Hüquqi dövlət və qadın
şəxsiyyəti
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkənin gələcək inkişaf yollarını seçmək, iqtisadiyyat, siyasət və mədəniyyət sahəsində üstün istiqamətləri müəyyənləşdirmək imkanı vermişdir. Bu gün respublikamız müstəqil dövlət quruculuğu yolunda özünün kövrək addımlarını atmaqdadır. Dövlət müstəqilliyimizin qazanılması ölkənin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən Azərbaycan qadınlarının da qarşısında yeni üfüqlər açmışdır. Zəminə Əsgərova yazır ki, qadın şəxsiyyətinin ahəngdar inkişafı, onun ictimai rolunun yüksəldilməsi demokratik cəmiyyət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Çünki hər bir cəmiyyətin inkişafin əsrlər boyu qadın şəxsiyyətinin kamilliyinə söykənib.Hal-hazırda qadının sosial vəziyyətinin dəyişməsi özünü cəmiyyətin bütün fəaliyyət sahələrində büruzə verir. Yeni iqtisadi münasibətlərə keçidlə əlaqədə qadının sosial statusu da dəyişmiş və o, əvvəllər rastlaşmadığı bir sıra sosial çətinliklərlə rastlaşmalı olmuşdur.
Qadınların ailədə, cəmiyyətdə rolunun gücləndirilməsi, onların həyat tərzinin yaxşılaşdırılması və sosial problemlərin həlli tərəqqinin zəminidir. Şəxsiyyətin zənginliyi, ilk növbədə, onun ictimai əlaqələrinin genişliyi, cəmiyyətin müxtəlif fəaliyyət sahələrindəki fəal, yaradıcı iştirakı ilə müəyyən edilir. Elə buna görə də qadının cəmiyyətlə əlaqələrinin xarakterini əks etdirən sosial rolları (ailə-məişət professional, ictimai-siyasi) qadın şəxsiyyətinin formalaşmasının mühüm göstəriciləri kimi çıxış edir.
Qadını sosial fəaliyyətin subyekti kimi nəzərdən keçirərkən onun təhsilini, mədəni peşə hazırlığını və tərbiyəsini hökmən nəzərə almaq lazımdır. Şəxsiyyətin strukturu çox rola malik olduğundan qadim şəxsiyyətini formalaşdırılması prosesi, onun cəmiyyətin bütün sahələrində yaradıcı iştirakını nəzərdə tutur.
Bu gün bəşəriyyət özünün ən keşməkeşli və ən maraqlı dövrlərindən birinı yaşamaqdadır. Bu, ilk növbədə, dünyanın siyasi xəritəsində baş vermiş dəyişikliklər yeni müstəqil demokratik dövlətlərin yaranması ilə əlaqədardır. Müstəqil Azərbaycan Respublikası bu ölkələr içərisində layiqli yerlərdən birini tutmaqla dövlətçilik tariximizin ən parlaq səhifələrindən birini yaşamaqdadır. Bu tarixi səhifələrin yazılmasında Azərbaycan qadınlarının rolu əvəzsizdir. Əsrlər boyu əzab vo işgəncələrə, hüquqsuzluqlara məruz qalmış Azərbaycan qadınları vətənə sədaqətləri, mərdlikləri və azadlıq arzuları ilə tariximizin inkişafının bütün mərhələlərində mühüm rol oynamışdır.
Hələ eramızdan 800 il əvvəl sərkərdə qadın Tomris Azərbaycana hücum etmiş işğalçıları məğlub etmiş, Nizami Gəncəvinin müasiri olan Məhsəti xanım dövrünün ictimai-siyasi fikirlərini ifadə etmiş, XVIII əsrdə Azərbaycan xanlıqlarının birləşdirilməsində Qubalı Fətəli xanın xanımı Tuti Bikə ərinin fəaliyyətində misilsiz rol oynamış, məşhur Zəncam üsyanının başçılarından biri olan Rüstəm yadellilərə qarşı amansız müharibə aparmış, XIX əsrin gözəl sənətkarlarından biri olan Xurşidbanu Natəvan isə dövrünün məşhur ictimai-siyasi xadimlərindən biri olmuşdur.
