Qusarda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümü qeyd olunub

 

Dünən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzinin YAP rayon təşkilatının gənclər birliyinin birgə tədbiri keçirilib.

Mərkəzin muzey bölməsində baş tutan tədbirdə partiya təşkilatına yeni daxil olmuş gənclər də iştirak ediblər.

 Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti dövründə, eləcə də müstəqillik illərində Vətəni və xalqı üçün gördüyü işlərdən gənclərə ətraflı məlumat verib: "Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyevin xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynayan Siyasi Lider oldu. Dahi Şəxsiyyətin əsasını qoyduğu siyasi kursu nəticəsində Azərbaycanın müstəqilliyinin sütunları möhkəmlənib. Onun qısa zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Bu, Dahi Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin məntiqi idi". O, ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi zamandan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandığını diqqətə çatdırıb: "Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başlanıb".

Tədbirdə çıxış edən gənclər, partiya fəalları Günay Mürşüdova, Babacan Zəkiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü ölkənin tarixinin böyük dönüşü, yeni epoxası olduğunu qeyd ediblər: "Ulu Öndər Heydər Əliyev həm sovet dövründə hakimiyyətdə olduğu illərdə, həm də müstəqillik dövründə xaqlın Liderinə çevrilib. Heydər Əliyevin siyasəti və uzaqgörənliyi dövlətimizi dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldib. Dünya siyasətinin tanınmış siması olan Ümummilli Lider Heydər Əliyevin  siyasi kursu bu gün Azərbaycan Prezidenti Cənab İlham  Əliyev tərəfindən uğurla həyata keçirilir".

Sonda Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən qısametrajlı filmə baxış keçirilib.

 

NƏZAKƏT

Səs.-2015.- 15 iyul.- S. 11.