İnsan hüquq və
azadlıqlarının müdafiəsinin zəruriliyi
İnsan hüquq və azadlıqlarının müdafiəsi demokratiyanın əsas əlamətlərindən olub bəşəriyyəti qədim dövrlərdən indiyədək düşündürən ciddi problemlərdən biridir. Qərb tədqiqatçısı Robert Dahl yazır:
"Demokratiyaya dair ideyaların nəhəng, bəzi hallarda isə keçilməz qalağı içindən elə meyarları tapmaq mümkündürmü ki, birliyimizə rəhbərliketmə prinsipi (birliyın bütün üzvləri onun siyasəti üzrə qərarların işlənib hazırlanmasında bərabərhüquqludur) bu meyarlara uyğun gəlsin? Fikrimcə, azı beş bu cür meyar var.
1. Səmərəli iştirak. Birliyin siyasəti onun üzvləri tərəfindən qəbul edilməzdən öncə, bu siyasətin mahiyyəti üzrə öz baxışlarını birliyin digər üzvlərinə bəyan etmək üçün bütün üzvlərin bərabər və səmərəli (effektiv) imkanları olmalıdır.
2. Səsvermədə bərabərlik. Birliyin siyasəti haqqında qərar qəbul edilərkən, onun bütün üzvlərinə səsvermədə iştirak etmək üçün bərabər və real imkanlar verilməlidir, özü də bütün səslər eyni qüvvəyə malik olmalıdır.
3. Məlumatlılığa əsaslanan dərketmə. Birliyin hər bir üzvünün siyasi alternativlər və bunların ehtimal olunan nəticələri ilə sağlam məntiq çərçivəsində tanış olmaq üçün bərabər və real imkanları olmalıdır.
4. Gündəliyə nəzarət. Birlik üzvlərinin hansı məsələnin və hansı qaydada müzakirə edilməsi barədə qərar qəbul etmək üçün real imkanları olmalıdır. Deməli, əvvəlki üç meyarla nəzərdə tutulmuş demokratik prosedurlar bununla bitmir. Birliyin siyasəti onun üzvlərinin istəyi halında dəyişikliklər üçün həmişə açıq olmalıdır.
5. Yetkinlik yaşına çatanların iştirakı. Birlik üzvlərinin hamısı və ya heç olmasa onların yetkinlik yaşına çatanlarının böyük hissəsi birinci və dördüncü meyarlarla nəzərdə tutulmuş mülki hüquqlara tam dərəcədə malik olmalıdır.
Demokratiyanın verdiyi imkanlar:
1. Səmərəli iştirak.
2. Səsvermədə bərabərlik.
3. Məlumatlılığa əsaslanan dərketmə.
4. Gündəliyə nəzarətin həyata keçirilməsi.
5. Yetkinlik yaşına çatanların iştirakı.
Robert Dahl demokratiyanın üstün cəhətlərinə aid aşağıdakıları göstərir:
1. Tiraniyadan qurtulma.
2. Əsas hüquq və azadlıqlara riayət etmə.
3. Şəxsi toxunulmazlıq hüququ.
4. Öz müqəddəratını təyin etmə.
5. Mənəvi muxtariyyət.
6. Şəxsiyyətin inkişaf etmə imkanları.
7. Şəxsiyyətin təməl mənafelərinin qorunması.
8. Siyasi bərabərlik.
Bunlardan əlavə, müasir demokratiyalar nəzərdə tutur:
9. Sülhə can atma.
10. Firəvan yaşama.
İran tədqiqatçısı Əliəsgər Nəhavəndian
göstərir ki, azadlıq insan varlığının başlıca
əlamətlərindən biri olmaqla yanaşı,
həm də insan fəaliyyətinin təbiətindən doğan
və onu heyvanların davranışından,
yaxud texniki sistelərin işləməsindən
fərqləndirən bir
xüsusiyyətdir. Demək olar
ki, azadlıq insanın insanlıq rəmzidir.
Azadlıq insanın məqsədyönlü,
seçkili fəaliyyətinin
nəzərdə tutduğu
üçün insanın
azadlığından, onun
iradəsindən o vaxt
söhbət açmaq
olar ki, insan öz hərəkətinin
və əməlinin məqsəd və yönümünü ixtiyari
olaraq seçə bilsin.
Azadlıq problemi bilavasitə insanın şüurunun, onun davranışının
tədqiqi ilə məşğul olan elmlərin mövzusudur. Əlbəttə, bu elmlərdən hər biri həmin
problemin yalnız özünə xas aspektini öyrənir, məsələn, estetika bədii yaradıcılıq
azadlığı, etika
insanlar arasındakı
münasibətlərdə rəftarın seçilməsi
azadlığı, pedaqogika
azadlıq duyğusunun
tərbiyə edilməsi
ilə maraqlanır.
Deməli, azadlıq problemini
sırf fəlsəfi,
eləcə də sosial, ideoloji, siyasi, mədəni, psixoloji və bir çox başqa tədqiqat səpkilərində təhlil
etmək olar. Azərbaycan tədqiqatçısı
Hikmət Babaoğlu insan hüquq və azadlığının
müdafiəsinin zəruriliyini
möhkəm əsaslandıraraq
yazır ki, isanlar
öz tələbatına
və mənafeyinə
uyğun olaraq ya fərdi qaydada,
ya da bu
və ya digər sosial qrupun tərkibində iştirak edir, siyasi münasibətlərə
təsir göstərir
və eyni zamanda müvafiq təsirə məruz qalırlar. Hələ sofistlər belə
hesab edirdilər ki, "hər şeyin meyarı insandır". Hər bir
sivilizasiyalı cəmiyyətdə
siyasət insanlar üçün və insanlar vasitəsilə həyata keçirilir.
