Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi-tədqiqat müəssisəsinin Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili  İsa Həbibbəyli açaraq humanitar ictimai elmlər üzrə 2015-ci ilin əhəmiyyətli hadisələri barədə geniş ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə AMEA-nın 70 illik yubileyi münasibətilə akademiya işçilərinin, o cümlədən rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əməkdaşlarının dövlət mükafatları ilə təltif edilməsini ölkə rəhbərliyinin elmə elm adamlarına göstərdiyi diqqət qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Ölkə Prezidentinin AMEA-nın yubileyində iştirakını dərin məzmunlu çıxışını elmi sferada gələcək tədqiqatların aparılması sahəsində yeni istiqamətlərin meydana qoyduğunu xatırladan akademik İ.Həbibbəyli kollektiv adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. Akademik, həmçinin cari ildə institutda aparılan elmi-tədqiqat işlərinin mühüm istiqamətləri, ədəbi araşdırmaların müasir müstəqillik dövrünün tələblərinə uyğunlaşdırılması növbəti dövr üçün proqram xarakterli gələcək fəaliyyət istiqamətləri barədə ətraflı söhbət açıb. Son illərdə Ədəbiyyat İnstitutunda aparılan elmi-tədqiqat işlərinin geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdıran İ.Həbibbəyli 7 cildlik Azərbaycan ədəbiyyatı tarixinin 5-ci cildinin 10 cildlik ədəbiyyat tarixi çoxcildliyinin 1-ci cildinin üzərində son redaktə işlərinin aparıldığını bildirib. İnstitut rəhbəri çoxcildliklərin müvafiq olaraq 6-cı 7-ci cildləri, həmçinin 2-ci 3-cü cildləri üzərində işlərin nəzərdə tutulan səviyyədə görüldüyünü qeyd edən akademik ədəbiyyat tarixi külliyyatını institutun şərəfli tarixi vəzifəsi kimi səciyyələndirib.

Hesabat yığıncağında Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov institutun cari ildə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Elmi-tədqiqat müəssisəsinin 2015-ci ildəki elmi, elmi-təşkilati fəaliyyəti barədə ətraflı məlumat verilən, institutun gündəlik qaynar həyatını əks etdirən soxsaylı slaydlarla müşayiət olunan geniş məruzədən sonra çıxışlar dinlənilib.

Filologiya elmləri doktorları Şirindil Alışanlı, Məhərrəm Qasımlı, Mahirə Quliyeva, Tahirə Məmməd, Qəzənfər Paşayev başqaları məruzə ətrafında çıxış ediblər.

Son ildə Ədəbiyyat İnstitutunda şəraitinin yaxşılaşdığını, elmi əməkdaşların müasir informasiya texnologiyaları ilə yüksək təminatını xüsusi vurğulayan alimlər öz çıxışlarında bildiriblər ki, akademik İ.Həbibbəylinin "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası", Rusiyada çıxan "Literaturnaya qazeta" ilə birgə layihə üzrə xüsusi buraxılışları, ilin ən mühüm hadisəsinə çevrilib. Bundan başqa, institut əməkdaşları tərəfindən 40-dan artıq kitab monoqrafiyanın nəşr olunmasını, yerli xarici nəşrlərdə çap edilən 800-dən çox elmi məqaləni, ədəbiyyatşünas alimlərin xarici ölkələrdə 70-dən yuxarı beynəlxalq tədbirlərdə çıxışları iştirakını, "İlin alimi", "İlin gənc alimi" nominasiyaları üzrə təsis edilən mükafatları ilin ən əhəmiyyətli yaddaqalan hadisələri kimi səciyyələndiriblər. Çıxışlarda elmi əməkdaşlara göstərilən diqqət qayğıya görə akademiya rəhbərliyinə, o cümlədən institutun direktoru, akademik İsa Həbibbəyliyə minnətdarlıq hissi ifadə olunub.

Sonda akademik İ.Həbibbəyli yekun sözü ilə çıxış edərək hesabat məruzəsinin bəzi detalları ilə bağlı ətraflı danışıb, mövcud problemlər barədə təkliflərini bildirərək növbəti ildə qarşıda duran vəzifələr üzrə müvafiq tövsiyə tapşırıqlarını bildirib.

Elmi şuranın iclasında gündəlikdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

R.HÜSEYNOVA

Səs.- 2015.- 29 dekabr.- S.- 4