Hüquqi dövlətdə təfəkkür azadlığı

 

 

Bəzən deyirlər ki, azad təfəkkür irrasionaldır (ağla ziddir), məntiqsizdir. Ancaq elə onun qüvvsi də bundadır. Lui de Broyl, hətta belə yazmışdır: "Təxəyyül və intuisiyaya əsaslanan induksiya deduktiv mühakimənin bizi salmış olduğu dairənin irrasional sıçrayışlarının köməyi ilə yırtaraq fikrin böyük nailiyyətlərini həyata keçirməyə imkan verir; induksiya bütün əsl elmi nailiyyətlərin əsasını təşkil edir." Sonra o yazır: "Öz əsasları etibarilə və öz metodlarına görə səmərəli olan insan elmi özünün ən gözəl fəthlərini yalnız zəkanın gözlənilməyən təhlükəli sıçrayışları vasitəsilə, təxayyül intuisiya, hazırcavablılıq adlandırılan, ciddi düşüncənin ağır buxovlarından azad olunmuş qabiliyyət meydana çıxdığı zaman edə bilər. Belə demək daha yaxşıdır ki, alim səmərəli təhlil apararaq özünün deduksiyalar zəncirini bir-birinin ardınca hissə-hissə gözdən keçirir; sonra o, bundan ani olaraq xilas oluronun təxəyyülünün  təzədən əldə edilmiş azadlığı yeni üfüqləri görməyə imkan verir." Bu ideyalar çox səmərəlidir, onlar yaradıcı təfəkkürün ən qiymətli cəhətidir. Lakin bizə belə gəlir ki, müəllifin həmin ideyalara verdiyi şərh heçtamam düzgün deyildir. Burada mücərrəd mühakimədən əsl təfəkkürə keçid irrasionallıq kimi qiymətlindirilir. Zəka öz dialektik təbiətini büruzə verdiyiona "səthi" deyil, daha dərin cavab tapdığı zaman məntiqsizliyə yer ola bilməz. Burada da məntiq hökm sürür, lakin daha dərin məntiq predmetlərin ziddiyyətli mahiyyətinə nüfuz edən dialektik məntiq.Aydındır ki, təlim intellektual azadlığa nail olmağa yönəldilsə də, qətiyyən təkcə məlumatlar verməklə kifayətlənə bilməz, o, idraka çağırmalı, yaradıcı fikri oyatmalıdır. Fikrin qüdrətli coşqunluğuna səbəb olmaq, yaradıcılıq axtarışlarından və tapıntılarından alınan və heç bir şeylə müqayisə edilə bilməyən həzz nümayiş etdirmək-təlimin başlıca məqsədi də bundan ibarətdir. Bu vəzifələri yerinə yetirmək üçün bizim təhsil sistemimiz həm necə öyrətmək, həm də nəyi öyrətmək məsələsində əsaslı surətdə dəyişməlidir. Təlim metodlarının təkmilləşdirilməsi problemi günün ən vacib problemidir. PestalottsiYan Amos Kamenski nə qədər böyük olsalar da, bu gün onların səviyyəsində qalmaq olmaz.V.Davidoviç qeyd edir ki, biz bütün təhsil sistemində çox böyük keyfiyyət irəliləyişi qarşısındayıq. "İriləşdirilmiş", "miqyaslı", məlumat problemi tam gücü ilə irəli sürülmüşdür. Bütün təfərrüatlar, bütün çətin, dolaşıq cəhətlər, "faktura"  yardımçı maşın hafizəsinə verilməlidir. Təhsilin verəcəyi əsas şey dialektik surətdə düşünmək qabiliyyətini əldə etmək, fundamental elmlərin ümumi əsaslarını, ən mühüm əsas prinsipləri bilmə, "problem vəziyyətləri" həll etmək bacarığını formalaşdırmaqdır. Biliklərin universallığına və sanballı olmasına istiqamət götürmək, maarif sahəsində yetişməkdə olan çevrilişin ən mühüm prinsiplərindən biridir. İntellektin məntiqi özəyini birinci növbədə faktlar deyil, prinsiplər təşkil etməli və mənimsənilməldir. Vəziyyət, şübhəsiz ki, hamının intellektinin universal inkişafına doğru aparır. Zənnimizcə, belə bir iddia ilə razılaşmaq olmaz ki, universal bilik dövrü həmişəlik olaraq ötüb keçmişdir. Dərketmə informasiyasının alınması və mühafizə edilməsi üçün indi mövcud olan şəraitin gələcəyə şamil edilməsi çətin ki, əsaslı olsun. Həm də burada, görünür ki, təhsilli