Azərbaycan tarixinin elə bir dövrü olmayıb ki, Azərbaycan qadını öz zəkası, hünəri və qeyrəti ilə həmin dövrün rəmzi kimi parlayıb bu günə işıq saçmasın. Zövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinski, Məsmə xanım Talışınski, Xədicə xanım Əlibəyova, Səltənət xanım Əhmədova, Zərifə xanım Məlikova, Rübabə xanım Qasımova və başqaları qadın hüquqları uğrunda mübarizələrin ön sıralarında getmişlər. Beləliklə, bəşəriyyətin mütərəqqi inkişafı qadın azadlığı, onun real bərabərhüquqluluğunun təmin edilməsi ilə bağlıdır.
Adilə Abassova yazır: " Biz müstəqil ölkə olaraq çox gəncik. Lakin Azərbaycanın dövlətçilik ənənələri çox qədimdir. Dövlət quruculuğu baxımından 20 il uzun bir dövr təşkil etməsə də, bu illərdə ölkəmiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda misilsiz uğurlara nail olmuş, dünyanın nüfuzlu dövlətlərindən birinə və bölgədə böyük nüfuz sahibinə çevrilmişdir.
Müstəqilliyin ilk illərində ölkədə baş verən daxili proseslər, siyasi sabitsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikanın müstəqilliyi üçün ciddi təhlükə yaratmış, bir dövlət kimi yaşamasını sual altına almışdı. Yalnız 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə siyasi hakimiyyətə gəlişindən sonra daxili münaqişələr, müstəqilliyimizi təhlükə altına alan separat meyillər aradan qaldırıldı, irimiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı."
Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında Azərbaycan parlamentinə sədr seçilərkən xalq qarşısında bəyan etdi: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyə, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respııblikasının miistəqil dövlət kimi inkişaf etdirilməsinə həsr edəcəyəm..."
Sevindirici haldır ki, Ulu Öndərin bu ideyaları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 1994-cü il 20 sentyabrda Ulu Öndərin təşəbbüsü və iradəsilə imzalanan və sonradan tarixə "Əsrin müqaviləsi" adı ilə həkk olunan beynəlxalq neft müqavilələri müstəqilliyimizin, ölkəmizin iqtisadi inkişafının qarantı oldu. Azərbaycanın neft strategiyasının reallaşması sonrakı illərdə ölkəmizə milyardlarla maliyyə vəsaitlərinin daxil olmasına zəmin yaratdı və bu gün də həmin vəsaitlər daxil olmaqdadır.
Ulu Öndərin rəhbərliyi ilə yaradılan və 1995-ci il noyabrın 15-də referendumla qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ictimai-siyasi həyatın bütün sahələrində dövlət quruculuğu və qanunvericiliyin, formalaşdırılması üçün mühüm hüquqi baza təşkil edir. Bu çıxışda ailə, qadın və uşaq məsələlərinin milli qanunvericilikdə tənzimlənməsi məsələlərini diqqətinizə çatdırmaq istərdim. Ümummilli Liderimiz Heydər Əliyev qadına, xüsusilə, Azərbaycan qadınına daim yüksək qiymət vermiş, onun cəmiyyətdə olan şərəfli yerini qeyd etmişdir. Heydər Əliyev deyirdi: "Qadınsız nə bu gün var, qadınsız nə həyat var, qadınsız gələcək də ola bilməz", "Qadın Azərbaycan cəmiyyətinin ən şöhrətli, ən hörmətli üzvüdür."
1997-ci il yanvarın 1-nə olan məlumata görə Azərbaycan Respublikasında qadınların sayı 3 milyon 863 min nəfərdir. Bunlardan 650 min nəfərdən çoxu iqtisadiyyatın müxtəlif sahələrində çalışır. Konkret olaraq 116 minə yaxın, kənd təsərrüfatında, 10 minə yaxın təhsil sistemində, 200 min nəfərdən çox mədəniyyət və incəsənət sahəsində, 37 minə yaxın, elm və elmi xidmət sahəsində, 13 minə yaxın kreditləşmə və dövlət sığortası sistemində, 4 mindən çox səyahət, bədən tərbiyəsi, sosial-müdafiə sahəsində isə 115 mindən çox qadın işləyir. Elmi-texniki işləri yerinə yetirən ali təhsilli mütəxəssis qadınların sayı 9 minə yaxındır ki, bunlardan 2300 nəfərdən çoxu elmlər namizədi, 160 nəfərdən çoxu elmlər doktorudur. Dövlət və təsərrüfat-idarəetmə orqanlarında, eləcə də, ictimai və koperativ təşkilatların idarəetmə orqanlarının aparatında 11 mindən çox qadın işləyir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınların cəmiyyətdəki mövqeyi yeni xarakter almışdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası iqtisadiyyat və idarəetmənin müxtəlif sahələrində qadınların yüksək mövqe tutmaları üçün əsaslı hüquqi təminatlar verir. Öz ağıllı, zəkası, sağlam əqidəsi və yüksək səviyyəsi ilə fərqlənən qadınlarımız bərabərhüquqlu vətəndaş kimi dövlət orqanlarında təmsil olunurlar. Bu mənəvi haqqın hüquqi təminatı Konstitusiyamızda və Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalarda öz əksini tapmışdır. Əmək sahəsində qoşulduğumuz 50-dən çox sazişdən 20-yə qədəri qadınların və yeniyetmələrin əmək və məşğulluq problemlərinə aiddir. Bunlardan "Analığın mühafizəsi haqqında" (1952), "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında" (1935), "Əmək və məşğulluq sahəsində diskriminasiya haqqında" (1958) və s. göstərmək olar.
