Con Lokk
insanın vicdan azadlığı, mənəvi
hüquqları dini plüralizmi
haqqında
İnsanın şəxsi əqidəyə, təkrarsız daxili aləmə malik olmaq hüququnun dərk edilməsi Qərbi Avropanın ictimai şüurunda dini reformasiya uğrunda kütləvi hərəkat dövründə başlanmışdır. Burada çoxsaylı protestant cərəyanlarının və təriqətçiliyin meydana gəlməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına səbəb olmuşdur. Bu baxımdan C.Lokkun "Dini dözümlülük haqqında" məktubu maraq doğurur. Bu məktubunda C.Lokk hər şeydən əvvəl dövlət və dini məsələləri bir birindən fərqləndirməyi, kilsə və dövlət arasındakı həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayırdı. O, hesab edirdi ki, heç kəs başqasının göstərişi ilə (hətta istəsə belə) inana bilməz, çünki əsl və xilasedici dinin gücü və mənası məhz etiqaddadır. Əsl və xilasedici din isə ruhun dərin daxili inamından ibarətdir və insan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə 5 məcbur edə bilməz.
"Demokratiya" kitabında göstərilir: "İnsanın şəxsi əqidəyə (hətta yanlış olsa belə), təkrarsız daxili aləmə malik olmaq hüququnu dərk etməsi Qərbi Avropanın ictimai şüurunda dini refonnasiya uğrunda kütləvi hərəkat dövründə yayılmağa başlamışdır. Burada çoxsaylı protestant cərəyanlarının və təriqətlərin meydana gəlməsi, təriqətçilərin öz əqidələrini inadkarlıqla müdafiə etməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına, vahid dövlət dininin tətbiqindən imtina edilməsinə səbəb oldu. Hələ Birinci İngiltərə inqilabının gedişində independent və leveller partiyaları əsas tələblərdən biri kimi etiqad azadlığını irəli sürürdülər.
Lokkun "Dini dözümlülük haqqında məktubu demokratik ədəbiyyatın klassik əsərlərindən hesab olunur. İnsanın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan Lokk dini etiqad azadlığını dövlətin insanı məhruın edə bilməyəcəyi əsas "təbii hüquqlardan biri kimi qəbul edirdi. Lokk "Dini dözümlülük haqqında məktubu 1685-ci ildə Hollandiyada mühacirətdə olarkən yazmışdır. Məhz bu vaxt Fransa kralı XIV Lüdovik protestantlara dini etiqad azadlığı verən Nant Ediktini (1598) ləğv etmiş, bunun nəticəsində Fransanı 200 minə yaxın protestant tərk etmişdi. "Dini dözümlülük haqqında məktub Şanlı İngiltərə inqilabının qələbəsindən və ingilis demokratlarının bir neçə nəslinin uğrunda uzun müddət mübarizə apardığı "Dini dözümlülük haqqında akt qəbul olunandan sonra - 1698-ci ildə İngiltərədə dərc olunmuşdur. Lokk "Dini dözümlülük haqqında məktubunda qızğınlıqla kilsənin dövlətdən ayrılması və dini etiqad azadlığı uğrunda çıxış edib. Lokkun fıkrincə, bu azadlıq yalnız protestant təriqətlərinə aid olmalı və katoliklərə şamil edilməməli idi. İngiltərədə katoliklərin və yəhudilərin şəxsi və siyasi hüquqlarının məhdudlaşdırılması ondan sonra 150 il davam etmişdir".
Con Lokk "dini dözümlülük" kitabında məktub" əsərində yazır: "Xristianların qarşılıqlı dini dözümlülüyü haqqında mənim fikrimə dair sənin sualına qısa cavab verirəm: mən onu əsl kilsənin əsas meyarı sayıram... Əgər insanları od və qılıncla məlum ehkamlara etiqad etməyə və onları yad ibadətləri yerinə yetirməyə məcbur etmək lazım gəlirsə və bu zaman onların mənəviyyatı haqqında fıkirləşilmirsə, əgər kimsə başqa dinə qulluq edənləri inanmadıqları şeyə etiqad etməyə məcbur edərək öz dininə döndərirsə, İncilin ona inanan xristianlara icazə vermədiyi şeyləri etməyə imkan yaradırsa, onda mən şübhə etmirəm ki, belə adam özünün etdiyinə etiqad bəsləyənlərdən ibarət böyük insan kütləsi əldə etməyə çalışır; lakin kim inanar ki, o, xristian kilsəsi yaratmaq istəyir?..