Siyasətdə sosial qrupların,
siyasi partiyaların, kütləvi ictimai hərəkatların rolu nə qədər böyük olsa da, son nəticədə onun əsas subyekti kimi insan,
şəxsiyyət çıxış
edir. Hər bir insanın
hakimiyyətin mənbəyi,
siyasətin əsas və ilkin subyekti
statusuna, hər bir vətəndaşın
siyasətin və bütövlükdə ictimai
həyatın real və
potensial iştirakçısına
çevrilməsinə təminat
verən insan hüquqlarıdır. İstənilən müasir cəmiyyətin demokratikliyi və vətəndaşların konstitusiya
hüquqlarının qorunması
ilk növbədə insan
hüquqlarının müdafiəsi
ilə ölçülür.
H.Babaoğlunun fikrincə, hələ qədim dövrlərdə
insanın, şəxsiyyətin
siyasətə və dövlətə münasibətinə,
onun hakimiyyətlə
qarşılıqlı əlaqəsinə
müxtəlif qiymət
verilirdi. Sosial- siyasi fıkrin
tarixində ilk dəfə
olaraq liberalizm fərdin cəmiyyətdən
və dövlətdən
ayrılmasını, bütün
vətəndaşların siyasi
bərabərliyini bəyan
etmiş və şəxsiyyətin siyasi
sistemin əsas elementi olduğunu təsdiq etmişdir.
Liberalizm,
həmçinin dövlətin
hakimiyyət obyekti kimi çıxış edən şəxsiyyətə
təsiri sferasını
və səlahiyyətlərini
məhdudlaşdırmışdır.
Liberalizmə görə, siyasi
quruluşun əsas prinsiplərinə şəxsiyyət
azadlığı, insan
hüquqlarının dövlət
hüquqları üzərində
üstünlüyü, hakimiyyət
bölgüsü, qanunçuluq
və s. aid edilir.
Bu gün dünya
birliyi tərəfindən
hər bir insan hakimiyyətin mənbəyi və siyasətin ilkin subyekti kimi tanınmışdır. İnsan
hüquqlarını qorumaq
və onlara hörmət etmək, bu sahədə müvafiq siyasət həyata keçirmək hər bir ölkənin
daxili işi kimi deyil, ümumi
qayğı və məsuliyyət predmeti kimi qəbul olunan hər bir ölkədə hüququn aliliyi ilə yanaşı, insan hüquqları dövlətin demokratikliyinin
əlaməti və beynəlxalq əməkdaşlığın
demokratik əsasını
təşkil edir. Demokratiya və insan hüquqlarının
birbaşa və əks-əlaqə olduqca sadədir: insan hüquqlarına hörmət
olmadan demokratiya ola bilməz
və əksinə, əsl demokratiyanın bərqərar olması insan hüquqlarının
təmin edilməsi üçün şərait
yaradır.
Hikmət
Babaoğlu yazır:
"İnsan hüquqlarının
dövlətin konstitusiyasına
daxil edilməsi konsensusun və siyasi stabilliyin əldə olunması prosesinin başlanğıc
nöqtəsidir. Onların konstitusiya
səviyyəsində təsbit
edilməsi ayrı-ayrı
hakimiyyət strukturları
və eləcə də bütövlükdə
dövlət hakimiyyəti
tərəfindən hakimiyyətdən
sui-istifadə imkanlarını
məhdudlaşdırır və totalitar idarəetmə formasının
təşəkkülünün qarşısını alır.
İnsan hüquqlarının inkişafı
prosesi bir-birinə qarşılıqlı təsir
edən istiqamətlərdə
baş verir. İnsan hüquqlarının
milli sistemləri fərdin azadlıqlarının
həyata keçirilməsinə
özünün bəzən
spesifık olan yanaşmasını müəyyən
edir. Beynəlxalq səviyyədə isə insan hüquqları standartlarının
unifikasiyası baş
verir.
Beləliklə, tamamilə aydın
görünür ki, bir tərəfdən, insan hüquqları problemi hər bir insana aid olan mövzudur, digər tərəfdən
isə bu problem ayrıca olaraq bir dövlət çərçivəsində mövcud deyil, beynəlxalq hüquqi-siyasi
fəaliyyətin obyektidir
və onun tədqiqi sahəsinin genişləndirilməsi ictimai
proseslərin müasir
inkişafında vacib
istiqamət kimi çıxış edir".
Müəllifin fikrincə, demokratik cəmiyyətdə mövcud
olan milli hüquq-müdafiə mexanizmlərinin
səmərəliliyi, ilk növbədə
dövlətin bu sahədəki fəaliyyətindən
və onun müvafiq istiqamətdə
həyata keçirdiyi
siyasətdən asılıdır. Çünki birincisi, dövlətin insan hüquq və azadlıqlarının
müdafiəsi üzrə
fəaliyyətlə məşğul
olmağa borclu olan orqanlar sistemi
vardır. İkincisi, dövlətin
öhdəsində təkcə
pozulmuş hüquq və azadlıqların müdafiəsi və bərpa edilməsi üçün deyil, həm də belə pozuntulara yol verməmək üçün səmərəli
vasitə vardır.
Üçüncüsü, təkcə dövlət
orqanının qəbul
etdiyi normativ akt bütün digər aktlara münasibətdə zəruri
mütləq qüvvəyə
malikdir. Dördüncüsü, dövlətin əlində
insan hüquq və azadlıqlarının
pozulmasında günahkar
olanları məsuliyyətə
cəlb etmək üçün məcburetmə
aparatı vardır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-2015.- 1 iyul .- S.15.