Hüquqi dövlət quruculuğu və demokratikləşmə

 

 

 

İnsan hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının bərpası müstəqillik, suverenlik şəraitində daha mühüm əhəmiyyət kəsb edir, ön plana keçirbu şərəfli missiyanın reallaşması daha asan olur. Çünki bütün insan hüquqları məhz bu şəraitdə, müstəqillik mühitində gerçəkləşə bilər.

1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş Konstitusiya aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulunda hüquqi baza rolunu oynadı. Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşmasına dair ideyalar 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş, ölkənin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur.

Hüquqi dövlət hər bir vətəndaşa cəmiyyətin bütün seqmentlərinə siyasi həyatda iştirak etmək barədə hüquqi imkanlar açır və hər bir fərdin hüquqlarını təmin edir. Buna görə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmişbu istiqamətdə uğurlu addımlar atmışdır.

Hazırda cəmiyyətimizin bütün sahələrini əhatə edən hüquqi islahatlar ölkəmizdə dönməz bir prosesə çevrilmişdir. Hüquqi islahatların təməli isə öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Bu sahədə düşünülmüş və ardıcıl siyasət aparan xalqımızın Öndəri Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamına əsasən ölkədə Hüquqi İslahat Komissiyası yaradılmış və hüquqi islahatların həyata keçirilməsinə başlanılmışdır. Onun rəhbərlik etdiyi həmin komissiyanın əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarət idi.

Demokratik qaydaların bərqərar edilməsi, insan hüquq və azadlıqların müdafiə olunması məsələləri bu gün də ölkəmizdə aparılan hüquqi islahatların əsas mahiyyətinin təşkil edir. Ümumiyyətlə, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin insanın təbii hüquqlarının pozitivləşməsi, yəni dövlət tərəfindən qanunvericiliklə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktorudur. Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edir.

Müstəqillik illərində xalqımız öz dövlətçiliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin bərqərar olması naminə mühüm addımlar atmış, cəmiyyətin ayrı-ayrı sahələrinin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir. Respııblikamızın müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanın yeni tarixinə bənzərsiz səhifələr yazılmış, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumlarda təmsil edilmiş, 1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının tamhüquqlu üzvü olmuş, beynəlxalq birliyə sürətlə inteqrasiya etmişdir. 

Azərbaycanda demokratik ənənələri özündə əks etdirən vətədaş cəmiyyəti sürətlə inkişat edir. Ölkəmiz demokratik inkişaf səviyyəsinə görə dünyanın bir çox dövlətləri, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Avropa dövlətləri ilə rəqabət aparır. Fərəhli haldır ki, insan hüquqlarının müdafiəsi sahəsində ardıcıl surətdə həyata keçirilən islahatlargörülmüş işlər BMT-nin Baş Məclisində yüksək qiymətləndirilmiş, 9 may 2006-cı il tarixdə Azərbaycan səsvermə yolu ilə təşkilatın yeni formalaşdırılan İnsan Hüquqları Şurasına uzunmüddətli üzv seçilmişdir. Şuraya üzv olmaq üçün 96 səs toplamaq lazım gəldiyi halda, səsvermədə Azərbaycan 103 səs qazanmışdır.

 Şuranm yaradılması haqqında BMT Baş Məclisinin qəbul etdiyi qətnaməyə görə, şuraya üzv dövlətlər seçilərkən onların insan hüquqlarının inkişafı və qorunması sahəsindəki nailiyyətləri və öhdəlikləri əsas götürülür. Bu gün böyük inamiftixar hissi ilə qeyd edə bilərik ki, bizdə bu sahədə də təqdirəlayiq uğurlar əldə olunub. Müstəqillik dövründə dövlətimizin həyata keçirdiyi hüquqi islahatlar nəticəsində yeni hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ahılların hüquqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biri olmuşdur. Ölkəmizin çətinliklərlə üzləşdiyi keçid dövrü yaşadığı bir zamanda dövlət tərəfindən ahıllar barədə də düşünülür, onların problemlərinin həlli yolları araşdırılır, zəruri tədbirlər görülür, bu sahədə qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılır və bu proses uğurla davam etdirilməkdədir.

 Ahılların hüquqlarının müdafiəsi Müvəkkilin insan hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Müvəkkil ahılların vəziyyəti haqqında cəmiyyətin məlumatlandırılması, onların iqtisadi-sosialpsixoloji durumlarının yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsini zəruri sayaraq, təsisatın əməkdaşları arasından ahılların hüquqlarının müdafiəsi üzrə xüsusi müşavir təyin etmişdir. Bu istiqamətdə tədbirlər planı hazırlanaraq həyata keçirilir.

