Əcnəbilər bənzərsiz Azərbaycan musiqisini və mədəniyyətini xoş duyğularla xatırlayacaqlar

 

  Musiqili Teatrda I Avropa Oyunları ilə bağlı hesabat

 

Azərbaycanda keçirilən I Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu. Sülhün, dostluğun birliyin rəmzi olan bu oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaratdı. Dövlət Musiqili Teatrının Mətbuat Xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, ötən 17 gün ərzində dünyanın idman paytaxtına çevrilən Bakı Avropanın müxtəlif ölkələrindən gəlmiş qonaqları bütün cəhətləri ilə heyran etdi. Bu müddət ərzində qonaqlar mütəmadi olaraq müxtəlif sənət məbədlərimizi - muzeylərimizi, tarixi abidələrimizi, ələlxüsus da teatrlarımızı ziyarət edirdilər. Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə danışarkən qeyd edib ki, 17 gün ərzində xüsusi olaraq I Avropa Oyunları ilə əlaqədar təşkil olunmuş repertuara əsasən, Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan rus dilləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda "Ər arvad", "O olmasın, bu olsun" (Ü. Hacıbəyli), "Skapenin kələkləri" (J.B. Molyer), "Kimdir müqəssir?" Ə. Haqverdiyev), "Talelər qovuşanda" (R. Hacıyev, F. Zöhrabov), "Fransızsayağı qarnir" (M. Kamoletti) başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya başqa dövlətlərdən gəlmiş əcnəbilər olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da - "Düyməcik" (Q.X. Andersen), "Qırmızı papaq" (E. Sabitoğlu, Y. Şvarts), "Bir dayan canavar" (R. Ağayeva, A. Xayt, A. Kurilyanski) - qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər. Tamaşalardan sonra teatr rəhbərliyi yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, bənzərsiz Azərbaycan musiqisini, mədəniyyətini, Bakını, ümumilikdə Azərbaycanı, xalqımızı hər zaman xoş duyğularla xatırlayacaqlar.

 

ZÜMRÜD

Səs.-2015.- 1 iyul .- S. 11.