İnsan hüquq və
azadlıqlarının müdafiəsinə müəllif
yanaşmaları
İnsan hüquqları adamların sosial fəaliyyəti, onlar arasındakı ictimai münasibətlərlə, fərdin məişəti ilə üzvi surətdə bağlıdır. Onlar fərdin azadlığının başqa adamların azadlığı, cəmiyyət və dövlətin normal işləməsi ilə uzlaşdırılması əsasında adamların qarşılıqlı münasibətlərinin əlaqələndirilməsinin, ziddiyyətlər, qarşıdurma və münaqişələrin qarşısının alınmasının norrnativ formasıdır.
Hikmət Babaoğlu yazır ki, bu və ya digər formada ifadə olunan insan hüquqları problemi bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və fərdin hakimiyyətlə qarşılıqlı münasibətləri məsələsinin izahı və təcrübədə həlli üsulu kimi çıxış edir. Onlar bu qarşılıqlı münasibətlərdə azadlığı və şəxsiyyətin ləyaqətini, onun ali dəyərli statusunu təsdiq edirlər. Elmi ədəbiyyatda fərd və hakimiyyətin qarşılıqlı münasibətlərinin əsasən üç modeli göstərilir. Birincisi, bu münasibətlərin totalitar modeli cəmiyyət və dövlətin eyniləşdirilməsindən, bütöv hissə üzərində prioritetliyi və fərdin dövlətə tam tabe olmasından çıxış edir. Bu model insan hüquqları probleminin qoyuluşunu istisna edir, çünki fərdə burada bütövün üzvi, ayrılmaz, hissə kimi baxılır.
Fərdiyyətçi yanaşma dövlətlə münasibətdə fərdin üstünlüyünə əsaslanır. Daha aydın şəkildə bu model azad şəxsiyyətin cəmiyyətdə hər bir hakimiyyətin, o cümlədən dövlətin özünün son mənbəyidir ideyasından çıxış edən liberalizmdə təmsil olunur. Dövlət isə azad fərdlərin razılığı, müqaviləsinin nəticəsidir. O, xalqa hesabat verməli və yalnız ciddi surətdə məhdud olunan funksiyaları - vətəndaşların təhlükəsizliyi və azadlığının təmin edilməsi, ictimai qayda-qanunun saxlanılması, bəzi digər funksiyaları yerinə yetirməlidir.
Müəllif göstərir ki, qeyri-siyasi sahələrdə fərd və hakimiyyətin qarşılıqlı münasibətləri və bu sferalarda şəxsiyyət azadlığı və ləyaqətinin təsdiq edilməsi yolları ümumiyyətlə liberalizmdə baxılmır. Bunun nəticəsində insan hüquqları problemi, əsasən hakimiyyətin qəsdlərindən qoruyan hüquqlar formasında qoyulur, yəni dar və məhdud şəkildə.
Müasir siyasi elmdə üçüncü model-fərd və hakimiyyət münasibətlərinə partisipator yanaşma üstünlük təşkil edir. Bu yanaşma şəxsiyyətə özü kimiləri ilə ittifaqda dövlət yaradıb və müəyyən məsələlərdə ona tabe olmaq məcburiyyətində cəmiyyətdən ayrı və müstəqil olan fərd kimi baxmır, şəxsiyyət cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin ziddiyyətliliyi və ayrılmazlığından çıxış edir. Belə halda insan hüquqları probleminin özünün qoyulmasına o qədər də fərdin dövlət müdaxiləsindən qorunması kimi deyil, dövlətin şəxsiyyətin azad yaşaması və inkişafı üçün ən yaxşı şəraitin yaradılması məqsədi ilə istifadə olunması kimi baxılır. Fərd və hakimiyyət münasibətlərinin yuxarıda göstərilən hər üç üsulları bəşər tarixində az yaxud çox dərəcədə təmsil olunub və bu çərçivədə insan hüquqları problemi dərk olunan və qiymətləndirilən əlaqələndirmə sistemini təşkil edirlər. İnkişafda olan cəmiyyət çərçivəsində fərdlərin onların müxtəlif yönümlü maraqlarının nizamlanması zərurəti müəyyən edilmişdir. Belə nizamlamanın aləti kimi hər bir fərdə onun cəmiyyətin sosial strukturunda və maddi istehsal sistemində tutduğu yerə uyğun olaraq müəyyən həcmdə rifahların verilməsi çıxış etmişdir ki, bu rifahlar da şərti olaraq insan hüquqları adlandırılır. Beləliklə, insan hüquqları ictimai inkişafın ən əsas dəyərli orientasiyalarından biri olmaqla dövlətin xarakterinə böyük təsir etmişdir, çünki onlar dövlət hakimiyyətini məşdudlaşdıraraq onunla fərd arasında demokratik qarşılıqlı münasibətlərin qurulmasına səbəb olmuşdur.
