Hüquqi dövlət, vətəndaş cəmiyyəti və sistemli yanaşma metodu

 

 

Sistemli yanaşma - öyrənilən, idarə olunan obyektiona təsir edən amilləri idarəetmə məqsədinə uyğun olaraq tam şəkildə diqqət mərkəzinə gətirərək bu obyektdə araşdırmalar aparmaq, idarəetmə məqsədi üçün əhəmiyyət daşıyan bütün hissələri - elementləri və onlar arasındakı əlaqələrin xarakterini müşyyənləşdirərək daha optimal qərarlar qəbul etməkdir.

Ə.Qəşəmoğlu göstərir ki, ilk baxışdan sadə səslənən bu şərtlər əslində çox ciddiasan olmayan şərtlərdir. Əvvəla, obyekti tam şəkildə diqqət mərkəzinə gətirmək hər zaman asan olmur. Obyekt mürəkkəb olduqca onu tam şəkildə diqqət mərkəzinə gətirmək də çətin olur. Misal üçün, tutaq ki, öyrənmək istədiyimiz obyekt məktəbdəki hər hansi bir sinifdir. Qarşıya qoyduğumuz məqsəddən asılı olaraq bu obyekti diqqət mərkəzinə gətirmək asan, yaxud çətin ola bilər. Əgər məqsədimiz sinifdəki şagirdlərin cins tərkibini müəyyənləşdirmək və yaxud şəkillərini müəyyənləşdirməkdirsə, o zaman bu obyekti diqqət mərkəzinə gətirmək o qədər də çətin deyildir. Amma məqsədimiz bu sinifdəki şagirdlərin intellektlərindəki xüsusiyyətləri öyrənmək olsa, o zaman obyekti diqqət mərkəzinə gətirmək çətinləşəcək. Əvvəlki misalda bu işin öhdəsindən hər bir adam gələ bilərdisə, indi artıq bu işə xüsusi mütəxəssislər, metodlar, xüsusi avadanlıqlar, aparatlar lazım olacaqdır. Bəzən obyekti heç diqqət mərkəzinə gətirmək mümkün olmur. Misal üçün, əgər məqsədimiz hər hansı çox kiçik bir hissəciyin xüsusiyyətlərini öyrənmək, yaxud kosmosun bir tərəfini tədqiq etməkdirsə, bu zaman həmin obyekti tam şəkildə diqqət mərkəzinə gətirmək çətin olur. Yaxud adi bir obyektin də elə bir xüsusiyyətini öyrənmək məqsəd olar ki, artıq o məqsəd çərçivəsində obyekti təsəvvürə gətirmək qeyri-mümkün ola bilər. Obyekt tam şəkildə diqqət mərkəzinə gəldikdən sonra da məqsəd üçün əhəmiyyətli amilləri - elementləri seçmək də həm asan, həm də xeyli çətin ola bilər. Bu elementlər arasındakı əlaqələrin xarakterini də öyrənmək müxtəlif hallarda müxtəlif çətinlikdə ola bilər. Bu çətinliklərin öhdəsindən gəlməyə fəlsəfə, riyaziyyat, sistem nəzəriyyəsi, məntiq, biologiya, sinergetika, iqtisadiyyat, mədəniyyət və s. sahələrdəki biliklərin olduqca böyük köməyi olur. Elm, onun xüsusi sahələri inkişaf etdikcə, bu çətinliklərin öhdəsindən gəlmək asanlaşır.

 Ə.Qəşəmoğlu yazır: "Sistemli yanaşma metodları mücərrəd, yalnız xüsusi adamların istifadə edə biləcəyi bir şey deyil. Sistemli yanaşma metodlarından hamı istifadə edə bilər! Amma öz biliyinə, təcrübəsinə uyğun olaraq müxtəlif səviyyələrdə... Təbii ki, sistemli yanaşma metodlarından elmi metodların köməyi ilə daha çox bəhrələnmək olar. Bunun üçün bir çox sistemli yanaşma metodlarının öz üsulları, istifadə etdikləri elmi baza vardır. Amma elmi metodlar olmadan da əqlin və idrakın köməyi ilə sistemlilik prinsipindən, sistemli yanaşma metodlarından istifadə etmək olar. Sistemli yanaşmadan istifadə zamanı hər bir addım olduqca mühüm məlumatlar əldə etməyə, əhəmiyyətli qərarlar çıxarmağa kömək edə bilər.

