Özəl bölmənin inkişafına dövlət dəstəyinin artırılması iqtisadi inkişafın təməl prinsipidir

İlham Əliyev: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznesinvestisiya mühiti formalaşdırılır.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə özəl sektorun, kiçikorta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bəyan etmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçikorta sahibkarlığın rolu böyükdür.

 İnhisarçılığa qarşı mübarizə güclənilir

 Dövlət başçısı sözügedən müşavirədə bildirib ki, dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Dövlət başçısı sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların və lisenziyaların sayının kifayət qədər çox olmasını da mənfi hal kimi qiymətləndirmiş, iqtisadiyyat üçün əsas problemlərdən birinin inhisarçılıq olduğunu nəzərə çatdırmışdır:Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Prezident İlham Əliyev, eyni zamanda  vurğulamışdır ki, yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.

 Sahibkarlığın inkişafında real strateji addımlar

 Hər zaman sahibkarların yanında olan onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının son zamanlar imzaladığı sənədləri sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi qiymətləndirmək olar. Bütövlükdə, son imzalanan sənədlər dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.  Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəlliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Xüsusilə də, lisenziyaların verilməsinin “ASAN” Xidmətə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Hamı razılaşır ki, “ASAN” Xidmətinin səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu, o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, o, sadəcə dövlət rüsmunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq.

Prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bildirib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə də sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir: Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.

Beləliklə, artıq sahibkarlığın inkişafında yeniolduqca mühüm mərhələ başlayır və sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

 

RƏFİQƏ KAMALQIZI

Səs- 2015.- 15 dekabr.- S.3