İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ən ali məqsədidir

 

"Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edirbiz heç vaxt bu yoldan dönməyəcəyik"

Ümummilli Lider Heydər Əliyev

 

 Bu gün bəşəriyyətin yeni inkişaf dövründə ictimai-siyasisosial-iqtisadi inkişafın əsasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Bütün bunlara əsaslanaraq qeyd etmək olar ki, dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan da hüquqi-demokratik dövlət quruculuğu  yolu ilə irəlilədiyini bəyan etmiş, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı məsələsini özünün mühüm vəzifələrindən biri elan etmişdir. İlkin mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdır. Bu ali sənəddə Azərbaycanda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət aldı.  "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edirbiz heç vaxt bu yoldan dönməyəcəyik", - deyən Ümummilli Liderimiz Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirmişdir. İnsan hüquqlarının təminatı ilə bağlı ümumbəşəri prinsiplər konseptual əsasda ilk dəfə Ulu Öndərimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. İnsan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi təsbit olunduğu Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq normalara əsaslanan müddəalar təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına dair normalara əməl etmək, onları qorumaq bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilmişdir. Onu da qeyd edək ki, 2002 və 2009-cu illərdə Azərbaycan Respublikasının Konstitusiyasına insan haqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan vermişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. İnsan hüquqları dedikdə, elə hüquqlar başa düşülür ki, bu hüquqlar dövlətlə qarşılıqlı münasibətdə hər bir insanın fərdi azadlığa nail olmaqdan, cəmiyyətin təşkil olunmasında iştirak etməkdən ibarət olan əxlaqi və hüquqi aktlardır.

İnsan, vətəndaş hüquq və azadlıqlarının təminatı iki böyük kateqoriyaya əsaslanır. Həmin kateqoriyalar bir-biri ilə üzvi surətdə bağlıdır və biri digərini qarşılıqlı şəkildə tamamlayır. Onlar aşağıdakılardan ibarətdir:

1. İnsan, vətəndaş hüquq və azadlıqlarının konstitusiya təminatının dövlətdaxili kateqoriyası.

2. İnsan, vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası.

Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəinki ölkədaxili səviyyədə, eyni zamanda, regional miqyasda mühüm əhəmiyyət kəsb etməklə özünün fundamental xarakteri ilə seçilir. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz ölkəmizdə ləğv edilməsi gənc dövlətimizin humanist mahiyyətinin bariz təcəssümü kimi dəyərləndirilir. Hələ 1993-cü ildən Ulu Öndər Heydər Əliyev tərəfindən icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü 1998-ci ildə tamamilə ləğv edilmişbu addım ölkə ictimaiyyəti və beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanmışdır.

 Ümumbəşəri dəyərlərə sadiqlik

 1998-ci il fevralın 22-də Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı Fərman demokratiyanın inkişafının sürətləndirilməsi və ölkəmizin dünya birliyinə inteqrasiyası üçün əlverişli şərait yaratmış, bu sənəddə insan hüquqlarının etibarlı təmin olunması üzrə həyata keçirilən tədbirlərin prioritet istiqamətləri müəyyən edilmişdir. Ulu Öndərimizin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəd olmaqla çox mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının icrası çərçivəsində bir sıra qanunvericilikinstitusional islahatlar aparılmış, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar formalaşdırılmışdır. Dövlətimizin ümumbəşəri dəyərlərə sadiqliyinin növbəti təzahürü  Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də təsdiqlədiyi "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" olmuşdur. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etməklə, ölkəmizin ədliyyə sisteminin tərkib hissəsi olan penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsinə, onun müasir infrastrukturunun yaradılmasına, həmçinin, məhkumların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə öz fəaliyyəti ilə daim sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin son 11 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, insanların seçki hüququnun, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerantdostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin əsas məkanlarından biri kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər bu gündünya mətbuatının müraciət etdiyi sitatlardandır. "Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər" deyə Prezident İlham Əliyev qeyd etmişdir.

 Dövlət siyasətində humanizm və insanpərvərlik prinsipləri

 Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunan əfv institutu 1995-ci ildə yenidən, tamamilə fərqli şəkildə bərpa olundu.  İlk dəfə hərbi xidmətdən, xidmət yerlərindən yayınan təxminən 1000-ə yaxın əsgər əfv olundu. Onlar fərariliyə görə məhkum olunmuşdular. Amma araşdırmalar göstərirdi ki, onların fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, özbaşınalıq və intizamsızlıq dururdu. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda fərariliyə son qoyuldu. Söz yox ki, hərbi hissələrdə nöqsanlar olur, ona qarşı isə dərhal tədbir görülür. Amma orduda artıq fərarilik cinayəti yoxdur. Halbuki AXC-Müsavat hakimiyyəti dövründə  bu, kütləvi hal almışdı. Nəticədə, gənclər uzun müddətliyinə məhkum olunurdular. Azərbaycanda humanist siyasətin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdi. Bəzi iddiaların əksinə olaraq bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşıdı, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etdi. 1995-ci ildən bəri imzalanan 54 əfv Sərəncamı 60 mindən artıq  məhkuma şamil edilib. Dahi Öndər Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə daim diqqətlə yanaşıb, bu məqsədlə hüquq-mühafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasını daim nəzarətdə saxlayıb. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əvf və amnistiya aktları Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 26 dekabr 2011-ci ildə imzaladığı, 92 nəfərə şamil olunmuş əfv barədə Sərəncamının Ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirə salınmadan icrası həyata keçirilmiş, bu növbəti humanist addım əfv edilmiş şəxslər və onların yaxın qohumları tərəfindən yüksək qiymətləndirilərək dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Ümumiyyətlə, qeyd olunmalı məqam odur ki, Prezident İlham Əliyevin 11 ildə 35 min 160 nəfərdən çox məhkumu azadlığa buraxması, bu müddət ərzində  çoxlu sayda amnistiya aktlarının və əfv sərəncamlarının imzalanması  ölkəmizdə humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirilməsi  dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları tərəfindən də yüksək dəyərləndirilir və dövlətimizin başçısı  İlham Əliyevin insanpərvər dövlət başçısı olduğu bildirilir. Eləcə də milli-mənəvi dəyərlərimizin qorunub zənginləşdirilməsində daim böyük fəallıq göstərən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş son 2 amnistiya aktı 20 minə yaxın şəxsə şamil olunmuşdur. Bütün bunlar vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biri kimi dəyərləndirilməklə, dövlət siyasətində humanizm və insanpərvərlik prinsiplərinin mühüm prioritetlərdən olduğunu bir daha təsdiqləyir.

 

Cabir Məmmədov

Səs.-2015.- 7 iyul.- S. 10.