Qərbdə insan hüquq və azadlıqları haqqında ilk qanunun qəbul edilməsi

 

Qərbdə xüsusən Böyük Britaniyada insan hüquq azadlıqlarının müdafiəsinə dair ilk qanun qəbul edilmişdir. Uilyam Klark "Pamni mübahisələri" əsərində yazırdı. Mənə belə gəlir ki, bizim krallıqda təsbit edilmiş daimi marağı olmayan adamın krallığ işlərində iştirak etmək və bizi hansı qanunların idarə edəcəyini müəyyənləşdirən şəxsləri seçmək hüququ olmamalıdır. Yalnız bizim krallığın əldə olan hər hansı real və uzunmüddətli maraqlarını ifadə edən şəxslər birlikdə krallığı təmsil edə və müvafiq surətdə krallığın nümayəndələrini seçə bilərlər. Və mən əminəm ki, heç kəs bizə izah edə bilməz ki, nə üçün aramızda peyda olanya hələ peyda olacaq, yaxud özbaşına və ya başqa yolla, yaxud da ən azı bizim razılığımızla burada məskən salacaq əcnəbilər nə üçün onlar da qalanlarının (ölkədə daimi marağı olmayanların) tələb etdiklərini tələb edə bilməzlər? Biz burada anadangəlmə hüquqlardan danışırıq. Həqiqətən də, bir çox tələblər məhz anadangəlmə hüquqlara əsaslanır. İnsanlar haqlı olaraq, anadangəlmə hüquqa görə, İngiltərədə doğulduqlarına görə ən müxtəlif hüquqlara malik ola bilərlər və biz onları İngiltərədən qova bilmərik. Biz onların hava, su, torpaq hüquqlarını, ictimai yollardan istifadə etmək azadlığını və digər şeylərə olan hüquqlarını, bizim aramızda yaşamaq hüquqlarını əllərindən ala bilmərik, ancaq bütün bunlar burada doğulanların heç biri üçün krallığın işlərində daimi maraq yaratmır.

Mən əminəm ki, əgər biz krallığın dövlət quruluşunun əzəli mahiyyətini təşkil edən şeyə, onun ən vacibfundamental prinsipinə (elə bir prinsipinə ki, onun ləğvi ilə ölkədə daha heç kəsin nə torpağı, nə var-dövləti, nə də hər hansı bir mülki marağı olar) müraciət etsək, o zaman bunun aşağıdakından ibarət olduğunu görərik: o kəslər ki dövlətin və krallığın idarə olunacağı qanunları yaratmaq üçün öz nümayəndələrini seçirlər, onlar birlikdə götürüldükdə bu krallığın maddi nemətlərini təmsil edirlər, yəni bu torpaq da, bu sənaye də onlara məxsusdur. Bu krallığın dövlət əsasını elə məhz bu adamlar təşkil edirlər və əgər siz onu qadağan etsəniz, qalan bütün şeyləri də qadağan etmiş olarsınız. Belə qurum seçim hüququnu məhdudlaşdırır və onu yalnız bu adamlara verir".

"Demokratiya: gediləsi uzun bir yol" əsərində göstərilir ki, İngiltərədə 1649-cu ildə bərqərar olanlord-protektor Oliver Kromvelin başçılıq etdiyi respublika uzun müddət qala bilmir. Kromvelin hərbi diktaturası mahiyyətcə kral hakimiyyətindən az fərqlənirdi. Kromvel doqquz illik hakimiyyəti dövründə üç dəfə parlamenti qovmuşson olaraq bütün hakimiyyəti öz əlinə almışdı. 1658-ci ildə Kromvel öldükdən sonra hakimiyyət onun oğluna keçir, lakin o, bu cür qarışıq vaxtda dövləti idarə edə bilmir. İki ildən sonra parlament edam edilmiş kral I Karlın oğlunu taxt-taca dəvət etmək qərarına gəlir. Xalq kralı sevinclə qarşılayır. Kral zəbt edilmiş torpaqları öz əvvəlki sahiblərinə qaytarmağı əmr edir, vahid anqlikan kilsəsini bərpa və protestant sektalarını qadağan edir.

