Dağlıq Qarabağ heç vaxt müstəqil subyekt olmayacaq

 

İlham Əliyev: "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur ola da bilməz"

 

 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın  axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir." Prezident İlham Əliyev bütün çıxışlarında bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkiltlarda öz siyasidiplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu Azərbaycanın dünyanın ən nüfuzlu təşkiltlarında Dağlıq Qarabağ probeleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 23 il ötür. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralında müakirələr aparmaları və s. məlum olan olaylardır. Amma  bu gün xalqımızı maraqlandarın konkret nəticədir. Ulu Öndər Heydər Əliyev həmsədrlərin vasitəçilik missiyasına münasibət bildirərkən daim bu fikri vurğulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq problemə çevrilməsi  həllinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımından yanaşır, marqların toqquşması  problemin həllini uzadır."Mən hesab edirəm ki, bizim atdığımız addımlar  həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır. Bu gün dünya da açıq-aydın  dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün  dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaqancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Prezident İlham Əliyev qeyd edir ki, növbəti beş ildə də  ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, silahlı qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücüdöyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqişəsinin həlli yaxınlaşdırılır.Bu gün Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdi. Bununla yanaşı, Azərbaycan gələcəkdə qarşısına çıxa biləcək bütün ehtimalları nəzərə alaraq, digər sahələrin də inkişafı, o cümlədən, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində ciddi işlər görür. Son 10 ildə Azərbaycanın hərbi büdcəsinin təxminən 15 dəfədən çox artırılması bunu sübuta yetirir. Hazırda orduya ayrılan vəsait büdcə xərcləri içərisində birinci yerdədir və 2015-ci ilin dövlət büdcəsi xərclər strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi nəzərdə tutulur. Əlbəttə ki, görülən işlər öz məntiqi nəticəsini verirbu gün Azərbaycan Ordusu regionun ən güclü və ən yaxşı təchiz olunmuş ordusudur. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək qüdrət və imkanına sahibdir. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regionalqlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır."

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

Təbii ki, Yerevan iqtidarı bu gerçəkliyi dərk etməli və buna müvafiq addımlar atmalıdır. Çünki bu addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan güzəşt tələb etmək əsassızdır. Ən azı ona görə ki, Bakı hökuməti mümkün bütün güzəştləri edib. Danışıqların bu qədər uzanması Ermənistana edilə biləcək ən böyük güzəştdir. Digər tərəfdən münaqişənin həllinə nail olmaq üçün Azərbaycan Dağlıq Qarabağa gələcəkdə ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edib. Bundan böyük güzəşt isə ola bilməz. Ermənistan işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə son qoyub, beynəlxalq hüquq normalarına riayət edərək, torpaqlarımızdan öz xoşu ilə çıxmasa Azərbaycan istənilən vasitəyə əl ata bilər. Buna Azərbaycanın tam haqqı var, bütün hüquqi əsaslar var və qarşı tərəf də bunu bilir və bilməlidir. Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan ikinci dövlət yoxdur. Bizim həm iqtisadi potensialımız, həm də hərbi gücümüz Ermənistandan qat-qat üstündür. Digər tərəfdən Ermənistan işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Ölkə bütün iqtisadi layihələrdən kənarda qalıb, ölkədə böhran baş alıb gedir. Çıxış yolu isə birdir - Azərbaycan torpaqlarını öz xoşluğu ilə boşaltmaq. Əks-təqdirdə Azərbaycan özü bunu etməyə məcbur olacaq.Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması istiqamətində son on ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli  görüşləri olub. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan  ayrılması mexanizmləri yoxdurola da bilməz. ... Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik."Qeyd edək ki, keçirilən hər bir görüşdə Cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edir. Düşünürük ki, təyin olunan növbəti görüş münaqişəninin həllini yaxınlaşdıran addımlardan biri olacaq.

 

R.HÜSEYNOVA

Səs.-2015.- 7 iyul.- S. 2.