ÜMİDLƏRİ DOĞRULDAN QƏTİYYƏTLİ PREZİDENT

 

Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür

 

Azərbaycan əhalisinin ölkə Prezidenti İlham Əliyevə etimadı yüksəkdir. Bunu "Rəy" Monitorinq Mərkəzinin keçridiyi növbəti sorğu göstərib. Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualına respondentlərin 86 faizə yaxını "bəli, cavab verir" (tam ya qismən), cəmi 3 faizi "xeyr, cavab vermir", bir o qədəri isə "əsasən cavab vermir" deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür.

 İlk Avropa Oyunlarının möhtəşəm uğurları da sorğunun nəticələrinə öz təsirini göstərib

 Mərkəzin keçirdiyi digər sorğunun nəticələrinə əsasən isə İlk Avropa Oyunlarinin açılış mərasimi yarışlara maraği kəskin şəkildə artırıb. İlk Avropa oyunlarının möhtəşəm açılış mərasimi artıq tarixə çevrildi. Avropa idman rəsmilərinin etiraf etdiyi kimi, iyunun 12-də Bakının Milli Olimpiya Stadionunda baş tutan mərasim öz səviyyəsinə görə Yay Olimpiya Oyunlarının açılışını belə kölgədə qoydu. Bəs Azərbaycan əhalisi İlk Avropa Oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar açılış mərasimini izləyiblərmi əgər izləyiblərsə bu, onlarda hansı təəsüratlar oyadıb? "Rəy" Monitorinq Mərkəzinin 2015-ci il iyunun 13-dən 15-dək keçirdiyi ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir. Nəticələr göstərir ki, Azərbaycanda I Avropa Oyunlarının açılış mərsimi böyük maraqla qarşılanıb. Əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82%-i mərasimi izlədiklərini qeyd edib. Açılış mərasiminə baxanların 93%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 6%-ə qədəri isə internet vastəsilə izlədiyini qeyd edib. Ölkə əhalisinin 77%- i açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edirlər. Ölkə əhalisinin 80%-ə qədəri oyunları izləyəcəkərini, 12%-i idmanla maraqlanmadığını 8%-i isə hələlik bir qərara gəlmədiklərini bildiriblər. I Avropa Oyunlarını izləmək istəyənlərin 91%-i televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildiriblər. Ölkə əhalisinin 75%-i hesab edir ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Rəyi soruşuların 79%-i hesab edir ki, oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm gələcəyə sərmayələrin qoyulması deməkdir. Sizcə Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?"-sualına ölkə əhalisinin 67%-i hakimiyyətin bu savaşı udduğunu, cəmi 6%-i isə uduzduğunu qeyd edib. Məlum olub ki, ölkə əhalisinin 83%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət münasibət bəsləyir.

Aparılan sorğuların nəticələrində qeyd olunduğu kimi milli bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük divident qazandıran amil qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır.

 Azərbaycan regional tərəfdaşlıqdan, yeni bolgələrə, qitələrə çıxır

 İyirmi ildə siyasi, iqtisadi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycanı dünya birliyinin önəmli üzvünə çevirmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbulu, həyata keçirilən islahatları sürətləndirməklə Azərbaycan iqtisadiyyatını daha da gücləndirməyi hədəf kimi müəyyənləşdirən Prezident İlham Əliyevin dövlətimizin güclənməsi, əhalinin həyat tərzinin inkişaf etmiş dövlətlər səviyyəsinə çatması üçün gördüyü işlərin səmərəsi hər birimizin gündəlik həyatında əksini tapır. Azərbaycanı dünya birliyində lider ölkə kimi tanıdan, iqtisadi sosial uğurlardan heç geridə qalmayan diplomatiyamızın qələbəsi göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün sülhsevər prinsiplərinə sadiq qalan Azərbaycanın xarici siyasəti dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Ermənistanı siyasi, iqtisadi, sosial inkişaf baxımından qat-qat üstələyən Azərbaycanın Cənubi Qafqaz respubkalarının birlikdə iqtisadiyyatının 85 faizinə sahiblik etməsi ölkəmizin liderlik statusunu artırır. Üçrəngli Dövlət Bayrağımızın "Evrovision -2011" müsabiqəsində, XXX London Yay Olimpiadasında, ən möhtəşən idman yarış müsabiqələrində yüksək zirvədə dalğalanması da xalqımızın çoxillik dövlətçilik ənənəsinə sadiqliyimizin, müasirliyə doğru inkişafımızın, dünya birliyinə inamlı inteqrasiyamızın təcəssümüdür. Müstəqilliyimizin 20-ci illiyində ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi şansı qazanması Azərbaycanın dövlət siyasətinin təntənəsi olmaqla Prezident İlham Əliyevin siyasi qətiyyətinin, iradəsinin, xalqla birliyinin göstəricisi, dövlət başçısı kimi xalqına verdiyi vədinin təsdiqidir.

 

RƏFİQƏ KAMALQIZI

 Səs.-2015.- 9 iyul.- S. 2.