Azərbaycanda hüquqi
dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas xüsusiyyətləri
XX əsrin son onilliyində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası eyni əsrdə ikinci dəfə demokratik dövlət quruculuğu kimi mürəkkəb fenomenlə üz-üzə qaldı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi Konstitusiya aktının qəbulundan sonra demokratikləşmə yoluna qədəm qoyan Azərbaycan Respublikası demokratik dövlətçilik quruculuğu istiqamətində tarixi addımlar atmağa başladı. Mürəkkəb beynəlxalq şərait, respublikanın hərbi ekspansiya ilə üzləşdiyi bir çərçivədən demokratik dövlət quruculuğu prosesinə başlayan gənc respublika əksər postsovet məkanı ölkələri kimi ziddiyyətli proseslərin poliqonuna çevrildi.
Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin startından hazırkı dövrə qədər baş verən proseslərin təbiətini daha yaxşı dərk etmək üçün bu tarix zaman kəsiyini şərti olaraq bir neçə dövrə bölmək məqsədəuyğun olardı. Bu zaman nəzərə almaq lazımdır ki, dövlət müstəqilliyinin bərpasından sonrakı proseslər təbiəti etibarı ilə bir-birindən kəskin fərqləndiklərindən onlan şərtləndirən amilləri ayrıca araşdırmaq lazım gəlir. Bunun üçün isə həmin proseslərin bu və ya başqa klassifikasiyaya bölünməsinə zərurət yaranır. Beləliklə, son dövrdə gedən proseslər mahiyyət etibarı ilə bir neçə qrupa bölünməlidir ki, bunun da əsasında həmin proseslərin xarakterindəki fərqlər dayanır.
Azərbaycanda demokratik dövlət quruculuğunun ilkin mərhələsində baş verən proseslər bir tərəfdən quruculuq xarakteri idisə də, başqa tərəfdən yanaşıldığını onların deqredasion təsiri də aşkar görünürdü. Şübhəsiz ki, bunun da obyektivi subyektiv səbəbləri var idi. Bu səbəblərdən ən başlıcaları keçid dövrünün xarakterindəki ziddiyyətləri, vəziyyətin ekstremallığından istifadə edən müxtəlif ambisiyalı qruplaşmaların fəaliyyətini, regionda maraqları olan dövlətlərin müvafiq siyasətindən irəli gələn problemləri və sair göstərmək olar.
Dövlət quruculuğunun sonrakı mərhələsi üçün tədricən stabilləşmə, proseslərin rəvan məcrada davam etməsi xarakterik idi ki, bu zaman demokratik dəyərlər və təsisatlar daha möhkəın əsaslar üzərinə adlayırdılar. Başqa sözlə desək, demokratikləşmə prosesi daha dayanıqlı və əsaslı şəkildə həyata keçirdi. Bu mərhələdə müxtəlif səviyyəli institutlaşma prosesi gedir, demokratik elementlər cəmiyyət həyatına daha çox nüfuz edirdilər. Eyni zamanda ictimai-siyasi müstəvidə tarazlıq vəziyyəti möhkəmlənir, təsadüfi elementlər situasiyaya həlledici təsir göstərə bilmirdilər. Bu mərhələni dövlətçiliyin möhkəmləndirilməsi və demokratiyanın ayrı-ayrı elementlərinin oturaqlaşması dövrü kimi dəyərləndirmək olar.