olmaq dərin biliyə malik olmaqla eyniləşdirilir. Məsələyə belə yanaşılması birtərəfli olardı. Universal bilik heç də mükəmməl hazır olan informasiya demək deyildir. Yox, universal bilikli olmaq dövrü keçməmişdir. Əksinə, onun dövrü hələ qabaqdadır. Bunun üçün imkanehtiyat mənbələri olduqca böyükdür. Bu çevrilişi həyata keçirərkən intellektual fəaliyyəti xeyli dərəcədə artqmaq, beynin daxili ehtiyatlarından istifadə etmək məsələsi qarşıya çıxır.Belə göstərirlər ki, indi insan fikir fəaliyyətində 10-14 milyard neyronun, əslində 4 faizə qədərindən istifadə edir. Bu inanılmaz hal haqqında son zamanlar çox yazırlar. Bunun çox zaman, orqanizmə xas olub onun möhkəmliyini təmin edən artıqlıq ilə izah edirlər. Məşhur fizioloq U.Kennon özünün "Bədənin hafizəsi" adlı kitabında qeyd etmişdir ki, insan, məsələn, ciyərlərinin nəfəs səthinin ancaq 7 faizindən istifadə edir, böyüklər isə birini tamamilə, ikincisinin isə üçdə bir hissəsi çıxarıldıqda belə, normal işləməkdə davam edirlər. Bubir çox belə məlumata əsaslanaraq demək olar ki, beynin informasiya tutumunda 9-10 qat artıqlıq vardır. A.Klark bu vəziyyəti götür-qoy edərək kədərlə deyir: "Yəqin ki, insanın qabiliyyətinin 99 faizi hədər gedir; hətta bu gün özünü bilikli və mədəni hesab edən adamlar çox halda ancaq bir avtomat kimi işləyərək, həyatında birya iki dəfə onların zəkasında olan qüdrətli, lakin çox dərinlərdə  gizlənmiş imkanlardan istifadə edirlər." Doğrudan da, necə deyərlər, "adamın beyninə yaxşı fikirlər az-az gəlir." Yaradıcılıqla işləyən bütün adamlar insana ilham gələn anların əzəmətini və həvəsləndirici qüvvəsini, öz beyninin qüdrət və aydınlığını hiss etmək fərəhini yaxşı bilirlər. Belə anların tez-tez baş verməsi üçün necə çalışmalı?Burada pedaqogikanın köməyinə neyrofiziologiyapisixologiya gələcəkdir. Akademik V.Çerniqovski  yazır: "Nefertitin müasiri olmuş insanın beyni ilə müasir insanın beyni bir-birindən yalnız, öz ehtiyat qüvvələrindən istifadə etmək bacarığı ilə fərqlənir. Məhz buna görə baş-beyin fiziologiyasının mühüm gələcək vəzifələrindən biri beyində olan ehtiyat mənbələrindən daha yaxşı və daha etibarlı surətdə istifadə etmək üsullarını axtarıb tapmaqdan ibarət olmalıdır." Buraya hafizəni fəallaşdırmağın, hadisələri qabaqcadan görməyin fizioloji mexanizminə yiyələnmək və i.a. üsullar da daxil olmalıdır. Çox güman ki, intellektin təşəkkül tapmasının ilkin mərhələləri, məktəbəqədər tərbiyə və ibtidai təhsil mühüm dəyişikliklərə uğrayacaqdır. Amerika pedaqoqu Ronald Qrosun "İki ildə ağılı adam olmaq olar" məsələsinin adı o qədər inandırıcı olmasa da, buna laqeyd baxmaq lazım deyil. Bir sıra ölkələrdə  indi ən erkən yaşda intellekt təkan vermək sahəsində geniş təcrübə aparılır. İbtidai siniflərdə cəbrin əsasları, məntiq və i. a. müvəffəqiyyətlə tədris edirlir. Dərs prosesinin səmərələşdirilməsi, proqramlaşdırlımış təlimin tətbiq  edilməsi ilə əlaqədar olaraq biliklər qavranışının sürətləndirilməsi,  fərdi intellektronika vasitələrinin inkişaf etdirilməsi, "öyrədən maşınlar"dan, tədris kinosundan, elektron məşqlərindən istifadə edilməsi və i. a. bütün bunlar təlimin xarakterini, onun forma və metodlarını əsaslı surətdə dəyişdirəcəkdir.Doğrudur, ədalətlə demək lazım gəlir ki, təhsil əyanilik ünsüründən, yəni öyrənənlə öyrədənin, bilavasitə, ünsiyyətindən heç bir zaman imtina etməmişdir və edə də