Zamanla ölçülməyən bir ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır

 

"Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər".

                                                                                                                                                                      Heydər Əliyev

 

Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı nailiyyətlərin ilhamçısı və təşkilatçısı olub. Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni mərhələnin əsası qoyuldu. Böyük Şəxsiyyət Heydər Əliyev xalqımızın bütün gücünü özündə təcəssüm etdirən Dahidir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük diqqət ayırırdı. Müstəqillik və demokratiya yolunda inamla irəlilədiyimiz bir zamanda mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyyətli insanların bu prosesdə yaxından iştirakını təmin etmək yönümündə addımlar atıldı. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Böyük Şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri oldu. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısının nəticəsində reallaşdı. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişilə nəticələndi.

Qeyd edək ki, Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır. Azərbaycan həyatında baş verən proseslər Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanda öz həllini tapdı. Ümummilli Liderin milli mədəniyyətin, Azərbaycan elminin inkişafına diqqət ayırması respublikanın dünyaya inteqrasiyası ilə nəticələndi. Sovet dövründə, eləcə də müstəqillik illərində elmi- mədəni potensialdan istifadə dövlətin siyasətinin başlıca amilinə çevrilmişdir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini vermiş oldu. Onun rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda elm, mədəniyyət, təhsil ocaqları müasir standartlara cavab verən bir səviyyədə təmir və bərpa olundu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı XX yüzilliyin son onilliyində yaşanılan böhran, xaos, gərginlik kimi anları aradan qaldırdı. Onun qayıdışı dövrün tələbi kimi qəbul olundu. Bu qayıdış Azərbaycanın hərtərəfli və dinamik inaişafını təmin etdi.

Ümummilli Liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatrmusiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı. Bu nöqteyi-nəzərdən Azərbaycan çox sürətlə inkişaf etməyə başladı. 1993-cü ildən gələcəyə ümid yox dərəcəsində idisə, qısa bir zamanda təfəkkürlərdə, milli düşüncələrdə dönüş yarandı.

Qədim zəngin mənəvi mədəniyyətə malik xalqımız, məhz Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində iz salan Ulu Öndər Heydər Əliyevin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətlərini heyrətlə, məhəbbətlə qarşılayırıq. Tarixi və mədəni hadisələrin məsafəsində Heydər Əliyevin xidmətləri daha parlaq, daha aydın görünməkdədir. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb.

Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Ulu Öndər Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kinoteatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi.

Dahi Öndər Heydər Əliyevin musiqi sahəsindəki unudulmaz xidmətlərindən söz açarkən vurğulamaq lazımdır ki, Müdrik İnsan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəyov sənətinin mahiyyətini göstərərək deyirdi: "Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdikitablar da az idi, kino, televiziyabaşqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini, "Arşın mal alan", "O olmasın bu olsun" və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir".

Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarını yaşadandavam etdirən Heydər Əliyev Fondu böyük amalların gerçəkləşməsi yönümündə böyük layihələr həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə, məhz Fondun nümayəndəliklərin əməli fəaliyyətində özünü göstərir. Ulu Öndər  Heydər Əliyevin azərbaycançılıq ideyası məhz fondun gerçəkləşdirdiyi layihələrdə təzahür olunur.

Ulu Öndər Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır.Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi.

 

ZÜMRÜD

Səs.-2015.- 14 iyul.- S. 7.