Və qoy heç kəs xristianlığa bu qədər yad olan amansız təqibləri dövlətə qayğı və qanunların yerinə yetirilməsi adı altında gizlətməsin və əksinə, qoy heç kəs başqa dinə istinadla pərdələnərək özü üçün tam hərəkət azadlığı və cəzasızlıq mühiti yaratmağa çalışmasın... Hər şeydən əvvəl, mən dövlət məsələləriylə dini məsələləri bir-birindən fərqləndirməyi, kilsə və dövlət arasında həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayıram. Əgər bu edilməsə, onda ruhun xilasını, yaxud dövlətin xeyrini özünə ya doğrudan da əziz sayan, ya da yalandan göstərən adamlar arasında mübahisələrə son qoymaq mümkün olmayacaqdır. Dövlət, məncə, yalnız mülki nemətləri qorumaq və artırmaq üçün qurulmuş insanlar toplumudur. Mülki nemətlər dedikdə mən həyat, azadlıq, bədən sağlamlığı və fiziki iztirabların olmamasını, torpaq, pul, avadanlıq və s. kimi zahiri şeylərə malik olmağı nəzərdə tuturam.
Bu gündəlik həyata məxsus olan şeylərə həm bütün xalqın, həm də hər bir vətəndaşın ayrılıqda hüququnun təmin edilməsi və tam qorunması hamı üçün mütləq olan qanunlara arxalanan mülki hökmdarın borcudur...
Hökmdarın bütün yurisdiksiyasının yalnız bu mülki nemətlərə şamil edilməsini... və heç bir halda ruhun xilasına şamil olunmaması və oluna bilməməsini, məncə, aşağıdakılar aydın göstərir: Birincisi, ruhun xilası haqqında qayğı mülki hökmdara heç də başqalarından daha artıq aid deyildir. Allah bunu ona tapşırmamışdır, çünki heç yerdə deyilmir ki, Allah insanlara başqalarını zorla yad dinə döndərmək hüququ vermişdir. Və adamlar da hökmdara bu cür hakimiyyət verə bilməzlər, çünki o, təbəqənin əbədi xilas qayğısına bu dərəcədə laqeyd qala bilməz ki, istər hökmdarın, istərsə məsləhət bildiyi sitayişi, ya dini müti şəkildə qəbul etsin. Çünki heç kəs başqasının göstərişi ilə (hətta istəsə belə) inana bilməz, axı əsil və xilasedici dinin gücü və mənası məhz etiqaddadır. İkincisi, ruh haqqında qayğı mülki hökmdara aid edilə bilməz, çünki onun bütün hakimiyyəti məcburiyyətə əsaslanır. Əsl və xilasedici din isə ruhun dərin daxili imkanından ibarətdir, onsuz Allahın gözündə heç nə güclü deyildir, insan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə məcbur edə bilməz.
Lakin sən deyə bilərsən ki, hökmdar ağlın dəlillərindən istifadə edə və bununla da başqa dinə inananları həqiqətə tərəf döndərə və onları xilas edə bilər. Qoy belə olsun, ancaq o burada digərlərindən heç nə ilə fərqlənmir: əgər o, nəsihət verməyə, yol göstərməyə və ağlın dəlilləri ilə azmışları həqiqət yoluna dəvət etməyə başlasa, hər bir vicdanlı adamın etməli olduğunu edəcəkdir...
Üçüncüsü, ruhun xilas edilməsi haqqında qayğı heç bir halda mülki hökmdara aid ola bilməz, əgər razılaşsaq da ki, qanunların nüfuzu və cəzanın gücü ağlın döndərilməsinə yardım edərək kəsərli ola bilərdi, hətta bu da ruhun xilas edilməsinə yardımçı ola bilməzdi. Çünki əgər yalnız dinlərdən biri həqiqidirsə, yalnız bir yol əbədi xoşbəxtliyə aparırsa, onda adamlara yalnız bir imkan verilirsə, ümid varmı ki, haqq yoluna daha çox adam gələcəkdir: ağlın və vicdanın tələblərinin əksinə olaraq hökmdarın inandığı təlimə kor-koranə riayət etmək və yalnız əcdadların göstərdiyi qaydada Allaha sitayiş etmək haqdırmı?..
İndi baxaq görək kilsə nə deməkdir? Mənə görə, kilsə insanların azad birliyidir. Onlar könüllü birləşiblər ki, birlikdə, öz əqidələrinə görə düzgün yolla Allaha sitayiş etsinlər. Onlar əmindirlər ki, bu yola onları Allah gətirib və ruhlarının xilas olmasına yardım edəcəkdir.
Mən təkrar edirəm ki, bu, azad və könüllü birlikdir. Heç kəs hansısa kilsənin üzvü kimi doğulmur, yoxsa dədə-babaların inamı torpaq mülkiyyəti ilə birlikdə varislik hüququ əsasında keçərdi və hərkəs inamına görə öz doğumuna borclu olardı: bundan cəfəng şey düşünmək mümkün deyil. Con Lokk daha sonra yazır: "Bunu müəyyən edərək sonra baxaq görək dini dözümlülük qarşısında hər kəs hansı öhdəlikləri daşıyır.