Demokratik dövlət quruculıığundan danışarkən bu prosesin davamlılığını, fasiləsizliyini vıırğulamaq lazım gəlir. Belə ki, demokratiya anlayışının sərhədi olmadığından demokratikləşmənin də hansı mərhələdə bitəcəyi barədə konkret bilgisi yoxdur. Adətən, demokratik dövlət quruculuğundan bəhs edən tədqiqatçılar bu prosesin xarakterindəki iki şaxəni bir-birindən fərqləndindirirlər ki, bizcə bu yanlış yanaşma kimi qiymətləndirilə bilər. Bizim belə qənaətə gəlməyimiz problemin qoyuluşunun xarakterindən irəli gəlir. Belə ki, Azərbaycanda demokratik dövlət quruculuğu belə mərhələni keçirən hər bir ölkədə olduğu kimi dual müstəvidə həyata kcçirilir. Birinci müstəvi ümumiyyətlə götürüldükdə sırf dövlət quruculuğunun həyata keçirilməsidir ki, bu da özünün təzadlı xüsusiyyətləri ilə nəzərə çarpır. Bu zaman köhnə ilə yeninin, ənənə ilə yeniliyin toqquşması, paradoks təşkil etməsi nəzərə çarpır. İkinci istiqamət demokratikləşmə, dövlətçiliyi demokratik əsaslar üzərində qurmaqdır ki, bunun da özünəməxsus tərəfləri vardır. Bu prosesin çətin yaşanmasının başlıca səbəbi demokratik ənənələrin hazırkı nəsil üçün yenilik olması, bu istiqamətdə konkret təsəvvürlərin olmaması idi.
Azərbaycanda demokratik, hüquqi dövlət qurııculuğu yolunda başlıca maneələrdən biri kimi bu istiqamətdə konkret bilgilərin olmamasını göstərmək lazım gəlir. Belə ki, qapalı cəmiyyətdən açıcı cəmiyyətə keçid prosesi mürəkkəb xarakterli olduğundan belə keçidin mexanizmi barədə standart formulalar yoxdur. Yəni hər bir cəmiyyət keçid dövrünü öz xüsüsi təcrübəsində, özünəməxsus tərzdə yaşayır. Bu zaman gözlənilməz tendensiyalar, qarışıq situasiyalar adi təzahürlərə çevrilir. Şiibhəsiz ki, belə şəraitdə, konkret düsturların olmadığı halda fəaliyyət istiqaməti müəyyənləşdirmək problemə çevrilir. Şübhəsiz ki, belə şəraitdə, konkret düsturların olmadığı halda fəaliyyət istiqaməti müəyyənləşdirmək problemə çcvrilir. Bunun nəticəsidir ki, postsovet məkanı ölkələrində reallaşan proseslər tarixdə analoqu olmayan tendensiyalar kimi diqqət çəkirdi. Tarixi dövrün mürəkkəbliyi demokratik dövlət quruculuğu işində gözlənilməz hallara gətirib çıxarırdı ki, bu da hədəflərin müəyyən edilməsində baryerlər yaradırdı. Bütün bu çətinliklərə baxmayaraq demokratik, dünyəvi hüquqi-dövlət quruculuğunu hədəf götürmüş Azərbaycan dövləti obyektiv və subyektiv maneələri dəf etmək üçün lazım olan səyləri ortaya qoymaqda təkidli idi.
E.Abbaszadənin fikrincə, Azərbaycanda demokratik dövlət quruculuğu yolunda olan maneələrdən dövlətimizin üzləşdiyi hərbi təcavüzün demokratikləşmə prosesinə törətdiyi fəsadları xüsusi qeyd etmək lazım gəlir. Belə ki, cəmiyyət həyatı tam bir orqanizm kimi müxtəlif komponentlərin fəaliyyətinin nəticəsidir. Bu isə o deməkdir ki, cəmiyyət həyatının bu və va başqa sferasında baş verən geriləmələr bütövlükdə cəmiyyətin inkişaf dinamikasına neqativ təsirini göstərir. Bu baxımdan Ermənistan Respublikasının hərbi təcavüzü Azərbaycanda dövlət quruculuğu prosesinə xeyli baryerlər yaratdı ki, bunların aradan qaldırılması üçün kifayət qədər vaxt lazım gəldi. Məlumdur ki, Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20%-i işğal edilmiş, yüz minlərlə insan qaçqına çevrilmiş, respublikanın ictimai-siyasi həyatı iflic vəziyyətə düşmüşdü. Belə bir şəraitdə dövlət quruculuğuna start verilmişdi ki, bu da şübhəsiz xeyli çətinliklər ortaya qoyurdu.
