Azərbaycanın turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatları mövcuddur

 

Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə mövcud potensialı ilə seçilir. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşıb, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi, mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarıb. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarıb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Azərbaycanın turizm coğrafiyası genişlənib.

Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan ölkədir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və  hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, yeni turizm zonaları yaradılıb. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni, dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağını artmasına səbəbdir. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması yeni hotellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.

Ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir, imkanları dünya mətbuatında işıqlandırılır, televiziya kanallarında nümayiş olunur. Son 11 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda yol, nəqliyyat digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Görülən işlər bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır.

Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris Tokio şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edən Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır. Bu görülən işlərin məntiqi olaraq, ilbəil dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutan turistlərin sayında artım müşahidə olunmaqdadır. "Bakı-2015" İlk Avropa Oyunları da Azərbaycana turist axının armasına səbəbdir. Paytaxtımıza gələn qonaqlar Azərbaycanın görməli yerləri, tarixi abidələri, mədəniyyəti, qonaqpərvərliyi ilə tanış olurlar. Birinci Avropa Oyunları zamanı yüzlərlə xarici turistin üz tutduğu məkanlardan biri Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Milli Tarixi-Bədii Qoruğu olub. Oyunların keçirildiyi günlərində Qobustan Milli Tarixi-Bədii Qoruğunu 9 min 242 nəfər turist ziyarət edib. Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasından qonaqlar çoxluq təşkil edib. Xarici turistlərdən 275-i Rusiya, 221-i Almaniya, 160-ı ABŞ, 119-u İtaliya vətəndaşları olub. Qalan 1051 xarici turist isə müxtəlif ölkələri - Koreya Respublikası, Polşa, İran, Türkiyə, Hollandiya, Çexiya, İsrail, İspaniya digər ölkələri təmsil edib.

Ümumilikdə idman bayramında Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28 mindən artıq olub. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər. Bütün bunlar Azərbaycana yaxın gələcəkdə turist axınının artacağından xəbər verir. Şəhərimizə gələn, onun inkişafının şahidi olan əcnəbilərin ən gözəl istirahət yeri kimi ölkəmizi seçəcəklərinə şübhə yaranmır.

Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan Azərbaycan inkişaf dövrünü yaşayaraq, bu gün daha geniş şəkildə xarici ölkələrdən turistləri qəbul etmək imkanına malikdir. Bu, ölkəmizin artan iqtisadi gücünün, sabitliyin, əmin-əmanlığın təzahürü tək özünü büruzə verir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.-2015.- 9 iyul.- S. 10.