Gənc Tamaşaçılar Teatrında yeni tamaşa

 

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında S.Elsevərin “ArzuMurad” əsərinin ictimai baxışı olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Baxışdan sonra teatrın bədii şura üzvləri və tamaşanın yaradıcı heyəti yeni tamaşanı müzakirə edərək, bəzi düzəlişlər olmaqla tamaşanın qəbul edilməsi barədə qərar qəbul edilib.

Beləliklə, məşqlərinə ötən ay start verilmiş yeni səhnə əsəri sabahdekabr ayının 17-də saat 19.00-da nümayiş etdiriləcək.

“Anamın kitabı” ədəbi müsabiqəsinin qalibi, gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tutpyesi əsasında hazırlanmış “ArzuMurad” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir. 

Məlumat üçün bildirək ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat  İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub.

nöqtə.- 2015.- 17 dekabr.- S.10