Birincisi, mən bildirirəm ki, heç bir kilsə, dini dözümlülük prinsipi əsasında öyüdlərə baxmayaraq, daim birliyin qanunlarını pozan bir adamı öz qoynunda saxlamağa borclu deyildir; çünki əgər kiməsə cəzasızlıq şəraitində qanunları pozmaq imkanı verilsə, onda birlik məhv olacaqdır, ona görə ki, bu qanunlar birləşməni şərtləndirən, həm də bərkidən yeganə amildir. Lakin imkan verilməməlidir ki, kilsədən qovulma haqqında qərar təhqiredici sözlər, yaxud zor hərəkətləri ilə müşayiət olunsun...
İkincisi, heç bir şəxs başqasının mülki nemətlərinə yalnız onun istəmədiyi din və ayinlərdən imtina etdiyinə görə heç bir halda təcavüz etməməli, yaxud ona ziyan vurmamalıdır. Bu adamın bütün insani və mülki hüquqları müqəddəscəsinə gözlənilməlidir, çünki onların dinə dəxli yoxdur - xristian, yaxud bütpərəst olmasından asılı olmayaraq heç bir zora və qanunsuzluğa yol verilməməlidir. Xeyirxahlıq və insanpərvərlik borcu hüquqi yanaşmadan da üstün olmalıdır. Bunu İncil buyurur, bunu ağıl və bəşəriyyət arasında təbiət tərəfındən bərqərar edilmiş ittifaq tələb edir. Əgər kimsə haqq yolundan çəkilirsə, bu, yalnız onun özünün bədbəxtliyidir, sənin üçün isə heç bir zərər yetirə bilməz; buradan da o, sənin tərəfindən təhqirlərə məruz qalmamalıdır, yalnız sənin onun gələcək həyatının puçluğuna inandığına görə bu dünyanın nemətlərindən məhrum olmamalıdır.
Din məsələlərində bir-biriylə razılaşmayan fərdlərin qarşılıqlı dini dözümlülüyü haqqında dediklərimi ayrı-ayrı kilsələr haqqında da demək istəyirəm. Bu kilsələr bir-birinə münasibətdə müəyyən mənada fərdi şəxslərdir və onlardan heç biri (hətta, məsələn, mülki hökmdarın bu kilsəyə deyil, digərinə aid olduğu halda da) digərinə münasibətdə heç bir üstün hüquqa malik deyildir...
Bunu nümunə ilə göstərmək üçün, tutalım, Konstantinopolda iki kilsə mövcuddur: biri remonstrantlara, digəri antiremonstrantlara məxsusdur. Kimsə deyə bilərmi ki, onlardan biri digərlərini onunla razılaşmadıqlarına, başqa təlimə və ayinlərə riayət etdiklərinə görə (başqa yerlərdə gördüyümüz kimi) azadlıqdan məhrum, yaxud əmlakını əlindən ala, sürgün edə, yaxud ölümlə cəzalandıra bilər? Türk isə xristianların bir-birini necə amansızlıqla və qəddarcasına qırdıqlarına kənardan baxaraq sakitcə gülümsəyərdi. Əgər bu kilsələrdən birinin digərini təqib etmək üçün hakimiyyəti varsa, onda soruşmaq isləyirəm ki, ikisindən hansı biri və hansı haqla? Əlbəttə, mənə cavab verəcəklər ki, ortodokslar azmışlara, yəni dönüklərə qarşı. Ancaq bu təmtəraqlı və gözəl sözlər əslində heç nə demək deyildir. İstənilən kilsə özü üçün ortodoksal, başqaları üçün dönükdür, ona görə ki, hər biri inandıqlarına həqiqət, əks baxışlara isə yanlışlıq kimi baxır. Beləliklə, ehkamların həqiqiliyi, ayinlərin düzgünlüyü haqqında mübahisələrdə hər iki kilsə eyni dəlillərə əsaslanır və hökmdar düzgün hökm çıxara bilmir, heç belə hökmdar nə Konstantinopolda, nə də ümumiyyətlə, yer üzündə var. Hökm yalnız bütün insanlar üzərində məhkəmə quran Yeganə Ali Hökmdarındir və yolunu azmışı yalnız o Özü günahlandıra bilər...