 Müvəkkil eyni zamanda İnsan Hüquqları üzrə Milli Fəaliyyət Proqramına ahılların problemlərinin də daxil edilməsi, yaşlıların təhsilinin inkişafı üzrə Milli Proqramın hazırlanması, Avropa Sosial Xartiyasının bu problemlə bağlı maddələrinə qoşulmaqla əlaqədar müzakirələrin keçirilməsi ölkənin müxtəlif yeılərində, xüsusilə ucqar bölgələrində ahıllarla icmalarda müvafiq sorğuların aparılması, həmin sorğular əsasında məlumatların cəmləşdirilməsi, təhlil edilərək Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə göndərilməsi, televiziyaradio kanallarında ahılların pıoblemləri ilə bağlı verilişlərin təşkili, birgə seminarların, maarifləndirmə tədbirləıinin keçirilməsi, bu sahədə bələdiyyələrlə, QHT və vətəndaş cəmiyyəti ilə , onların ahılların problemlərinə daha geniş cəlb edilməsi, imkanlı təşkilatların diqqətinin yaşlı nəslin ehtiyaclarına yönəldilməsi, ahılların sosial sığortasının təkmilləşdirilməsi, pensiya təminatının gücləndirilməsi, ünvanlı sosial yardımlar üzrə proqramlarda onların ehtiyaclarının nəzərə alınması ilə bağlı aidiyyatı dövlət qurumlarına təkliflər ünvanlanmışdır.

 Eyni zamanda Müvəkkil və aparatın əməkdaşları dəfələrlə qocalar və əlillər evlərində olmuş şikəst və tənha insanları doğmaları tərəfindən unudulmuşların ehtiyacları, problemləri ilə maraqlanmış, onlarla insan hüquqlarının təbliği baxımından maarifləndirmə işləri aparılmışdır. Əhalini digər qruplarının (qaçqınların, əlillərin hərbi qulluqçuların, məhkumların) da hüquqlarının müdafiəsi məsələsi hər zaman Müvəkkilin diqqət mərkəzində olmuş, həmin qrup insanların hüquqlarının qorunması istiqamətində geniş fəaliyyət həyata keçirilmişdir. Demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilərlər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.  Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik və seçib-seçilmək azadlığından gedir.

Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir. Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasivademokratik yollarla həll edilməlidir.

 Ulu Öndər Naxçıvan şəhərində olarkən "91-lər"in müraciətinə cavab olaraq 24 oktyabr 1992-ci ildə yazmışdır: "Azərbaycan onilliklərlə, yüzılliklərlə onun ərazısində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunııb-saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş vo gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyası partiyasının yaradılması obyektiv zərurətdən doğur.   Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram" deyirdi: "Demokratiya, sözün tam mənasında, həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə ona lap yaxınlaşa bilər, kimin üçünsə o həmişə üfüqdə işıldayaçaq, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona tamamilə nail olmaq heç vaxt mümkun olmayacaqdır..."

Politologiya kitabında göstərilir ki, bu gün bizim hər birimiz adi gündəlik danışığımızda müxtəlif səviyyələrdə keçirdiyimiz görüşlərimizdə, məişət qayğılarımızla bağlı söhbətlərimizdə tez-tez demokratiya anlayışına müraciət edir, radioteleviziya dalğalarında, mətbuat səhifələrində tez-tez onunla qarşılaşırıq. Öz müstəqil dövlət quruluşumuzu yaratmaq üçün tarixin bizə verdiyi bu növbəti imkanı götür-qoy edərkən xalqımızın böyük əksəriyyəti məhz demokratik cəmiyyət qurulmasına tərəfdar çıxmış, demokratik qüvvələrin hakimiyyət başına gəlməsi üçün yekdilliklə onları müdafiə etmişdir. Beləliklə, demokratiya bizim üçün həm ideal bir cəmiyyət obrazı, həm dünya sivilizasiyasının ümumi axarına qoşulmaq imkanı, həm də gündəlik bir tələbatdır.

Bəs, demokratiya nədir? İlk baxışdan hamıya aydın olan demokratiya fenomeni tarix boyu görkəmli mütəfəkkirlərin düşündürmüş, nəticədə indiyədək siyasi elmdə onun qəti və birmənalı tərifi hələ verilməmişdir. Etimoloji mənasında "x a l q  h a k i m i y y ə t i" demək olan demokratiya ideyasının və fenomeninin tarixinə müraciət etməklə həmin sualla bağlı bir sıra mətləbləri aydınlaşdırmaq mumkündür.

Müasir anlamında demokratikləşdirmə prosesi İngiltərə və ABŞ-da başlanmış, sonradan dünyanın qabaqcıl ölkələrinə yayılmış olsa da, sosial hadisə kimi demokratiya ilk dəfə Qədim Yunanıstanda meydana gəlmişdir. Qədim yunanlar üçün bütün ictimai həyat polis həyatı, başqa sözlə desək, məhz siyasi həyat idi. Orada bizim hazırda başa düşdüyümüz mənada dövlət yox idi; dövlət (polis) insandan özgələşməmişdi. İnsan yalnız polisdə məna kəsb edirdi. Dövlət əhəmiyyətli qərarlar isə bilavasitə meydanlarda qəbul edilirdi.

- Bu mənada antik siyasi siniflərin, sosial qrupların, bütövlükdə cəmiyyətin mənafelərinin üzə çıxarılması, bəyan edilməsi və əsaslandırılması;

-  böyük ictimai qrupların fəallaşdırılması və birləşdirilməsi;

- ideologiyanın və siyasi doktrinaların formalaşdırılması;

- siyasi sistemlərin, onların ümumi prinsiplərinin, komponentlərinin və i.a. formalaşdırılmasında iştirak etmək;

- dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək;

- içtimai rəyin formalaşdırılması;

-bütövlükdə cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin siyasi cəhətdən tərbiyə edilməsi;

- dövlət aparatı, həmkarlar ittifaqları və i.a. üçün kadrların hazırlanması və irəli sürülməsi.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 5 fevral.- S.15.