bilməz. Dolayı yolla verilən heç bir bilik (kitablar, öyrədən maşınlar, texniki vasitələr  və i.a.ilə) bilavasitə - insandan insana, müəllimdən şagirdə bilik vermək zərurətini tamamilə əvəz edə bilməz. "Kibernetika dili" ilə desək, informasiyanı vermək üçün təbiət canlı vasitədən, müəllimdən daha yaxşı bir vasitə yaratmamışdır. Buna görədir ki, qabaqcıl pedaqoji fikir möhkəm surətdə bunda israr edir ki,  təlim prosesində öyrədən (müəllim, mühazirəçi, ali məktəb müəllimi) mərkəzi yer tutur. Həm də əgər bu texnika və təbii elmlər barəsində doğrudursa, humanitar elmlər, ictimai-siyasi, dünyagörüşü elmləri barəsində yüz qat artıq doğrudur. Doğrudan da, heç də hər şeyi rəsmiləşdirmək olmaz. Məsələn, "Həyatın məqsəd və mənası nədir" sualına heç bir "öyrədən" qurğu həmin sualı verən adama, məhz dərhal, həm  ona lazım olan formada cavab verə bilməz. Hətta ən yaxşı və uzun ömür sürən kitablar da başa düşülmələri üçün canlı izahatçıya, təfsirçiyə möhtacdırlar.Əlbəttə, tədris prosesində, məsələn, yaxşı bir mühazirəçinin öz dinləyicilərinə bağışladığı emasional, mənəvi, əxlaqa təsiri heç bir şey əvəz edə bilməz. Şəxsi cavabetmə elə bir şeydir ki, onu heç bir proqrama daxil etmək olmaz. Aydındır ki, müəllim özünün əsil rolunu ancaq o halda yerinə yetirə bilər ki, özgələrin fikrini sadalamasın, özü fikirləşsin, düşünsün. Məsələn, ali məktəbdə oxunun mühazirələr fikirləşmə məktəbi, düşündürən mühazirə, səmimi danışıq, səsli düşüncə olmalıdır. Mühazirə kütləvi, hamılıqla düşünmə xarakteri aldıqda canlı insanların ünsiyyətində elə bir cazibə özünü göstərir ki, onu heç bir şey əvəz edə bilməz. "Nə üçün mühazirəçi lazımdır və kitab kifayət deyil" sualına  akademik P.L.Kapitsa çox məntiqi cavab verib demişdir: "Çünki sən insanın necə düşündüyünün şahidi ola bilərsən. Sən hazır nəticələri yaddaşda saxlamaq deyil, sanki bu nəticələrin yaranışında iştirak edirsən. Mühazirəçidən sən təkcə bilik almırsan, bu biliyi necə əldə etməyi öyrənirsən." Belə bir fakt da maraqlıdır: ABŞ-ın Milli-Elmi Fondu bir neçə il əvvəl məşhur alimlərdən sual etmişdi ki, onlar öz təhsillərində nəyi ən yaxşı amil hesab edirlər? Cavabların hamısı deək olar ki, bu idi: "Böyük ilhamverici müəllim ilə sıx əlaqəni."Bütün bunlar müəllimə qarşı tələbləri kəskin surətdə artırmalıdır. Maarif sahəsindəki dəyişikliklər pedaqoji məharət üçün, o cümlədən, ritorikanın da yüksək səviyyəsinə indi əbəs yerə unudulmuş olan bir şeyə, söz işlətmək bacarığına malik olmaq üçün yüksək tələblər irəli sürməlidir. İntellekt azadlığı, həmçinin, sərbəst surətdə söz işlətmək bacarığına, fikri dildə ifadə etmək, onu tutqunlaşmamış halda, büllur kimi saf şəkildə dinləyiciyə, şagirdə çatdırmaq bacarığına malik olmağı təkidlə tələb edir.      Lakin bu, işin yalnız bir tərəfidir. İntellektual azadlıq üçün biliklərin məzmunu, şəxsiyyətin nəyi öyrəndiyi və nəyə nail olmasının xarakteri məsələsi çox mühümdür. Bizim zəmanəmizdə ictimai tərəqqinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, ictimai dəyişikliklərin xarakterinin özü sanki insan zəkasına müraciət edir. İndi elə bir zamandır ki,  bu dəyişikliklər insanların zəkası qarışısında misilsiz tələblər irəli sürür. Elə dövrlər olmuşdur ki, insanlar yüz illərlə köhnə ehkamlarla yaşamış, gözlərini tor tutmuşdu. Köhnə  ideyaintellektual bilik ehtiyatı ilə bu gün çox da uzaqlara getmək