H.Babaoğlu yazır: "İnsan hüquqları anlayışı elmi ədəbiyyatda azad fərdlərə öz seçimi üzrə hərəkət etmək, həyat və yaşamaq üçün müəyyən nemətlər almaq imkanını təmin edən, onların öz aralarında, həmçinin dövlətlə və bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normalarm məcmusu kimi izah olunur. İnsanın davranışında və fəaliyyətində seçim imkanlarını təmin edən hüquqlar azadlıqları təşkil edir. Hər hansı rifah və nemətlərin, faydaların əldə edilməsi imkanı ilə bağlı olan normalar isə hüquqları təşkil edir".
F.M.Rudinskinin fıkrincə, insan hüquqları onun azadlığının ölçüsü, şəxsiyyətin beynəlxalq və dövlətdaxili hüquq normalarında əks olunmuş ayrılmaz xüsusiyyətləridir. Onlar insanın inkişafı, onun mənafelərinin müdafiəsi üçün daha vacib imkanları təmin edir, bununla yanaşı insan hüquqları bütün bəşəriyyətə təhlükə törədən fəlakətlərin qarşısının alınması vasitəsidir.
H.Babaoğlunun fikrincə, insan sosial varlıqdır və ona görə də onun məziyyətləri yalnız cəmiyyətdə özünü biruzə verə bilər. Hüquq və azadlıqlar insanın ona ictimai təbiətinə görə xas olan sosial və siyasi subyekt kimi xüsusiyyətlərini səciyyələndirirlər. Bu hüquqlar təkcə fərdin fəaliyyət göstərdiyi ictimai münasibətlərin xarakteri ilə deyil, həm də biososial varlıq kimi insanın təbiəti ilə müəyyən olunur. Məhz insanın bioloji və ictimai tələbatı şəxsiyyətin insan hüquq və azadlıqlarının əsasında durur. Həm beynəlxalq, həm də dövlətdaxili ictimai münasibətlərin inkişafı bu tələbatın təzahürünə, onların hüquqi cəhətdən təsbit olunmuş hüquq və azadlıqlarda ifadə edilməsinə və bu hüquq və azadlıqlar sisteminin təkmilləşməsinə şərait yaradır. Cəmiyyətin hər bir üzvünə cəmiyyətdə doğulduğu və burada yaşadığı üçün hakimiyyətdən asılı olmayaraq hüquq və azadlıqlar xasdır ki, onları da təmin etmədən o, sosial subyekt və xüsusilə də siyasi subyekt kimi mövcud ola bilməz. Bu qrup hüquq və azadlıqları tədqiqatlar təbii, anadangəlmə, deməli ayrılmaz hüquqlara aid cdirlər. Bu hüquqlardan yaşamaq hüququnu insan doğulduğu gündən əldə edir, digər təbii hüquqları və azadlıqları o sosial subyekt, şəxsiyyət olduqda, siyasi hüquq və azadlıqları isə siyasi birlikdə əldə edir. Bu hüquq və azadlıqlar ictimai münasibətlər vasitəsilə reallaşır.
