Leyla Əliyeva - məşhur ailənin
xeyirxah işlərinin
davamçısı. Demək olar ki, həmyerlimiz
Rusiyanın ASTRAVOLGA.RU İnternet-nəşrində Marina Parenskayanın “Leyla Əliyeva - məşhur ailənin xeyirxah işlərinin davamçısı. Demək olar ki, həmyerlimiz” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni təqdim edir.
“Dostluq körpüsünün təntənəli açılışı. Müqəddəs knyaz Vladimirin abidəsi Azərbaycan ilə Həştərxanın əməkdaşlığının parlaq nümunəsidir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Müqəddəs Olqa ordeninin təqdim edilməsi. Bizim region hər hansı başqa regionla müqayisədə Azərbaycanla daha sıx bağlıdır. Məsələ təkcə coğrafi yaxınlıqda deyil, mehriban qonşuluq münasibətləri qarşılıqlı hörmətə və rəğbətə, ortaq iqtisadi və ekoloji maraqlara əsaslanır.
Heydər Əliyevin yolu ilə
Yeri gəlmişkən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu gün Həştərxanda ucalan abidəsi ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin inkişafında onun xidmətlərinə dərin hörmət və ehtiram əlamətidir. Bu görkəmli ictimai-siyasi xadimin adını daşıyan park isə artıq çoxdan bəri Həştərxan sakinlərinin ən sevimli istirahət yerlərindən birinə çevrilib. Həm bu abidə, həm də Privoljye körfəzinin yenilənmiş sahilyanı küçəsi azərbaycanlıların Həştərxana hədiyyəsi və ölkələrimiz arasında dostluğun rəmzidir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının siyasi xəttini davam etdirərək Rusiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, bu istiqamətdə qazanılmış tarixi uğurların qorunub saxlanmasının və daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
İki dövlət arasında dostluq münasibətləri kontekstində bizim regionda mühüm sosial layihələrin həyata keçirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bununla əlaqədar, Privoljye körfəzinin sahil zolağı yenidən qurulub, Dostluq körpüsü tikilib, uşaq şəhərciyi açılıb, Müqəddəs Knyaz Vladimir məbədinin yaxınlığındakı abadlaşdırılmış meydanda knyaz Vladimirə abidə ucaldılıb, Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəb bərpa edilib, uşaq bağçası tikilib, Nərimanov şəhərində park salınıb. Fondun bizim regionda həyata keçirdiyi və davam etdirdiyi bütün bu dəyişiklərin təşəbbüsçüsü məşhur siyasi xadimin nəvəsi, öz görkəmli babasının adını daşıyan fondun vitse-prezidenti Leyla İlham qızı Əliyevadır.
Leyla Əliyevlər ailəsini məşhurlaşdıran xeyirxah işlərin layiqli davamçısıdır. Bununla bərabər, heç kəs deyə bilməz ki, guya Leyla öz görkəmli babasının və heç də az məşhur olmayan atasının - Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevin şöhrətinin kölgəsindədir. Xeyr, gənc olmasına baxmayaraq Leyla özü də çox yetkin, bacarıqlı insandır.
Gənc olsa da ...
Avropa Biznes
Məktəbinin və Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun
məzunu olan Leyla
Əliyeva hələ tələbə ikən bu
institutda Azərbaycanlılar klubu yaradıb, həmin kluba
başçılıq edib. 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəridir.
Bir neçə
il bundan
əvvəl Moskvada
“Baku” jurnalını təsis
edib. Bu gün
bir neçə dildə nəşr edilən bu jurnalın təsisçisi
və baş redaktorudur. “Xocalıya
ədalət” kampaniyasının təşəbbüskarıdır.
Islam Konfransı Təşkilatının Gənclər
Forumunun baş əlaqələndiricisi, Rusiyanın
Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) sədri,
Ümumrusiya Azərbaycanlılar
Konqresi Mərkəzi Şurasının Rəyasət
Heyətinin üzvüdür.
Bunlar Leyla Əliyevanın statuslarının sadəcə
siyahısı deyil, bu siyahının arxasında dünyanın
müxtəlif ölkələrində
Leyla Əliyevanın həyata keçirdiyi real
fəaliyyət dayanır.
O, Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə
“Key to Life” fəxri mükafatına
layiq görülüb.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin dıqqətinə çatdırmaq
işində xidmətlərinə
görə “Tərəqqi”
medalı ilə təltif edilib.
