Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"

 

Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Artıq ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramları çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

 Uğurlu səfərlər, perspektivli layihələr, müsbət nəticələr

 Vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev ötən illərdə bütün rayonlara səfər edərək, aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktursosial obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev ötən illərdə regionlara 284 dəfə səfər edib, 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Məhz dövlət başçısının sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.

Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Sərəncamlara əsasən, göstərilən rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonlar üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə həmin rayonların rayon icra hakimiyyətlərinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 Əhalinin sosial-rifahına istiqamətlənmiş prioritet addımlar

 Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edən Prezident İlham Əliyev dövlət proqramlarının qəbul olunmasının səbəblərini açıqlayarkən bildirmişdir: “Hesab edirəm ki, proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir. 2004-cü ilin əvvəlində proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı, əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yerlərinin yaradılması beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri böyük əhəmiyyət kəsb edirdi. Yəni regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib ən əsas iqtisadi alətə çevrilmişdir”.

Regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalması səviyyəsidir desək, yanılmarıq. Çünki yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq çoxlu sayda yeni yerləri yaratmaq təşkil edir. Bu baxımdan “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmiş, sonrakı illərdə bu istiqamətdə nailiyyətlər artaraq, 2007-ci ilin sonuna yoxsulluq 15,8% təşkil edib. 2003-cü ildə ölkədə yoxsulluq səviyyəsi 44,7% təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə isə 9,1%-ə bərabər olaraq, son 8 il ərzində 5,2 dəfə azalıbdır.

Ümumiyyətlə, ötən 10 ildə ölkədə açılan 1 milyon 100 mindən çox yeni yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşmüşdür ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarmışdır. Beləliklə, bu istiqamətdə qəbul icra edilən dövlət proqramları təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafı, bölgələrin həmin ərazilərdə yaşayan əhalinin şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məqsəd regionların inkişafını təmin etməklə paytaxt ilə regionlar arasında mövcud fərqi aradan qaldırmaq respublikanın ümumi iqtisadi yüksəlişinə nail olmaqdır.

 

RƏFİQƏ KAMALQIZI

Səs.-2015.- 9 iyul.- S. 4.