz üçün qürur mənbəyidir. Təbii
ki, bu işdə
ölkə rəhbərliyinin
həyata keçirdiyi
və yalnız Azərbaycanın deyil, bəşəriyyətin də
xoş gələcəyinə
hesabalanan multikulturalizm,
tolerantlıq siyasəti
dunyanın aparıcı
ölkələrinin rəhbərləri
üçün nümunə
ola bilər. Siz dünyanın heç bir ölkəsində heç bir yerində Azərbaycanda olduğu qədər tolerantlığa, multikulturalizmə
rast gələ bilməzsiniz. Multikulturalizm, tolerantlıq xalqımızn
əvəzsiz mənəvi
sərvətidir və
bununla hələ min illər boyu fəxr edəcəyik, gələcək nəsillər
multikulturalizmə, tolerantlığa
görə bizi həmişə xoş sözlərlə xatırlayacaqlar.
Bu gün biz əcdadlarımızın
multikulturalizmindən fəxrlə
danışdığımız kimi, onlar da,
bizdən ağızdolusu
bu sahədə bəhs edəcək, günümüzdə dövlət
səviyyəsində həyata
keçirilən bu siyasətimizi təqdir edəcəklər. Çünki
bəşəriyyətin gələcəyi,
sivil inkişafı, bütün hallarda multikulturalizmdən, tolerantlıqdan,
fərqli dini dünya görüşlərinə
malik olan insanların sivil şəkildə birgə
yaşayışından, Qərb
və Şərq sivilizasiyalarının inteqrasiyasından,
birgə gələcəyə
doğru addımlamasından
asılıdır”,-deyir.
Millət
vəkili deyir
ki, dini tolerantlıq, dini dözümlülük müasir
sivilizasiyada insanların
təhlükəsiz şəraitdə
yaşamasının ən
mühüm şərtlərindən
biridir. Tolerantlıq, milli dövlətlər
üçün ən
zəngin xəzinə
və dəyərlərdən
biridir.
Tanınmış politoloq, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərli də ölkəmizdəki
tolerantlığın, multikulturalizmin
yüksək səviyyədə
olmasını burada yaşayan bütün xalqların ən böyük neməti, mənəvi xəzinəsi
hesab edir. Onun sözlərinə
görə, dövlət
səviyyəsində həyata
keçirilən multikulturalizm,
milli, dini tolerantlıq siyasəti qədimlərdən süzülüb
gələrək ruhumuza
hopan, bütün insanlara, millətlərə,
dinlərə sevgi, məhəbbət aşılayan
və bu çərçivədə də
qələcəyə ünvanlanan
bəşəri inkişaf
körpüsünə çevrilib. Üzeyir Cəfərli: “ Azərbaycanın
gücü onun milli, dini tolerantlığında,
multikulturalizmində, burada
yaşayan insanların
rifah və səadət içində
yaşamalarındadır. Bu
gün Azərbaycan ordusunda burada yaşayan azsaylı xalqlar da daxil
olmaqla bütün millətlərə mənsub
olan insanlar çiyin-çiyinə vətənimizi
müdafiə edirlər.
Ordumuz hər an düşməni məhv etməyə, onu yerində oturtmağa qadirdir. Çünki gücümüz birlikdədir. Azərbaycanda hökm sürən tolerantlıq, multikulturalizm
mühiti ordumuzda da parlaq şəkildə
özünü nümayiş
etdirməkdədir. Bu isə işğal altında olan toprpaqlarımızın azad
edilməsində həlledici
amilə çevriləcək”,-deyib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Səs.-
2015.- 12 dekabr.- S.- 13