Elə ola bilər ki, sistemli yanaşmanın əsas şərtlərini müəyyənləşdirmək o qədər də çətin olmaya bilər və araşdırma aparanın imkanları daxilində olar. Yox, əgər araşdırıcının buna imkanları çatmazsa, o, qarşıdakı məsələnin heçilk baxışdan göründüyü kimi asan olmadığını başa düşüb, qarşıya qoyulan məsələləri həll etmək üçün əlavə vasitələrin axtarılmasının nə dərəcədə zəruri olduğunu dərk edə bilər. Misal üçün, hər kəs öyrənmək, idarə etmək istədiyi obyekti, təşkilatı, prosesi araşdırdıqda, onu insanla müqayisə edə bilər. Məlum olduğu kimi, insan bizə məlum olan varlıqlar arasında ən mükəmməl bir sistemdir- onun varlığı, fəaliyyəti sistemlə xarakterizə edilə bilər. İstənilən bir təşkilatı, prosesi insanla müqayisə etdikdə, onları yaradan amilləri göz qabağına gətirin. Bu amillər sistemində insana-insanı xarakterizə edən sistemə bir çox oxşarlıqlar tapmaq olar. Ə.Qəşəmoğlunun qeyd etdiyi kimi, bu amilləri sistemli araşdırmaq üçün, insanla müqayisədə aşağıdakıları demək olar: 1) bu amillərin hər birinin öz funksiyası var və onların hər hansı ikisi, yaxud bir neçəsi eyni funksiyanıyerinə yetirə bilməz. 2) bu amillər arasında elələri vardır ki, baş funksiyanı, elələri də vardır ki, insanın başqa orqanlarının funksiyasını yerinə yetirir. 3) bu amillər arasında yaranan sistemlilik dərəcəsi yüksək olduqca öyrənilən obyektin də fəaliyyəti uğurlu olacaq. 4) həmin obyektin fəaliyyətində problem yaranmışsa, onu ortadan götürmək üçün nədən, hansı şəkildə başlamağın daha uğurlu olacağı aydınlaşacaq və s. Tutaq ki, söhbət bir fabrikin idarə olunmasından gedir. Bu fabriki xarakterizə edən amilləri göz qabağına gətirdikdə çox da çətin olmadan aşağıdakıları müəyyənləşdirmək olar: 1) bu fabrikin fəaliyyət göstərməsində iştirak edən amillər müəyyən qruplara bölünmüşlər və onlardan hər birinin öz məxsusi işi vardır. 2) bu fabrikin fəaliyyət göstərməsi üçün müəyyən insan (insanlar) var ki, onlar baş funksiyasını yetinə yetirirlər: yəni onlar düşünür, qərarlar qəbul edirlər. 3) bu fabrikin fəaliyyət göstərməsi üçün elə insanlar, bölmələr var ki, onlar əl funksiyasını yerinə yetirirlər: yəni onlar birbaşa istehsalla məşğuldurlar. 4) bu fabrikin fəaliyyətində müəyyən bölmə mədə funksiyasını yerinə yetirir: yəni pul, yanacaqs. kimi vasitələrlə "qidalanaraq", onları həzm edir. 5) elə bir bölmə də vardır ki, o diz, ayaq funksiyasını yerinə yetirir -fabriki ayaq üstə saxlayan onlardır. 6) elə bölmə də vardır ki, fabriki enerji ilə təmin edirs. 7) diqqətlə araşdırdıqda hələ fabrikdə ifrazat orqanlarının da daşıdığı funksiyanı yerinə yetirənləri tapmaq olar. 8) fabrikdəki problemləri də insandakı xəstəliklərlə müqayisə etmək olar.

