Heydər Əliyev
Mərkəzində Stiven
Siqalın konserti olub
Dekabrın 16-da məşhur Hollivud ulduzu Stiven Siqal
ilk dəfə Bakıda,
Heydər Əliyev Mərkəzində konsert
proqramı ilə çıxış edib.
Konsertdə Stiven Siqal və
onu müşayiət
edən qrup blüz musiqi proqramını təqdim edib.
Konsertin maraqlı məqamlarından
biri Hollivud ulduzunun səhnəni “Natiq” ritm qrupu
ilə paylaşması
olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı
kompozisiya təqdim edib.
Qeyd edək
ki, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi
ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa
başlayıb. Stiven Siqal
12 yaşından gitarada
ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük
verib.
İllər boyu öz üzərində işləyən
Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi
Kinq, Bo Didli, Con Li Huker, ona ən
çox təsir göstərmiş gitaraçı
Braun Klarens “Qeytmaut” ilə birgə çıxışlar edib,
blüzə olan sevgisini onlarla bölüşüb.
Stivenin anası
“onun musiqisini dünya eşitməlidir”
deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə
işıq üzü
görən “Kristal mağaradan
mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında
ən çox satılan albomlardan olub və özündə
blüz, pop, rok kimi müxtəlif janrları birləşdirib.
2006-cı ildə daha
bir musiqi albomu - “Mojo Priest” təqdim olunub. Musiqişünaslar
tərəfindən ilin
ən yaxşı blüz albomu adlandırılan “Mojo
Priest” təkcə Stivenin
sərt gitara üslubunu deyil, həmçinin blüzün
əsasını qoymuş
Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor,
Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi sənətkarların
musiqisini də özündə birləşdirir.
Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərkən “Stiven gitara çalmaqda mahir ustadır”, - deyə söyləyib. Blüzü ənənəvi
və mənalı bir tərzdə çatdırmaq istedadı
Stivenin yazdığı
və ifa etdiyi musiqidə aydın görünür.
Qeyd edək
ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa
başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların
gitaraları daxildir.
1952-ci ildə ABŞ-da
anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə
başlayıb və
1988-ci ildə “Qanundan
yüksəkdə” adlı
ilk filmində Niko rolunu ifa edib. Əsasən
döyüş filmlərində
çəkilən aktyor
“Mühasirədə”, “Ölümcül
təhlükə”, “Məhvetmə qərarı”,
“Keçmişin kölgəsi”,
“Günəşin altında”
və digər filmlərdə rol alıb.
Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri
olduğu filmlərdə
döyüş səhnələrinə
quruluş verib.
Bu il sentyabrın
21-də Bakıya səfəri
çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin
Auditorium zalına heyran
qalmış və burada konsert vermək arzusunu bildirmişdi.
Bir saatdan artıq davam edən konsert proqramında gitara ifaçısı, müğənni
Stiven Siqal blüz janrında musiqi ilə tamaşaçıların qarşısına
çıxıb. Konsert boyu
ifaçının auditoriya
ilə ünsiyyəti
qurması tamaşaçılara
unudulmaz anlar bəxş edib.
Konsertdən sonra Stiven Siqal
təəssüratlarını jurnalistlərlə bölüşüb,
onların suallarını
cavablandırıb. Bildirib ki,
Heydər Əliyev Mərkəzində tamaşaçılar
qarşısında çıxış
etdiyi müddətdə
o, olduqca xoş anlar keçirib. “Natiq” ritm qrupunun fanatıdır və onunla birgə çıxış
etməsini şəxsən
arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək
imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin,
ölkədəki tolerantlıq
mühitinin onda xoş təəssürat
oyatdığını bildirib.
Səs.-
2015.- 17 dekabr.- S.- 4