A.Tokvil "Amerikada demokratiya" əsərində Birləşmiş Ştatlarda hüquqlar anlayışı haqqında öz fikrini bildirərək qeyd etmişdir ki, hüquqlar siyasi həyata keçirilən ləyaqətlərdən başqa heç nə deyil. O göstərir ki, bu anlayış adamlara təkəbbürsüz müstəqil olmağa və alçalmadan tabe olmağa kömək edir.
İnsan hüquqları insanların çox sayda təkrar olunan fəaliyyətləri, əlaqələri və davamlı münasibətləri formalarından formalaşmışlar. İnsanın fəaliyyəti prosesində fərdlərin maraqları toqquşur, lakin bu prosesin nizamlanmasına, müxtəlif fərdlərin maraqlarının tarixən mövcud olan maddi istehsal üsulu, ınənəvi mədəniyyət və dövlətçilik çərçivəsində uzlaşdırılmasına yönələn müəyyən davamlı norma və dəyərlər formalaşır. Hər bir insan müəyyən həyat şəraitinə və rifah səviyyəsinə can atır və bunları əldə ctmək üçün cəmiyyət və dövlət ona dəstək verməlidir. Bu rifah və şəraitlərin həcmi, artıq qeyd etdiyimiz kimi, tarixən həmişə fərdin cəmiyyətdə, maddi istehsal sistemində vəziyyəti ilə müəyyən olunmuş və tədqiqatçılar tərəfindən şərti olaraq insan hüquqları adlandırılır. Bu şərtilik cəmiyyətin müxtəlif inkişafı dövrlərində kəskin qütbləşməsi (quldarlıq, feodalizm), sivilizasiyaların (Avropa, Asiya və s.) özünəməxsusluğu ilə müəyyən olunurdu ki, bunlar da insan hüquqlarına azadlıq və fonnal bərabərlik prinsipləri əsasında universal xarakter almağa imkan vermişdir. Bəzi tədqiqatçılar insan hüquqlarına tərif verərkən struktur və funksional yanaşmaya müraciət edirlər. İnsan hüquqları probleminə obyektiv və genetik olaraq siyasi məzmun xasdır, özü də bu, tədqiqatçıların fıkrincə, problemin ümumi məzmununun ən əhəmiyyətli elementini təşkil edir. Müasir dünyada siyasi səylər və siyasi qüvvələr bir-birindən qarşılıqlı surətdə asılıdır. Siyasi məqsədlərin və ambisiyaların stabillik üçün təhlükəli olan mümkün təzahürləri nəzərə alınmaqla reallaşması hər bir cəmiyyətdə onun sosial siyasi sisteminin xüsusiyyətlərindən asılı olmayaraq lazımdır və təmin edilə bilər. Bunun üçün şəxsiyyətin hüquqi və sosial vəziyyətinə dair ümumsosial, ümumbəşəri və ümumdemokratik tələblərinin müəyyən minimumunun işlənməsi və tanınması vacibdir.
Digər tərəfdən,
praktiki-tətbiqi planda insan
hüquqları məsələsi yalnız ilk
növbədə bu və ya
digər sosial imkanların olub-olmaması,
onların keyfıyyəti və adamlar
arasında bölgüsünün xarakteri ilə əlaqəli olan
problemlərin mövcudluğu ilə
bağlı qoyulur. Hər halda problem obyektiv mövcud olmaqla konkret tarixi təzahür forması alır. Tarixi təcrübə göstərir ki, insan hüquqları məsələlərini müxtəlif
yollarla həll etmək olar. Lakin mahiyyətcə qlobal xarakterli olan insan hüquqları probleminin bu və ya digər
aspektini praktiki və ciddi surətdə
həll edərkən,
böyük insan qruplarının, həmçinin
onları təmsil edən təşkilartların
mənafelərinə bu
və ya digər formada toxunmamaq mümkün deyil.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-2015.- 8 iyul.- S. 15.