Hüquqi dövlətdə elmi sistem problemi

 

 

 

Ən qədim dövrlərdə insanın özünü təbiətdən hələ tam şəkildə ayırmadığı vaxtlarda, dinimifoloji təfəkkürün üstünlük təşkil etdiyi vaxtlarda da məhz adi bilikfaktiki biliklər şüurlu həyatın ilkin zəruri şərtləri kimi mövcud idi. Faktiki biliklərin təkrarlanmasından və ümumiləşməsindən əməli biliklər yaranmışdır. Bunların hamısının əsasında şəxsi təcrübə dayanır. Biliklərin başqalarına ötürülməsi isə nitqin əmələ gəlməsi ilə paralel surətdə, onun vasitəsi ilə həyata keçmişdir. Əmək nitqi isə ictimai əməyi, yaxud əməli biliklərin başqalarına ötürülməsini təmin etmişdir.S.Xəlilovun fikrincə, şüur, məişətdə və işdə istifadə olunan əməli biliklər insanın formalaşmasında bilavasitə iştirak etdiyinə görə onların bütün xalqlar üçün ümumi olması vacib şərtdir. Lakin əməli biliklərdən elmi biliklərə keçidinelmi biliklərin mənimsənilməsinin tarixən alternativ formaları mövcud olmuşdur. Şərti olaraq, Şərq və Qərb düşüncə tərzi kimi qəbul edilən iki müxtəlif inkişaf yollarına müvafiq olaraq elmi biliyin ictimai praktika ilə əlaqəsi də tarixən fərqli formalarda həyata keçmişdir.

Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə kimi formalaşmazdan qabaq da elmi fəaliyyət var idi. Ayrı-ayrı adamlar bu zaman elmlə öz daxili mənəvi ehtiyaclarını ödəmək üçün məşğul olurdular. Qədim yunanların bəziləri elmlə məşğul olsalar da, onun tətbiqi ilə, praktik məsələlərlə məşğul olmağı özlərinə yaraşdırmır, mənsub olduqları yüksək ictimai təbəqənin əxlaqi meyarlarından çıxış edirdilər. Elmə, alimlərə etinasızlığı xüsusi qeyd etməkdə məqsədimiz heç də sənət adamlarının, yazıçıların intellektual imkanlarını şübhə altına almaqdan ibarət deyil. Əksinə, son vaxtlarda ədəbiyyatımızda publisistikaya ciddi meyil duyulmaqdadır ki, bu da yazıçı-vətəndaş mövqeyinin bədii ədəbiyyat çərçivəsindən kənara çıxdığını və hadisələrə daha operativ reaksiyaya ehtiyac yarandığını göstərir.

Ə.Qəşəmoğlu yazır ki, elmi idarəetmədə üç mühüm məqama diqqət vermək lazımdır: 1) bu metodlardan hansı məqsədlərlə istifadə edilir? 2) bu metodlar nə dərəcədə mükəmməldir? 3) bu metodlardan istifadə edənin bu sahədə hazırlıq dərəcəsi, bacarığı hansı səviyyədədir? Mənim fikrimcə, əslində, o elmi idarəetmə metodları məqsədəuyğundur ki, onlar ahəngə xidmət etsin. Yəni problemlər həll olduqca, proseslər istiqamətləndirildikcə bu, müəyyən bir sahədə, ümumilikdə, dünyada ahəng yaranmasına xidmət etməlidir.

Müxtəlif elm sahələrinin inkişafı elmi-idarəetmə metodlarını daha da təkmilləşdirməyə, uğurlarını artırmağa xidmət edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, indiki vaxta, yer üzünün müxtəlif güc mərkəzləri tərəfindən qlobal səviyyədə elmi idarəedilməsi prosesində yuxarıdakı hər üç suala məyusedici cavablar alırıq. Belə ki, təbii qlobollaşma prosesinə subyektiv müdaxilə zamanı əksər hallardayer üzündəki proseslərin idarə edilməsində istifadə olunan elmi metodların qarşısına ümumən bəşəri maraqlara cavab verən məqsədlər qoyulur, nə də istifadə olunan elmi metodlar hər zaman təkmil olur, nə də ki, bu elmi metodlardan istifadə edənlərin bir çoxunun hazırlıq səviyyəsi lazım olan dərəcədə olur. Hər üç məsələdə olduqca ciddi səhvlərə yol verilir.