Üçüncüsü, baxaq görək dini dözümlülük borcu, özlərinin belə deməyi xoşladıqları kimi, xüsusi kilsə funksiyalarına görə yerdə qalanlardan və icma kütləsindən fərqlənənlərin - yepiskop, keşiş, pastor, xuddam və b. (özlərini necə adlandırmalarının fərqi yoxdur) qarşısında hansı tələbləri qoyur... Mənşəyindən asılı olmayaraq o, kilsə hakimiyyəti olduğuna görə kilsə hüdudları ilə məhdudlaşdırılmalı və heç bir halda mülki işlərə yaxın buraxılmamalıdır, belə ki, kilsə özü tam və qəti şəkildə dövlət işlərindən və mülki işlərdən ayrılmışdır...
Ruhani şəxslər üçün təkcə özlərinin zor, qarət və hər cür sıxışdırmalardan imtina etməsi kifayət deyildir; özünü apostolların varisi adlandıran və öyüd vermək yükünü üzərinə götürən hər bir kəs bununla öz şagirdlərini bütün insanlara münasibətdə sülhsevərliyə və xoşniyyətliliyə yönəltməli və hamını sadə şəxsləri və dövlət hakimlərini (əgər belələri öz kilsələrinin üzvləri olsalar) insanpərvərliyə, həlimliyə, dözümlülüyə çağırmalıdır.
Qoy istənilən sektanın kilsə vaizləri başqalarının nöqsanlarını gücləri çatan dəlillərlə ifşa etsinlər və bu nöqsanlarla döyüşsünlər, ancaq adamların özünə rəhm etsinlər. Əgər inandırıcı dəlilləri kifayət qədər deyilsə, qoy onlar mövqelərinə uyğun gəlməyən və ruhani şəxslərə yaraşmayan digər sahələrdən götürülmüş vasitələrdən istifadə etməsinlər, qoy natiqliklərinə və alimliklərinə yardım üçün... hökmdarın verdiyi baltanı götürməsinlər, qoy onların od və qılıncdan alovlanan istəyi həqiqətə məhəbbət izhar edərək hökmranlıq hərisliyində olduqlarını görməyə imkan verməsin...".
Professor Əlikram Tağıyev yazır: "C.Lokkun dinə münasibəti də maraqlıdır. Katiolisizmin tüğyan etdiyi, protestantların təqib olunduğu bir müddətdə dini tolerantlılıq göstərməyi təbliğ etmək böyük səy və cürət tələb edirdi. Dinin dövlətdən ayrılması ideyasını təbliğ edən əsərləri isə gizlin, anonim çap olunurdu. Dini görüşlərində o bu məsələlərdən kənara çıxır. İ.S.Narski yazır ki, Con Lokkda ağıl ilə dinin mübahisəsində Tolandoda olduğu kimi heç də həmişə ağıl qəti qələbə çalmır. C.Lokk kilsə xadimlərinin bir çox ehkamlarına ironiya ilə yanaşırdı. Özünün sonuncu əsərində o, ağılın dindən yüksəkdə dayandığını, dinin real faktlarla təsdiq olunmadığını göstərir. Con Lokkun dinə aid olan əsərlərində dini tolerantçılıq (dözümlülük) məsələləri xüsusi yer tutur. "Dini dözümlülük haqqında təcrübə" əsərində C.Lokk belə bir sual qoyur: "Dövlətin marağı nöqteyi-nəzərindən hansı dini azadlıq daha əlverişlidir?" Bu sahədə adamların fikrini və hərəkətini o, aşağıdakı kimi qruplaşdırır:
1. Dövlət və cəmiyyət dini işlərə qarışmır:
2. Lin dövlətin və Cəmiyyətin işinə qarışmır:
3. Heç biri o birinin işinə qarışmır.
Con Lokkun dini dözümlülük konsepsiyası ateizmə gətirib çıxarmır, əksinə dövlətdən tələb edirdi ki, ateistlərə yer verməsin. Çünki onlara and içdirmək mümkün deyil, yəni onlar "ictimai müqavilə"" bağlamazlar.
Dini plüralizm dövlət üçün təhlükəli deyil, amma katoliklərə qarşı dözüm göstərmək olmaz. Çünki onlar, əvvəla, krala deyil, papaya tabedirlər, ikincisi, onlar başqa dinlərə dözmürlər. Lakin ikinci bir tərəfdən də yazırdı ki, cəmiyyətdə və ölkədə dini seçim azadlığı mövcud olmalıdır. "İnsanların hüquqları dini əlamətə görə pozulmamalıdır", din dövlətdən ayrılmalıdır, "heç kim öz inamını başqasına təlqin etməyə çalışmamalıdır" və s. Bu ideyaların şübhə yoxdur ki, çox böyük gələcəyi olmuşdur və sonrakı nəsil bu ideyalarda xeyli bəhrələnmişdir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2015.- 16 iyul.- S. 15.