Hərbi ekspansiya nəticəsində təsərrüfat strukturlarının dağılması iqtisadiyyatı iflic vəziyyətinə gətirmiş, işsizlik, bunun nəticəsində mənəvi geriləmə artmış, anarxist meyillər çoxalmışdı. Torpaqların itirilməsi insanlarda inamsızlıq yaratmış, onlarda gələcəyə pessimist baxış formalaşdırmışdı. Belə bir şəraitdə nəinki demokratik dövlət quruculuğundan danışmaq mümkün idi, əksinə cəmiyyət üzvləri salamat qalma uğrunda gündəlik mübarizə ilə məşğul idilər. Bu isə o deməkdir ki, insanlarda dövlətçilik təfəkküründən əsər-əlamət belə yox idi. Yalnız 1994-cü ilin mayında atəşkəs elan olunduqdan sonra cəmiyyətdə stabillik yarandı ki, bu da demokratik dəyişiklikləri həyata keçirməyə şərait yaratdı.
Demokratik dövlət quruculuğu prosesi dekorativ xarakterli bəyanatlar məcmusundan ibarət olmayıb ictimai həyatın bütün sahələrində əsaslı dəyişiklikləri labüd edir. Odur ki, demokratik dövlət quruculuğundan danışarkən sosial sferanın bu və ya başqa tərəflərində müşayiət olunan yenilikləri qeyd etmək lazım gəlir. Cəmiyyət həyatının müxtəlif sahələrində özünü büruzə verən yenilikləri iki qismə bölmək olar. Birinci qism yeniliklərə əvvəllər mövcud olan dəyərlər, ənənələr və s. əsasında meydana çıxan, yəni köhnənin yaşamaq qabiliyyətli keyfiyyətlərini əxz edərək, onların əsasında təşəkkül tapan yeniliklər daxildir. Bundan fərqli olaraq, cəmiyyət həyatının fundamental şəkildə dəyişikliklərə məruz qalması nəticəsində yenicə həyati status qazanan yeniliklər vardır ki, onlar bu və başqa formada əvvəllər ümumiyyətlə postsovet cəmiyyətlərdə mövcud olmamışlar.
Qeyd etmək lazımdır ki, demokratik prinsiplər, plüralist dəyərlər donuq, eyni halda qalan anlayışlar olmayıb daim təkmilləşməyə, yeniliyə meyilli olurlar. Odur ki, Azərbaycanda qərarlaşan demokratik elementlər tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edəcəklər. Əsas olan budur ki, demokratik elementlərin təşəkkülü və təkmilləşməsi üçün kifayət qədər əlverişli mühit olsun. Azərbaycanın ictimai-siyasi həyatı demokratikləşməsi prinsip etibarı ilə bərqərar etdiyindən bu istiqamətdə işlərin bundan sonra da uğurla davam edəcəyinə inam ifadə etmək olar.
İsveçrə politoloqu J.Ziqler yazır ki, "dövlətlə yanaşı, vətəndaş cəmiyyət də mövcud olmalıdır, həm də elə mövcud olmalıdır ki, onların hər ikisi vahid rəhbərliyə tabe olmasın, əksinə, bir-biri ilə dialektik qarşılıqlı əlaqədə olsun. A.Qramşi yazırdı ki, "Şərqdə dövlət hər şey idi, vətəndaş cəmiyyət isə erkən, amorf vəziyyətdə idi. Qərbdə isə dövlət və mülki cəmiyyət arasında nizamlanmış əlaqələr olmuşdur və dövlət laxlayarkən, həmin an mülki cəmiyyətin möhkəm strukturu üzə çıxmışdır. Prof. Held mülki cəmiyyətə ailəni, "daxili dünyanı", iqtisadiyyatı, mədəni həyatı və dövlət tərəfindən birbaşa nəzarət olunmayan fərdlər və qruplar arasındakı müxtəlif sazişlərlə tənzim olunan siyasi qarşılıqlı təsiri daxid edir.