mümkün deyildir. İntellektual azadlığın həqiqi surətdə həyata keçirilməsi adi fərdi şüurun elmi-kütləvi surətdə təfəkkür səviyyəsinə yüksəlməsini tələb edir. İnsanların zəkasının belə yüksəlişi haqqında məşhur geoloq, akademik A.Fersman böyük ümidlə danışaraq göstərmişdir ki, gələcəkdə hər bir sadəcə düşünən adam elmi insana (homo scienties) çevrilməlidir. Milyonlarla adamın intellektuallıq səviyyəsinin elmi hazırlığının xeyli dərəcədə yüksədilməsi problemi hər kəsin azadlığı uğrunda mübarizədə çox mühüm problemlərdən biridir.Müasir aləmdə elmi-nəzəri şüurun əhəmiyyəti surətdə artır, elmonun nəticələri getdikcə daha artıq dərcədə geniş kütlələrin amalı olur. C.Bernal tamamilə haqlı olaraq qeyd edir ki,  "Müasir aləmdə elmlə "itiləşdrilməmiş" beyinlər qara qəpiyə də dəyməzlər." Yüz illər boyu milyonlarla adamın şüuru əsasən onların gündəlik adi təcrübəsi, sağlam məişət düşüncəsi əsasında təşəkkül tapmışdır. Sıravi adamın dünyagörüşü müxtəlif ünsürlərdən toplanmış qarma-qarışıq və sistemsiz mozaik mənzərəyə bənzəyirdi. Elmin coşqun inkişafı anlayışların tutumunu, təfəkkürün dolğunluğunu dəyişir. Yüksək qaydalar abstraktlaşdırmaq qabiliyyəti kütləvi miqyasda artır, fərdin görüş dairəsi kəskin surətdə genişlənir, dünya haqqında, onun əlaqələri və münasibətləri haqqında "dağınıq", qeyri-müntəzəm, əsl elmi bilik tutur. Ali şüurdan elmi şüura keçmək, bütöv və müntəzəm günyagörüşü hazırlamaq zəmanəmizdə ən başlıca vəzifədir. Təkcə "sağlam düşüncəyə" əsaslanıb kommunizm qurmaq olmaz. Yada salmaq kifayətdir ki, V.İ.Lenin Hegeli konspektləşdirərkən yazmışdı: "Sağlam düşüncə öz zəmanəsinin zehniyyəti." Burada mühüm bir qeyd-şərt vermək lazımdır. Leninin bu qeydi, aydındır ki, "sağlam düşüncə" ilə elmi şüurun bir-birinə qarşı qoyulması kimi izah edilə bilməz. Şübhə yoxdur ki, adi şüurda bəzən əsrlərdən gələn müdriklik büllurlaşır; əslində, bu şüur özütarixi məhsuldur. Məsələn, etiraf etməmək olmaz ki, müasirlərimizin adi şüuru keçmişdəkindən daha artıq intellektuallaşmışdır. Lakin buna baxmayaraq, öz mənəvi həyatını başlıca olaraq bilik və xülyanı, həqiqət və mövhumatı qəribə bir şəkildə özündə birləşdirən adi şüur  zəminində quran fərd hələ əsl intellektual azadlığa malik deyildir.İntellektual azadlıq hər şeydən əvvəl həyatın ziddiyyətlərini görmək, hadisələrin rəngarəngliyi arxasında onların daxili mahiyyətini seçmək, yəni dialektikcəsinə, məntiqə müvafiq olaraq düşünmək bacarığına malik olmaq deməkdir. İntellektual azadlıq ilə gələcək hadisələrin gedişini görmək bacarığı arasında sıx əlaqə  vardır.  Burada azadlığın dərəcəsini müəyyən etmək üçün bərabərlik  meyarı  ehtimal ki, yaramır. Bu halda  əldə edilmiş azadlığın göstəricisi olaraq  daha uzağı görmək, hadisələrin qanunauyğun gedişinə daha dərindən nüfuz etmək bacarığı hesab edilsə, daha düzgün olar. İctiamai mənada bərabərlik azadlığın zəruri şərtidir. Lakin bərabərlik və eyniyyət bir-birinin sinonimi deyildir. Kommunizm cəmiyyətinin bərabər və azad adamları öz meyilləri, maraqları və i.a. etibarı ilə mütləq müxtəlif olmalıdırlar. Buna görə də kommunizmin qələbəsi nəticəsində təmin edilən maneəsiz inkişaf şəraitində əldə edilmiş intellektual azadlıq səviyyəsi həmişə hər bir adam üçün şəxsi ləyaqət və şəxsi səy işi olaraq qalacaqdır.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru 

Səs.- 2015.- 12 fevral.- S15.