Ə.Qəşəmoğlu göstərir ki, indiki dövrdə, ümumiyyətlə, dünyəvi elmlərlə məşğul olmağın metodologiyasında bir çox yanlışıqlar vardır. Bir az sonra qeyd edəcəyimiz kimi, dünyəvi elmlərdə Avropa dəst-xətti güclənəndən sonra elm sahələrində bir özünün öz sahəsində təcridolunma prosesi başladı. Yəni bir zamanlar deyək ki, yunan alimləri Pifaqorun, Sokratın, Platonun, Aristotelin, Orta Şərq islam, türk alimləri Fərabinin, İbn Sinanın, Bəhmənyarın, İbn Ərəbinin, N. Tusininb.k. alimlərin elmlə məşğul olmaları tamamilə başqa bir metodologiyaya uyğun idi. Onlar qarşıya konkret olaraq bir problem qoyurbu problemin həll olunması üçün bir çox bilik sahələrini kompleks olaraq tədbiq edirdilər. Başqa bir vaxta isə bu istifadə etdikləri elm sahələrinin hər biri üzərində düşünür və onları öz imkanları daxilində inkişaf etdirməyə çalışırdılar. Avropa elmi inkişaf etdikcə isə mənzərə dəyişdi. Elmlər biri- birindən aralandı. Eyni zamanda, hər bir alim artıq bir elm sahəsində, əksər hallarda müccərəd olaraq məşğul olmağa başladı. Bütün elmlərin inkişafında bir şam rolu oynayan riyaziyyat artıq reallığın sifarişi ilə yox, tamamilə mücərrəd anlayışların, əməliyyatların aləminə çevrildi. Əgər qədim dövrdə riyaziyyatçı üçün hər bir rəqəmin arxasında dünyanın fəlsəfı bir aləmi dayanırdısa, Avropa alimlərinin əksəriyyəti üçün rəqəm sadəcə olaraq simvolik bir işarə oldu. Bir çox hallarda universitetləri bitirən, alimlik dərəcəsi alan riyaziyyatçılar belə rəqəmlərin, əməliyyatların fəlsəfi mahiyyətinə elə bir əhəmiyyət verməməyə başladılar. Onlar üçün riyaziyyatın mücərrəd bir aləmi var. Beləliklə, ilk növbədə, riyaziyyatın özü belə real aləmin tələblərini hiss etməkdən məhrum oldu. Halbuki reallıq bu riyazi metodları cilalamaq, təkmilləşdirmək üçün olduca zəruridir.

Bir maraqlı məqamın üzərində də dayanmaq istəyirəm. İndi əslən azərbaycanlı olan amerikalı alim Lütfizadə dünyanın ən nüfuzlu alimlərindən biri hesab olunur. Mənə elə gəlir ki, Lütfizadə fenomeninin bir sirri var. Görkəmli bir riyaziyyatçı olaraq riyaziyyat aləmində dərinlərə getdikcə onun şərqli ruhu rəqəmlərin bu Qərb aləmində qurumuş, mücərrədləşmiş çərçivəsinə sığmadı. Qanun yaddaşı, ruhu ona dedi ki, bu rəqəmlər üzdə görüən quru simvollar deyildir. Onlar sirli alimlərin reallıq aləmində kölgələridir və onların nə özü, nə üzərlərinda aparılan əməllər elə adiləşdirilə bilməz. Lütfizadə təkcə rəqəmləri yox, o rəqəmlərdən bir işıq kimi şüalanan aləmləri də hiss etdikcə, bu qənaətə gəldi ki, bu rəqəmlər üzərində aparılan əməllər sadəcə rasional düşüncənin ifadə etdiyi sahələri, aləmləri əhatə etmir. Bu əməllər nəticəsində alının nəticələr də rasional məntiqin  çərçivələrindən kənara çıxır. Ona görə də böyük alimin "qeyri-səlis riyaziyyat nəzəriyyəsi" ortaya çıxır.

Ə.Qəşəmoğlunun fikrincə, Lütfizadənin "qeyri-səlis" adlandırdığı, əslində, təbii olaraq qeyri-səlis deyildir. Rasional düşüncə tərzinə görə qeyri-səlisdir, müasir elmin imkanları baxımından qeyri-səlisdir. Lütfizadənin dahiliyi ondadır ki, o elmi, insanları rasionallıq çərçivəsindən çıxararaq, bütöv aləmə baxmağa, bütöv aləmlərin tələbləri ilə elmi araşdırmalar aparmağa yönəldib. Onun nəzəriyyəsini müəyyən mənada insanın kosmosa çıxması ilə müqayisə etmək olar. Böyük alimin nəzəriyyəsi dünya ilə dünyanın öz dilində - ahəng dilində danışmaq sahəsində atılan olduqca mühüm addımdır. O insanları elmin kosmosuna gətirmişdir. Bu kosmosun nə dərəcədə öyrəniləcəyi elmin sonrakı inkişafından- ahəng yolunda atacağı addımlarından asılıdır.

 Böyük təəssüf hissi ilə demək lazım gəlir ki, indi bütün dünyada ortada olan elmi metodların bir çoxu yarımçıq olduqca nöqsanlı, bir sıra hallarda isə məqsədyönlü şəkildə təhlükəli bir vəziyyətdədir. Ortada olan fəlsəfənin olduqca səthi, nöqsanlı olması hesabınadır ki, istər qlobal səviyyədə, istərsə də milli - regional səviyyədə sosial - iqtisadi proseslərin mahiyyəti lazımi şəkildə qavranıla bilmir. Dünyada qloballaşma prosesi təbii axarında yox, subyektiv müdaxilələrlə gedir. Bu subyektiv müdaxilə, milli, özəl maraqların nəzərə alınmasına, elmin daha düzgün istiqamətdə inkişaf etməsinə mane olur.