Müstəqil Azərbaycan Respublikasının hakimiyyət strukturlarında qadınların təmsil olunması dövlətimizin dünyəvi və demokratik xarakterini əks etdirir. Qadınların dövlət orqanlarında təmsil olunması əvvəlki dövrlərə nisbətən 1993-cü ildən başlayaraq geniş vüsət almışdır və bu sahədə ən böyük təşəbbüskar Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevdir.
Elə buna görə də illərdir ki, qadının sosial vəziyyətini tədqiq edərkən aşağıdakı mülahizələrə də "inkişaf":
Birincisi, qadının professional fəaliyyətlə
məşğulluğu onun göstəricisidir.
İkincisi, qadın tərəfindən
ailədənkənar əmək
fəaliyyətinin həyati
tələbatının dərk
olunması onun maddi və mənəvi
tələbatlarının ödənilməsinə şərait
yaradır.
Üçüncüsü, professional fəaliyyət qadını
iqtisadi asılılıqdan
azad etməklə bərabər, onun şəxsiyyətini formalaşdırır,
ailədə və cəmiyyətdə müstəqilliyini
təmin edir, azadlıq dərəcəsini
yüksəldir, sosial
əlaqələr sahəsini
zənginləşdirir. Beləliklə,
qadının ictimai fəaliyyət sahəsindəki
iştirakının səmərəliliyinin
artırılmasını təmin
etmək, cəmiyyətin
normal fəaliyyət göstərməsi,
insan artımı üçün ailə sosial statusunu qaldırmaq, qadının
şərəfli adına layiq olan sosial şərait
yaratmaq cəmiyyət
qarşısında duran
ən ümdə vəzifəyə çevrilməlidir.
Qadının ictimai statusunun artırılması, onun mədəni səviyyəsinin
yüksəlməsi elə
ölkənin mədəni
yüksəlişi deməkdir. Con Mill Stüart
"Azadlıq haqqında"
məqaləsində yazırdı:
"İnsan həyatının
yalnız fərdin özünə aid hissəsi
ilə başqa adamlara aid olan hissəsi arasında qoyduğumuz fərd, şübhəsiz, çoxlu
əleyhdar doğuracaqdır.
Bizə etiraz edə bilərlər ki, fərdin hərəkətləri heç
bir halda onunla bir cəmiyyətdə
yaşayan digər fərdlərə çox,
yaxud az dərəcədə toxunmaya
bilməz, fərd heç bir halda başqa adamlardan tamamilə kənarlaşa bilməz və əgər o özünə pislik edirsə, bu, heç olmasa, ona xüsusilə yaxın olan adamlara da çox,
yaxud az dərəcədə ziyan
verməyə bilməz.
Nəhayət, əgər
fərd öz qüsurları, yaxud düşüncəsiz hərəkətləri
ilə digər adamlara birbaşa ziyan vurmursa da, hər halda,
pis nümunəsi ilə ziyan yetirməmiş olmur, ona görə də o, başqalarını
haqq yolundan sapdıra, yaxud aldada biləcək hərəkətlərdən çəkinməyə
ədalətli olaraq məcbur edilə bilər... Onlar deyə bilərlər ki, burada söhbət
şəxsiyyətin sıxışdırılmasından,
yaxud hər hansı yeni, orijinal ideyanın sınaqdan çıxarılmasına
mane olmaqdan deyil, çoxdan sınaqdan çıxarılmış və
təcrübənin özü
ilə rədd edilmiş şeylərin, təcrübə nəticəsində
hər hansı fərd üçün şərəfli, yaxud yararlı olmadığı
aşkar edilmiş şeylərin qarşısının
alınmasından gedir."
