Azərbaycan Respublikasında  insan hüquqlarına dair qəbul olunmuş normativ-hüquqi aktlar (1998-1999)

- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı.

Fərman 1998-ci il fevralın 22-də imzalanmışdır. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının işlənib hazırlanmasını nəzərdə tutur.

- Uşaq hüquqları haqqında Qanun.

1998-ci il mayın 19-da qəbul edilib. Qanun Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarını, uşaq hüquqları sahəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqifiziki şəxslərin vəzifələrini müəyyən edir.

- İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

1998-ci il iyunun 18-də imzalanmışdır. Sərəncam Azərbaycan Respublikasında insan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının və digər müvafiq qurumların təşkil edilməsi, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitututun yaradılması və s. konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

- Məlumat azadlığı haqqında Qanun.

1998-ci il iyunun 19-da qəbul edilib. Qanun Azərbaycan Respublikasında hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnun olmasını müəyyən edir.

- Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlıqlarının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında AR Prezidentinin Fərmanı. 1998-ci il avqustun 6-da imzalanmışdır. Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlıqlarının təmin edilməsi sahəsində əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

- Vətəndaşlıq haqqında Qanun.

1998-ci il sentyabrın 30-da qəbul edilib. Qanun Azərbaycan dövlətinə mənsub olan, onunla siyasihüquqi bağlılığı, habelə qarşılıqlı hüquq-vəzifələri olan şəxsin vətəndaşlıq hüququnun əsaslarını müəyyən edir.

- Sərbəst toplaşmaq azadlığı haqqında Qanun.

1998-ci il noyabrın 13-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını xəbərdar etməklə dinc, silahsız yığışmaq, mitinqlər, nümayişlər keçirmək, piketlər düzəltmək hüququnun olmasını müəyyən edir.

- İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı.

1998-ci il noyabrın 30-da imzalanmışdır. Sərəncam Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılmasını nəzərdə tutur.

- Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Qanun.

1998-ci il dekabrın 1-də qəbul edilib. Qanun cinayət işi üzrə zərərçəkən şəxslərin, şahidlərin cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyinin təmin edilməsini sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemini müəyyənləşdirir.

- Məhkəmə hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanun.

1998-ci il dekabrın 11-də qəbul edilib. Qanun özlərinin təhlükəsizliyinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsinin təmin edilməsi, habelə göstərilən şəxslərin həyatının, sağlamlığının, mənzilinin əmlakının dövlət müdafiəsi üzrə tədbirlər sistemini müəyyənləşdirir.

İmmiqrasiya haqqında Qanun.

1998-ci il dekabrın 22-də qəbul edilib. Qanun əcnəbilərin ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına immiqrasiyasını bununla bağlı münasibətləri tənzimləyir.

- Təhqiqat, ibtidai istintaq, prokurorluq məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Qanun.

1998-ci il dekabrın 29-da qəbul edilib. Bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq məhkəmə orqanlarının ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsinin təmin edilməsini müəyyən edir.

- Məcburi köçkünlərin onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanun.

1999-cu il mayın 21-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini bununla əlaqədar dövlət orqanlarının vəzifəsini müəyyən edir.

- Ekoloji təhlükəsizlik haqqında Qanun.

1999-cu il iyunun 8-də qəbul edilib. Qanun hüquqi fiziki şəxslərin, dövlət özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini həyata keçirməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.

- Vətəndaşların hüquq azadlıqlarını pozan qərar hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Qanun.

1999-cu il iyunun 11 - qəbul edilib. Qanun Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının hüquq azadlıqlarını pozan qərar hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi qaydalarını müəyyənləşdirir, habelə vətəndaşların hüquq azadlıqlarını məhkəmə təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

- Terrorizmə qarşı mübarizə haqqında Qanun.

1999-cu il iyunun 18-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında terrorizmə qarşı mübarizənin hüquqi təşkilati əsaslarını müəyyən edir, terrorizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların vətəndaşların hüquqlarını vəzifələrini təsbit edir.

- Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanun.

1999-cu il iyunun 22-də qəbul edilib. Qanun valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasında 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

- Bələdiyyələrin statusu haqqında Qanun.

1999-cu il iyulun 2-də qəbul edilib. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu Qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi, maliyyə əsaslarını, onların həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir.

- Bələdiyyələrə seçkilərin qaydaları haqqında Qanun.

1999-cu il iyulun 2-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərin hazırlanması keçirilməsi qaydalarını müəyyən edir.

- Əmək miqrasiyası haqqında Qanun.

1999-cu il oktyabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında əmək miqrasiyası proseslərinin hüquqi, iqtisadi sosial əsaslarını müəyyən edir, əmək miqrasiyası sahəsində yaranan münasibətləri tənzimləyir.

- Polis haqqında Qanun.

1999-cu il oktyabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında polisin fəaliyyət prinsiplərini, insan vətəndaş hüquq azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyətini s. müəyyən edir.

- Notariat haqqında Qanun.

1999-cu il noyabrın 26-da qəbul edilib. Qanun Azərbaycan Respublikasında rəsmi doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi digər notariat hərəkətlərinin aparılması belə fəaliyyətin qanunla nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilməsini müəyyən edir. Notariat haqqında AR Qanununa dəyişikliklər əlavələr edilməsi barədə Qanun 2001-ci il fevralın 20-də qəbul edilib.

- Bələdiyyə qulluğu haqqında Qanun.

1999-cu il noyabrın 30-da qəbul edilib. Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.

- Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Qanun.

 

Vahid ÖMƏROV

Səs.- 2015.- 26 dekabr.- S.- 13