Bugünkü elmin heç insan barədə də lazımi təsəvvürü yoxdur. Bu hesaba da "sosial" anlayışı da düzgün olaraq qavranılmır. İnsanın yer üzünün səadəti üçün hansı iqtisadi amillərin daha zəruri olduğu barədə də lazımi təsəvvür yoxdur. İnsanın tələbatı barədə indi dünyəvi elmdə olduqca qorxunc bir qənaət var. Müasir elm maddi tələbatı mənəvi tələbatdan ön plana çəkir və bunun hesabına da olduqca təhlükəli qənaətlərə gəlir. Təəssüf ki, müasir elm mədəniyyət və mənəviyyat məsələlərini qədim Şərqdəki kimi duya, qiymətləndirə bilmir. Sosial - iqtisadi proseslərin idarə olumasının ideyarları barədə aydın təsəvvür yoxdurs. və i.a. Yüzlərlə belə iradlar sadalamaq olar. Bütün bu çatışmazlıqlar isə müasir sivilizasiyaya çox mənfi təsir edir.

Təəssüf ki, idarəetmə prosesində qarşıya qoyulan məqsədlər, tədbiq olunan metodlar qənaətbəxş vəziyyətdə olmadığı kimi, bu metodlardan istifadə etmək sahəsində hazırlanan mütəxəssislərin də səviyyəsi arzu olunan dərəcədə deyil. Bir çox mütəxəssislər bu metodlardan avtomatik olaraq istifadə edirlər. İndi inkişaf səviyyəsi geridə olan, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində bu elmlərin mahiyyətini dərindən duymadan sadəcə olaraq onun tətbiqi ilə məşğuldurlar.

Ə.Qəşəmoğlu göstərir ki, artıq bir çox elmi nəzəriyyələrin təsdiq etdiyi kimi, kainat bir sistemdiryer kürəsi də onun kiçik bir alt sistemidir. Belə olduqda, həqiqi, daha təkmil elm bütün bu kainat sistemini nəzərə alaraq, bu sistemin xüsusiyyətlərinə uyğun olaraq qurulmalıdır. Elm insanlara həqiqəti dərk etmək, onların qarşılaşdığı problemləri həqiqəti əks etdirən meyarlara uyğun olaraq həll etmək yolunda kömək etməlidir. Yalnız belə olduqda elm mükəmməl, daha etibarlı sayıla bilər. Ortada olan müasir elmi sistem bu tələbləri ödəyirmi? Təəssüf ki, yox. Bir zaman, hələ eramızdan əvvəl Şərqdə yaranan, inkişaf edən elmi sistem doğrudan da kainat sisteminin tələblərinə uyğun olaraq qurulurdu. Təəssüf ki, elmin sonrakı inkişaf mərhələlərində bu prinsipləri lazımi dərəcədə saxlamaq mümkün olmadı. Elm kainatı təbiəti lazımi şəkildə əhatə edərək formalaşa, inkişaf edə bilmədi.

İndi elmin özünün inkişafının metodologiyasında ciddi problemlər yaranmışdır. Ortada olan elm kainatın, təbiətin ayrı- ayrı xüsusiyyətlərini öyrənə bilsə də, əksər hallarda öyrəndiyi sahəni lazımi qədər əhatə edə bilmir. Bir çox hallarda əldə edilmiş nəticələr fraqmental xarakter daşıyır. Yəni öyrənilən obyekt barədə əhatəli yox, onun müəyyən fraqmentləri üzrə biliklər verilir. Bu isə elmin öz funksiyasını yerinə yetirməyə - insanların həqiqəti dərk etməsinə, onların qarşılaşdığı problemləri həqiqəti əks etdirən meyarlara uyğun olaraq həll etməsinə mane olur.

İndi artıq hər bir ciddi alimə aydındır ki, dünya təkcə rasional aləmdən ibarət deyildir. Rasional yanaşma ilə duyula bilməyən aləmlərin hər kəsin həyatına, müxtəlif təbiətli proseslərə ciddi təsir etdiyiheç kimdə şübhə doğurmur. Dini kitablarda, nağıllarda, müxtəlif folklor nümunələrində işlədilən "mələklər", "cinlər", "divlər" və bu kimi mövhumların arxasında sirli aləmlərin durduğunu da görmək bir o qədər çətin deyil. Müasir dövrdə dünyəvi elmlərin köməyi ilə yaranmış müəyyən cihazlar muxtəlif- əvvəllər fanatizm kimi qəbul edilən bir çox məsələlərin aydınlaşmasına imkan verir. Bunlar hələ həmin aləmlər barədə primitiv təsəvvürlərdir. Artıq aydındır ki, dünyəvi elmlər inkişaf etdikcə, bu cür daha həssas sahələr barədə daha aydın məlumatlar əldə ediləcəkdir. Deməli, daha mükəmməl elm təkcə rasional yanaşma ilə duyulan aləmi yox, həm də hələlik çətin duyula bilən aləmi doğru olaraq daha çox əhatə edə bilən elmdir.

 

VAHİD ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 24 fevral.- S15.