Doğrudur, bu fabrikdə çalışan insanlar, vasitələr arasında elələri olar ki, müxtəlif bölmələrin işində iştirak edə bilər. Bu halda biz araşdırmalarımızı ancaq bölmələr üzrə apardığımızdan diqqət mərkəzimizdə olan bölmələr olacaqdır. Elə yalnız bu müqayisə fabrikdə işin sistemli təşkilinə kifayət qədər kömək edə bilər. Çünki o zaman, bir azdan daha geniş şəkildə öyrənəcəyimiz sistemlilik prinsipləri ilə başa düşmək olar ki, bu fabrikdə hamı, yaxud əksəriyyət eyni zamanda baş, əl, ayaq, mədə və s. funksiyasını yerinə yetirə bilməz. Mütənasib olaraq hər kəsin, hər bölmənin öz məxsusi işi vardır. Fabrikin fəaliyyətinin uğurlu olması üçün hər kəs və bölmə ilk növbədə yalnız öz funksiyasını daha uğurlu şəkildə yerinə yetirməyə borcludur. Yaxud baş funksiyasını yerinə yetirənlərin öhdəsinə hansı işlər düşüronlar necə davranmalıdırlar və s. Bu misal istənilən obyekt - məktəb şəhər, siyası partiya, idman klubu, ölkə və s. üçündoğrudur.

Ə.Qəşəmoğlu göstərir ki, müasir elmi ədəbiyyatda "sistem" anlayışının izah olunması üçün ən əvvəl "çoxluq" anlayışına diqqət yetirilir. Çoxluq dedikdə birdən artıq bir neçə əşyanın, predmetin, obyektin, eyni zamanda, eyni mövqedən nəzərdən keçirilməsi başa düşülür. Onlar bir-birinə oxşar da ola bilərlər, fərqli də. Onların aralarında elə bir əlaqələri yoxdur. Yalnız bizim diqqət yetirdiyimiz mövqedən onları eyniləşdirmək olar. Misal üçün, səliqəyə salmaq istənilən hər hansı bir meydançada artıq əşyaların küllisi. Bu artıq əşyalar - daş, dəmir, şüşə parçası, ağac qırıqları və s. birlikdə meydançadakı artıq əşyalar çoxluğunu yaradır. Aydındır ki, "artıq əşyalar çoxluğunu" təşkil edən bu əşyalar arasında elə bir əlaqə yoxdur. Onlar müxtəlif vaxtlarda həmin meydançaya düşmüşlər. Onları birləşdirən bizim onlara artıq əşyalar kimi baxma mövqeyimizdir. Yaxud "bazardakı meyvələrin çoxluğu", hər hansı bir meydançaya müxtəlif məqsədlərlə yığışan "adamların çoxluğu" və s. Aydındır ki, çoxluq müəyyən hissələrdən ibarət ola bilər. Bütün bu hissələri, ümumilikdə, çoxluğu təşkil edən bu əşyalar, predmetlər çoxluğun elementləri adlanır. Çoxluğun müəyyən bir hissəsinə onun alt çoxluğu deyilir. Alt çoxluq dedikdə - araşdırılan çoxluğu təşkil edən elementlərin müəyyən bir hissəsinin təşkil etdiyi çoxluq nəzərdə tutulur. Alt çoxluqdakı elementlərin sayı çoxluğun elementlərinin sayından azdır.