Lakin inqilab ölkəni dəyişmişdi və onu köhnə qaydalarla idarə etmək mümkün deyildi. Parlament kralın onu buraxmasına imkan verməmək məqsədilə kralın xərcləri üçün hər il parlament tərəfindən pul vəsaitinin müəyyən olunması haqqında qərar qəbul edir, kral nazirlərinin fəaliyyətinə nəzarət etmək hüququ müəyyənləşdirir və kralın hər hansı fərman verməməsinə nəzarət edir, belə ki, ölkədə qanunları yalnız parlament qəbul etməli idi. Parlamentdə "torilər (kralın tərəfdarları) və "viqlərin (parlamentin üstünlüyünü müdafiə edənlər) partiyaları yaranır. Onların arasında mübarizə 1679-cu ildə kəskinləşir, bu vaxt viqlər kraldan tələb etdilər ki, öz kiçik qardaşını katolik olduğuna görə varislik hüququndan məhrum etsin. II Karl bu tələbi yerinə yetirməkdən imtina edirparlamenti buraxır. Bundan sonra parlament dörd il çağırılmır. Üsyan etmiş viqlər darmadağın edilir, onların liderləri edam olunur, yaxud mühacirət etməli olur.

1685-ci ildə II Karl ölüronun oğlu II Yakov taxta çıxır. O, katolikliyə böyük rəğbət bəsləyirdi və Fransa kralı XIV Lüdovikin təsiri altında idi. II Yakov parlamentlə hesablaşmadan ölkəni idarə edirdi. Bu, üsyana səbəb olur, lakin üsyan kral tərəfindən amansızlıqla yatırılır, 200-dən çox adam edam olunur. Bu qələbədən məst olmuş kral parlament və əhalinin əhval-ruhiyyəsi ilə hesablaşmamaqda davam edir və "Dini dözümlülük haqqında bəyannamə verir. Bu bəyannamə əhali tərəfindən İngiltərədə ən çox nifrət edilən katolikliyin bərpa olunması istiqamətində ilk addım kimi qəbul olunur. Torilər və viqlər birləşir və II Yakovu qovaraq onun qızı Mariyanı əri, holland mənşəli Oranlı Vilhelmlo birlikdə taxt-taca dəvət etmək qərarına gəlirlər. 1688-ci ildə Vilhelm İngiltərə sahillərinə çıxır, II Yakov isə öz vətənini tərk etməli olur. Parlament III Vilhelmi taxta çıxarır və 1689-cu ildə Magna Carta ruhunda tərtib edilmiş "Hüquqlar haqqında Qanunu (Bill of Rights) ona təqdim edir. Bu sənəd parlamentin kral hakimiyyəti üzərində üstünlüyünü təsdiqləyir, beləliklə də ölkədə konstitusiyalı monarxiyanı bərqərar edir. Bundan sonra parlament qanunlar verməklə ölkəni idarə edir, kral isə "padşahlıq edir, lakin idarə etmir. Bu hadisələr "Şanlı inqilab adını alır və parlamentlə mütləqiyyət arasında təxminən yüzillik müharibəyə son qoyur. 1707-ci ildə, kraliça Annanın hakimiyyəti dövründə Şotlandiya, İngiltərə və Uels birləşir və vahid parlament formalaşır, bundan sonra krallıq Böyük Britaniya adlanır. "Şanlı inqilabdan sonra da parlament ölkənin bütün əhalisini təmsil etmirdi. Böyük Britaniyanı (təminatlı insan haqları baxımından) hələ nə demokratik, nə də azad ölkə adlandırmaq olardı.

