Sahibkarlıq həm də məsuliyyətli
olmaq deməkdir
İlham Əliyev: "Xoşagəlməz
işlərlə məşğul olan dərhal
öz cəzasını alacaq"
Azərbaycanda mövcud olan inkişaf amili sahibkarlıq sektoruna da öz müsbət təsirini göstərməkdədir. Belə ki, möhkəm əsaslara dayanmış iqtisadiyyat faktoru sənaye və istehsalat sahələrində şaxələnir, bu isə sahibkarlığın bütün istiqamətlərdəki tərəqqisinə, xüsusilə də qeyri-neft sektorunun inkişafına zəmin yaratmış olur.
Lakin bütün qeyd edilənlərlə yanaşı, sahibkarlar həm də vergi ödəyiciləri kimi, gördükləri işləri müqabilində həm də vergi ödəməlidirlər. Daha dəqiq desək, vergi ödəyicisi olaraq, ölkənin inkişafına dəstək olmalıdırlar. Ancaq təəssüf ki, bəzi hallarda əks tərəfi də olur.
Dövlətin sahibkarlara dəstəyi həm də onlara müxtəlif güzəştlər etməsi, kreditlər ayırması ilə öz əksini tapmaqdadır. Yəni aqrar, sənaye və başqa istehsalat sahələrində iş aparan sahibkarlar dövlətin onlara verdiyi bu fürsətdən yararlanırlar. Xüsusilə, dövlət tərəfindən yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun bu işlərdə apardığı məqsədyönlü iş öz uğurlu nəticələrini verməkdədir. Dövlət başçısı bildirib ki, bununla bağlı güzəştlər edilir, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün də hazırda yeni şərait yaradılır. Qeyd olunanlarla yanaşı, sahibkarların kreditlərdən davamlı qaydada yararlanmaları üçün həmin kreditlərin faiz dərəcələri də aşağı salınması üçün də müəyyən işlərə başlanılıb: "Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".
Bir çox hallarda
vergilər ödənilmir,
burada yayınmalar baş verir
Dövlət başçısı əvvəlki illərlə
hazırkı dövrün
müqayisəsini də
aparıb və bunu belə izah edib ki,
neftin qiyməti yüksək olduğu zamanlar ölkəyə böyük valyuta axını, gəlir, sərmayələr də
artmaqda davam edirdi. İndi isə neftin
qiymətinin dünya bazarında aşağı
həddə düşməsi
müəyyən qabaqlayıcı
tədbirlər görməyə
şərait yaradır.
Sitat: "Əvvəlki
dövrlərdə neftin
qiyməti yüksək
idi. Ölkəyə çox böyük
valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum
şərait yaratmalıyıq
ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox
vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar.
Ancaq indi bizim gəlirlərimiz
azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir.
Baxmayaraq,
dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim
dövlət investisiyamız
azalıbdır. Kapital qoyuluşu
azalıbdır".
Ölkə Prezidenti indiki halda xarici sərmayənin
daxili sərmayəni üstələdiyini də
deyib. Belə ki, bu kimi faktorun yaranmasında
da vergilərin tam şəkildə ödənilməməsi
amillərinin dayanması
şübhəsizdir. Dövlətimizin rəhbəri vurğulayıb
ki, buna digər səbəb həm də daxili investisiyaların azalmasıdır. Sitat:
"Daxili investisiyaların
böyük hissəsi
dövlət büdcəsi,
yaxud da ki, Dövlət Neft Fondu hesabına
formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir.
Belə olan halda, əlbəttə,
hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir,
burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti
bizdə tam şəkildə,
şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət
qurumları verir.
Əlbəttə, o vergini almaq
böyük məharət
tələb etmir.
Dövlət Neft Şirkətində
hər şey şəffafdır. Bu, dövlət qurumudur.
Digər
dövlət qurumları
da vergiləri tam şəkildə ödəyirlər.
Amma özəl sektor vergini tam şəkildə
verirmi? Yox, vermir.
Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni
bir-birindən ayırmalıyıq.
Vergilər Nazirliyi çalışmalıdır
ki, vergi ödəyiciləri vergiləri
birmənalı olaraq qanuni şəkildə,
tam şəkildə versinlər.
Burada heç bir başqa söhbət və güzəşt ola
bilməz. Ancaq heç bir
başqa əsassız
tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm.
Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam.
Ondan başqa, heç kimə 1 manat verməməlidirlər".
Ölkə başçısı göstərişlərini
verdi və
xəbərdarlıq etdi
Prezident İlham Əliyev
Bakıda və bölgələrdə vergilərin
yığımı ilə
bağlı neqativ hallar barədə də xəbərdar olduğunu deyib və sərt xəbərdarlıq edib.
O cümlədən, bu
kimi hallarla qarşılaşan sahibkarlara
bilavasitə Onun özünə müraciət
etmələrini tapşırıb:
"Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət
qurumlarına çox
ciddi göstəriş
verirəm ki, heç bir əsassız tələb
irəli sürülməməlidir.
Əfsuslar olsun ki, belə hallar
var. Vergilər Nazirliyi,
hüquq mühafizə
orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər,
"krışalıq" edirlər. Bu, dözülməz
haldır, buna son qoyulmalıdır. Əgər
hesab edirlər ki, bunu heç
kim bilmir,
səhv edirlər. Bu, çox ciddi
məsələdir və
mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə
kütləvi xarakter alıb. Bu, tamamilə
yığışdırılmalıdır.
Ona görə, bax, bu gün mən
bütün aidiyyəti
qurumlara və eyni zamanda, sahibkarlara
göstəriş verirəm.
Mənə məlumat versinlər,
qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə
hallar varsa, o xoşagəlməz işlərlə
məşğul olan dərhal öz cəzasını alacaq".
Göründüyü kimi, Prezident İlham Əliyev müşavirədə toxunduğu
bir çox məsələlərlə yanaşı,
qeyd olunan mövzuya da toxunmaqla, əslində, sahibkarlığın dövlətin
tərəqqisi və
inkişafı üçün
nə qədər önəmli rol oynadığını bir
daha xatırladıb. Eyni zamanda,
bu sahənin irəliləməsində baryer
rolu oynayanlara da son xəbərdarlığını
verib. Bu isə hər bir sahənin məhz Onun nəzarətində olduğunun
bariz sübutu və göstəricisidir.
Rövşən
RƏSULOV
Səs.-2015.- 16 iyul.- S. 6.