"'Tutaq ki, hər hansı bir sexdə, yaxud mağazada müəyyən maşın və mexanizm hissələri vardır. Bunlar ümumi halda bir "hissələr çoxluğudur". Amma o hissələr arasından iki çarx götürüb onları bir oxun o baş-bu başına salsaq, artıq bu üç elementin (iki çarxbir ox) əmələ gətirdiyi mexanizmə sadəcə çoxluq kimi baxa bilmərik. İndi bu hissələr arasında müəyyən bir nizama uyğun qarşılıqlı əlaqə yaranmışdır. Eyni zamanda, buqarşılıqlı əlaqə yeni bir xüsusiyyət də yaratmışdır. Bu, elə bir xüsusiyyətdir ki, ayrılıqda qarşılıqlı əlaqədə olan əşyaların heç birində yoxdur. Bu yeni xüsusiyyət yük daşıma xüsusiyyətidir. Bu çarxlarox ayrılıqda bu xüsusiyyətə malik deyildir. Müxtəlif elementlər, əşyalar, obyektlər qarşılıqlı əlaqədə yeni bir xüsusiyyət yaradarsa, daha onlara adi çoxluq kimi baxmaq olmaz. Belə bir çoxluq artıq sistem adlanır. Sistemin mühüm cəhəti odur ki, müxtəlif elementlər birləşərək elə bir şey yaradır ki, həmin şeydə bu ementlərin hər birində ayrılıqda olmayan yeni bir xassə üzə çıxır. Məsələn, yanaşı qoyulmuş hidrogen atomları oksigen atomları ilə hələ qarşılıqlı əlaqəyə - reaksiyaya girməyibsə, onlar"kimyəvi elementlər çoxluğu"-dur. Amma onlar birləşərək artıq su əmələ gətirmişlərsə, suya oksigenhidrogen elementlərinin çoxluğu kimi baxmaq olmaz. Su həmin elementlərin əmələ gətirdiyi sistemdir.

Beləliklə - sistem dedikdə, ümumi mənada ikidaha artıq elementlərin, obyektlərin qarşılıqlı əlaqədə yeni xüsusiyyətli bir obyekt əmələ gətirməsi başa düşülür. Sistem - elementləri arasında əlaqə olan çoxluğun əmələ gətirdiyi yeni bir xassəyə, xüsusiyyətə malik olan yeni bir obyektdir.

Elementlər birləşib sistem əmələ gətirdiyi kimi, sistemlər də biri-biri ilə, yaxud başqa elementlərlə birləşib yeni - daha yüksək tərtibə malik olan bir sistem əmələ gətirə bilər. Hər bir sistemə daxil olan aşağı tərtibli sistemlərə onun alt sistemləri deyilir. Hər bir sistemin özü başqa bir sistemin elementi, yaxud altsistemi ola bilər. Misal üçün, insan özü bir sistemdir. Bu sistem "ailə" sisteminin alt sistemi, "ölkə əhalisi" sisteminin bir elementidir. Hər hansı kəndə "ölkə" sisteminin elementi, yaxud altsistemi kimi baxmaq olar s.

Heç bir sistemə biri-birindən asılı olmayan alt sistemlərin, elementlərin birliyi kimi baxıla bilməz. Hər bir sistemdə onun bütün elementləri, alt sistemləri arasında birbaşa, yaxud dolayısı ilə müəyyən bir əlaqə vardır. Misal üçün, həmin kənd öz ölkəsini xarakterizə edən sistemin bir elementi-altsistemi olduğu halda, başqa ölkəni xarakterizə edən sistemin elementi, yaxud alt sistemi deyildir.

Şübhəsiz ki,sistemli yanaşma hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun ayrılmaz, tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycanda hüquqi-demokratik cəmiyyət qurulur. Ölkəmizdə bütün məsələlər demokratik prinsiplər əsasında həyata keçirilir, Azarbaycanda hakimiyyət bölgüsü Konstitusiya yolu ilə həyata keçirilib həll olunub. Yeni müstəqillik qazanmış, bazar münasibətləri yolunu seçmiş, hüquqi-demokratik dövlət quran Azarbaycanın ilk demokratik Konstitusiyası ilə vətəndaşlara geniş hüquqlar verilmiş, ölkəmizdə söz vəvicdan azadlığı təmin olunmuşdur."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 28 fevral.- S15.