Əhalinin yoxsul təbəqələri, eləcə də bəzi etnik azlıqlar və qadınlar səsvermə hüququndan və digər mühüm hüquqlardan məhrum idi. Maraqlıdır ki, məşhur iqtisadçı Adam Smit Edinburq Universitetinin professoru olsa da, səsvermə hüququna malik deyildi... 1876-cı ildə həyata keçirilmiş böyük seçki islahatı nəticəsində səsvermə hüququ olan şəxslərin sayı iki milyon nəfərədək artır. Böyük Britaniyada (ABŞ-da olduğu kimi) ümumi seçki hüququ uzun mübarizədən sonra yalnız bizim yüzilliyin 20-ci illərində tətbiq olunur. Böyük Britaniya qadınları seçki hüququna sonuncu olaraq nail olurlar (məhz nail olurlar, yuxarıdan almırlar).

Təqribən səkkiz əsr ərzində zadəganlar, varlı tacir və sənayeçilər, muzdlu fəhlə və qulluqçular, etnikdini azlıqlar, qadınlar addım-addım öz hüquq və azadlıqlarını genişləndirirdilər. Belə bir cəmiyyətdə hər hansı bir qrupunya ayrıca fərdin tarixinə, həyat tərzinə çevrilmiş haqlarının məhdudlaşdırmağa cəhd göstərmək belə mümkün deyil.

Bizim üçün Konstitusiyamıza yazılmış hüquqlar uğrunda mübarizə yenicə başlayır və bu mübarizə nə asan, nə də qısamüddətli olacaqqoy şəxsi və siyasi azadlıqlar uğrunda Britaniya mübarizlərinin inadkarlığı bizim üçün ilhamverici örnək olsun.

Böyük Britaniyanın parlamentinin 1689-cu ildə "Hüquqlar Haqqında" qanunda yazılır:

Parlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya onların həyata keçirilməsini dayandırmaq hüququnu mənimsəməsi qanunsuzdur...

Bununla yuxarıda adı çəkilən dini və dünyəvi lordlar, eləcə də üçüncü zümrə nümayəndələri onların mövqeyini təsdiq edən məktublara və seçkilərin onlara verdiyi hüquqa uyğun olaraq burada millətin tamazad nümayəndəliyində toplaşıb yuxarıda göstərilən məqsədlərə çatmaq üçün xeyirxah niyyətləri tam ciddiliklə nəzərə alaraq, ilk növbədə onların qədim hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədilə belə hərəkət edərək bəyan edirlər:

1. Parlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya onların həyata keçirilməsini dayandırmaq hüququnu mənimsəməsi qanunsuzdur...

4.  Parlamentin icazəsi olmadan müstəsna hüquq iddiası ilə taxt-tacın ehtiyacları və xərcləri üçün pul toplamaq qanunsuzdur...

5.  Subyektin krala petisiya (müraciət) verərək hüququ varbuna qarşı olan bütün maneələr qanunsuzdur.

6.  Sülh şəraitində parlamentdən icazəsiz krallıqda nizami ordu saxlamaqonu gücləndirmək qanunsuzdur...

8.  Parlament üzvlərinin seçkisi azad olmalıdır.

9.  Parlamentdə nitq fikir söyləmək azadlığı məhkəmədə ya parlamentdən kənar hər hansı bir yerdə təqib oluna töhmətləndirilə bilməz...

II.  Andlılar lazımi qaydada tərtib olunub seçilmə böyük xəyanət haqqında məsələyə baxılarsa onlar əmlak yiyələri olmalıdırlar.

12.  Məhkəmənin hökmü yoxdursa cərimələr qanunsuzdur.

13. Parlament bütün şikayətləri təmin etmək, qanunları qorumaq, möhkəmləridirmək onlara dəyişikliklər etmək üçün tez-tez toplanmalıdır.

onlar təntənəli surətdə bildirir, tələb təkid edirlər ki, yuxarıda sadalanrılar hamıya hər kəsə onların alınmaz hüquq azadlıqları kimi şamil edilir; bu müddəalardan hər hansı birində insanlara ziyan gətirən çıxışlar, məhkəmə qərarları, hərəkət əməllər nəticə kimi göstərilə ya nümunə hesab oluna bilməz.

  

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 15 iyul.- S. 15.