Beləliklə, vətəndaş cəmiyyəti dövlət tərəfindən əlaqələndirilməyən, fərdlərin öz aralarındakı yetkin iqtisadi, mədəni, hüquqi, siyasi münasibətləri olan bir cəmiyyətdir. Bu cəmiyyətdə assosiasiyalı həyat, yaxud kütləvi sfera (kütləvi hərəkatlar, partiyalar, mənafe qrupları və s.) azad inkişaf edir. Bu elə bir cəmiyyətdir ki:
- özündə struktur elementi kimi dövlət strukturlarını və siyasi strukturları deyil, insanların könüllü formalaşan ilkin birliklərini ailəni, kooperasiyaları, assosiasiyaları, təsərrüfat şirkətlərini, ictimai təşkilatları, həmkarlar ittifaqlarını, yaradıcı, idman, etnik, dini və i. a. birlikləri habelə, sosial birlikləri birləşdirən insan birliyinin daha yüksək mərhələsi və daha mütəşəkkil formasıdır;
- cəmiyyətdə mövcud olan qeyri-dövlət, qeyri-siyasi münasibətlərin: iqtisadi, sosial, ailə, milli, mənəvi, əxlaqi, dini və i.a. münasibətlərin məcmusudur, o, insanların istehsal və fərdi həyatıdır, onların adətləri, ənənələri, əxlaqıdır;
- azad fərdlərin və onların təşkilatlarının xarici müdaxilədən və dövlət hakimiyyəti tərəfindən onların fəaliyyətini özbaşına reqlamentləşdirmədən qoruyan özünü təzahür sferasıdır. Mülki cəmiyyət hər hansı bir cəmiyyət deyildir. O, elə bir cəmiyyətdir ki, onun əsas fəaliyyətdə olan üzvü, subyekti öz bütün tələbat və mənafeyi ilə birlikdə insandır.
Hüquqi dövlət anlayışı dövlətlə bütün sosial birliklərin, o cümlədən ayrı-ayrı fərdlərin hüquqa hörmət etdiyini və ona münasibətdə bərabər vəziyyətdə olduğunu göstərir. Belə bir dövlət mülkiyyətin hakimiyyətdən, xüsusi sərvətin kollektiv sərvətdən ayrılmasının təsisatlandırılması (bu və ya başqa bir təsisatın timsalında rəsmiləşdirilməsi) nəticəsində yaranır. Bunun sayəsində fərdlər, azad əmək müqaviləsindən istifadə etməklə, öz kapitalını, texniki biliklərini, işçi qüvvəsini və i. a. istədikləri şəkildə istifadə etmək azadlığı əldə edirlər. Məhz bu mənada, belə bir dövlətin hakim olduğu cəmiyyəti çox vaxt "müqavilə cəmiyyəti" adlandırırlar.
Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir və bu sərvətin ayrı-ayrı qurumların, şəxslərin inhisarına alınması yolverilməzdir. Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır. Bizim xalqımızın XXI əsrdə tam rahat, firəvan yaşamağa, öz dövlətiqə öz torpağına, öz sərvətlərinə tam sahib durmağa haqqı vardır! Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalqın bu ali məqsəd uğrunda bütün imkanlardan lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu günü və sabahının tam təminatçısı olacaqdır. Azərbaycan xalqının mənliyi-milli mənlik, milli qürur hər şeydən üstündür. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Azərbaycanın hər bir vətəndaşı, onun ərazisində fəaliyyət göstərən hər bir ictimai-siyasi qurum özünün dövlət və xalq qarşısındakı Konstitusiya ilə müəyyən edilmiş vəzifə və borcunu vicdan və ləyaqətlə yerinə yetirməli, vətənini, dövlətini sevməli, onu qorumalı və tərəqqisinə çalışmalıdır. Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm əlil üçün həm də şəhid ailəsi üçün".
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 13 fevral.- S15.