Ətraf
mühitin mühafizəsi
üzrə VII Beynəlxalq
Layihə Olimpiadasının
(İNEPO-Avrasiya) Təşkilat
Komitəsinin idarə
heyəti tərəfindən
“Ekoloji mühitin qorunmasına görə” fəxri fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə,
ərzaq təhlükəsizliyinin
təmin edilməsinə,
kənd təsərrüfatı,
meşə və balıqçılıq təsərrüfatının
səmərəliliyinin artırılmasına,
sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə 2015-ci ilin may ayında Leyla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
xoşməramlı səfiri
adına layiq görülüb. Onun çoxsaylı təltifləri
sırasında “Həştərxan
vilayəti qarşısında
xidmətlərinə görə”
ordeninin medalı da var.
Leyla xanımın
maraq dairəsinin genişliyi heyrət doğurur. O, Xəzər dənizinin ekoloji problemlərinin qeydinə qalır, jurnalistlərin
son bir neçə ildə Həştərxanda
keçirilən beynəlxalq
“Xəzər lotosu” müsahibəsini fəal dəstəkləyir. Hər
iki dövlətin firavan gələcəyinin
gənclər arasında
qarşılıqlı anlaşmadan
asılı olduğunu
dərindən başa
düşdüyü üçün
gənc nəsil ilə böyük iş aparır. O, Rusiyanın Azərbaycanlı
Gənclər Birliyi ictimai təşkilatının
sədridir. Leyla Əliyeva xeyriyyəçilik
proqramları ilə də fəal məşğul olur.
Bütün bu məsələlərin
həlli onun iştirakını, müvafiq
qurumlarla qarşılıqlı
əlaqəsini, müxtəlif
instansiyalara müraciət
etməsini tələb
edir. O da bütün bunları yüksək səviyyədə
yerinə yetirir, çünki ondan ötrü ikinci dərəcəli iş yoxdur. Üstəlik, o həm də
iki əkiz uşağın anasıdır.
Onun övladları da diqqət tələb edir. Leylanın geniş ürəyində
həm öz balalarına, həm də başqalarının
övladlarına sonsuz
məhəbbət vardır.
Leyla ölkələrimiz
arasında mehriban qonşuluq münasibətlərinin
möhkəmlənməsi üçün
həqiqətən çox
iş görür.
Ona - Azərbaycan xalqının
nümayəndəsinə pravoslav
mükafatının təqdim
edilməsi isə onu göstərir ki, Allah qarşısında
hamı bərabərdir.
Mən beynəlmiləl
tərbiyə haqda da danışmaq istərdim. İndi mürəkkəb zəmanədir,
millətlərarası münaqişələr
böyük fəlakətə
səbəb ola
bilər. Həştərxandakı 11 nömrəli məktəb
Heydər Əliyevin adını daşıyır,
lakin bu pedaqoji kollektivə heç vaxt, heç bir təzyiq göstərilməyib
ki, bu məktəbə
kimləri qəbul etmək, orada kimləri öyrətmək
lazımdır. 22 millətin nümayəndəsinin
təhsil aldığı
bu məktəbin pedaqoji kollektivinin əsas vəzifələrindən
biri tolerantlıq, dini dözümlülük,
qarşılıqlı hörmət
tərbiyə etməkdir.
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə ən yaxşı şagirdlər
üçün təqaüd
təsis edilib. Hər il
yay və qış tətili dövründə bu məktəbin müəllimləri
və şagirdləri
Bakıda istirahət edir.
Halal mükafat
Moskvanın və bütün
Rusiyanın müqəddəs
patriarxı Kirill Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyevanın Müqəddəs Knyaz Vladimirə abidə ucaldılmasına göstərdiyi
köməyə, habelə
Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi
sahəsində böyük
xidmətlərinə görə
III dərəcəli Müqəddəs
Mələksima Knyaginya
Olqa ordeni ilə təltif edəndə Həştərxanda
bu xəbəri sevinc və qürur hissi ilə qarşıladılar.
... Haqqında söhbət açdığım
qadını praktiki olaraq öz həmyerlimiz hesab edirik. Leyla Əliyeva haqqında
onun yubileyi ərəfəsində danışdım.
Bu günlərdə o, otuz yaşını qeyd edəcək. Otuz yaş elə gözəl dövrdür
ki, çoxlu planlar qurmaq və onları həyata keçirmək olar. Bu yaşda
insanın öz imkanlarını reallaşdırması
üçün qüvvəsi
var, onun qəlbi xoş duyğularla doludur. İstərdik ki, o, hələ
uzun illər boyu indiki kimi
- həştərxanlıların sevdiyi məlahətli, qəşəng, səmimi
və açıqürəkli
qadın kimi qalsın”.
Səs.-2015.- 1 iyul .- S. 3.