Müasir
dövrümüzdə isə
qadın və kişi bərabərliyi
məsələləri xüsusi
məna yükünə
malikdir. Təsadüfi deyildir ki, müsəlman Şərqinin
ilk demokratik respublikası
olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1918-ci ildə Şərqdə ilk dəfə
qadınlara səsvermə
hüququ vermişdi.
Qadın hüquqi məsələsinə
toxunularkən, ilk növbədə onların kişilərlə
bərabər bütün hüquq və azadlıqlara malik
olması, qadınlara qarşı ayrı-seçkiliyin aradan
qaldırılması nəzərdə tutulur.
Konstitusiya
cinsindən asılı olmayaraq ayrı-seçkiliyi tamamilə
aradan götürür, kişi və
qadının bərabər hüquqlara və azadlıqlara
malik olduğunu təsbit edir. Konstitusiyanın 17-ci, 25-ci,
34-cü və s. maddələri qadın, uşaq, ailə məsələlərinin
uğurlu həlli üçün demokratik, ədalətli və
bərabər əsasları təmin etmişdir. Belə ki,
17-ci maddə ailəyə cəmiyyətin özəyi kimi
yanaşaraq, onun dövlət himayəsində olduğunu,
34-cü maddə qadın və kişi
hüquqlarının bərabərliyini təsbit edir.
Lakin qadın-kişi bərabərliyi heç də
onların fiziki və mənəvi imkanlarının nəzərə
alınmaması demək deyildir. Çünki qadının fizioloji
xüsusiyyətləri, ev təsərrüfatı,
ailə-uşaq qayğıları, digər spesifik cəhətləri,
başqa sözlə, "zərif" cinsin nümayəndəsi
olması bəzən onlara daha güzəştli və əlverişli
şəraitin yaradılmasını tələb edir. Bu
baxımdan Azərbaycan Respublikasının əmək, ailə,
mülki, cinayət və s. qanunvericiliyində belə şəraiti
təmin edən normalar nəzərdə tutulmuşdur.
1999-cu ilin 28 dekabrında qəbul edilmiş Azərbaycan
Respublikasının Ailə Məcəlləsində
qadın-kişi bərabərliyi, qadınların şəxsi
və əmlak hüquqlarının qorunması
üçün təminatlar nəzərdə tutulmuşdur. Ailə Məcəlləsi
müəyyən edir ki, Azərbaycanda ailə dövlətin
himayəsindədir. Atalıq, analıq və
uşaqlıq qanunla qorunur. Ailə Məcəlləsinin
29-cu maddəsi qadın və kişi bərabərliyinə
uyğun olaraq ər və arvadın ailə münasibətlərində
şəxsi və əmlak bərabərliyini təsbit edir. Analıq, atalıq, uşaqların tərbiyəsi və
təhsili ər-arvadın hüquq bərabərliyi prinsipinə
uyğun olaraq həll edilir. Ailə qanunvericiliyinin əsas
vəzifələrindən biri də ana və uşaqların
mənafeyinin hərtərəfli müdafiəsi və hər
bir uşağın xoşbəxt həyatının təmin
edilməsinə nail olmaqdan ibarətdir (maddə 3.04). Ailə qanunvericiliyi nikah müddətində
qadının işləyib- işləməməsindən
asılı olmayaraq ailənin gəlirlərinə birgə
mülkiyyət hüququnu təsbit etməklə,
qadının evdarlıq fəaliyyətinə böyük
önəmi təmin etmişdir. Təsadüfi
deyildir ki, qadınların əməyinin mühafizəsinin tənzimlənməsi
məsələlərinə Əmək Məcəlləsinin
ayrıca bir fəsli - 37-ci fəsil həsr olunmuşdur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
əsasən ağır və ya xüsusilə ağır
cinayət törətməyə görə qadınlara
ömürlük azadlıqdan məhrumetmə cəzası təyin
edilə bilməz, habelə onlar azadlıqdan məhrumetmə
cəzasını daha yüngül rejimli cəzaçəkmə
müəssisələrində çəkirlər. Həmin məcəlləyə
əsasən qadının dövlət fəaliyyətində,
ictimai və ya mədəni fəaliyyətdə iştirak etməsinə
onun hüquq bərabərliyini mühüm dərəcədə
pozmaqla mane olmağa (maddə 31), hamilə qadının və
ya südəmər uşağı olan ananın əmək
hüquqlarının pozulmasına görə cəza tətbiq
edilir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 20 fevral.- S15.