Tomas Hobbs və insan hüquq bərabərliyi
azadlıqlarının müdafiəsi
Filosof Tomas Hobbs 17-ci əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O. 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır.
Hobbs özünün başlıca əsərlərində "Fəlsəfənin əsasları "Leviafan "Begemot ictimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.
Hobbsa görə, insan anadan "təbii hüquqları (Riglıts of Nature) - tələbatlarının ödənilməsi haqları ilə doğulur. Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir. Təbii haqlar vəhşi, cəmiyyətə qədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət - yalnız hər kəsin özünə lazım olan şeyləri qoparıb buradan da "hamının hamıya qarşı müharibəsi başlayır.
Bu müharibənin
qarşısını almaq məqsədilə insanlar öz
aralarında öz təbii haqlarını, öz qeyri məhdud
azadlıqlarını hamılıqla könüllü məhdudlaşdırmaq
haqqında razılığa gəlirlər. İnsanlar
onları bir-birindən müdafiə etməli olan bir dövlət
yaratmaq haqqında ictimai müqavilə bağlayırlar.
Hobbs hər şeyə qadir olan dövləti Leviafanla - azman və
hər şeyə qadir. Bibliya əjdahası ilə eyniləşdirir.
Dövlət tam suverenliyə - vətəndaşlar üzərində
tam hakimiyyətə malikdir. Suveren qanuna tabe deyil, o,
qanunları özü yaradır. Suveren yalnız Allah
qarşısında məsuldur. Parlament də, aristokratiya da suveren
rolunu oynaya bilər, lakin kral olsa, daha yaxşı olardı.
Hobbs vətənə
dönəndə artıq I Karl edam
olunmuş və ölkədə respublika qurulmuşdu. Bu yeni
şəraitdə o öz nəzəriyyəsinə
aşağıdakı müddəa əlavə edir: əgər
dövlət daha vətəndaşların təhlükəsizliyini
təmin edə bilmirsə (yaxud özü tapdalayırsa),
ictimai müqaviləni ləğv etmək olar.
Cəmiyyət
içərisində yaşayan hər bir insan "təbii
qanuna etik davranış normalarına tabe olmalıdır: insan
mümkün olan qədər sülhə can atmalıdır;
hər kəs başqalarını özünə bərabər
hesab etməlidir; özünün şəxsi işində
hakimlik etməməli, suverenin hakimliyini qəbul etməlidir; əsas
qayda isə bizə yaxşı məlumdur: özünə rəva
görmədiyini başqasına da görmə.
Hobbsun ideyalarını həm mütləqiyyətin, həm
də demokratiyanın xeyrinə izah etmək olar. Məsələn,
Hobbsun nəzəriyyəsinin belə bir müddəası
monarxistlər partiyasının qəzəbinə səbəb
oldu ki, dövlət vətəndaşların
könüllü razılığı ilə
yaradılır və hökmdar vətəndaşların təhlükəsizliyini
təmin edə bilmirsə, hakimiyyətdən salına bilər.
Hobbsun
ictimai müqaviləsi ədalətli ictimai quruluşa dair
antik və orta əsr baxışları ilə müqayisədə
irəliyə doğru böyük bir addım oldu və
liberalizm nəzəriyyəsinin inkişafına təkan verdi.
Tomas
Hobbas "Leviafan" əsərində insanların hüquq
bərabərliyi və azadlığı haqqında yazır:
"İnsan yaranışdan bərabərdir. Təbiət
insanlan fiziki və əqli qabiliyyət baxımından bərabər
yaratmışdır, çünki biz bəzən bir
insanın başqasından fıziki cəhətdən
güclü, yaxud ağıllı olduğunu görsək də,
hər şeyi bütövlükdə nəzərdən
keçirəndə görərik ki, onların
arasındakı fərq elə böyük deyildir ki, bir insan
bu fərqə əsaslanaraq özü üçün hər
hansı bir nemət iddiasında olsun, başqası isə
eyni haqla bunu tələb edə bilməsin. Fiziki
gücə gəldikdə isə, daha zəif olanın kifayət
qədər gücü vardır ki, gizli fırıldaqlar,
yaxud eyni təhlükənin hədələdiyi digər
insanlarla ittifaq yolu ilə daha güclü olanı
öldürə bilsin.
Əqli
qabiliyyətlərə gəlincə isə (mən əsasında
sözün durduğu incəsənəti, xüsusilə elm
adlandırılan ümumi və sarsılmaz qaydalara yetmək
incəsənətini bir kənara qoyuram - bu cür qaydalara
çox adam, özü də çox az şeylə əlaqədar
yiyələnib, çünki bu qaydalar bizimlə birgə
doğulmuş fıtri qabiliyyətlər deyil, bunlar həmçinin
nəyinsə üzərində müşahidə prosesində
qazanılmış ağıl, kamal kimi qabiliyyətlər də
deyil) mən bu sahədə fıziki güclə müqayisədə
insanlar arasında daha çox bərabərlik görürəm.
Belə ki, ağıllılıq yalnız
bütün insanların eyni vaxt ərzində eyni səylə
məşğul olduqları şeylər barədə eyni dərəcədə
əldə etdikləri təcrübədir. Yəqin bu bərabərlik
ona görə ağlasığmaz görünür ki, hər
kəs bütün insanlara xas olan bir lovğalıqla öz
şəxsi müdrikliyi haqqında xam xəyallara qapılaraq
özünü "qara camaatdan daha ağıllı bilir...
Bərabərlik
üzündən qarşılıqlı inamsızlıq
doğur. Qabiliyyətlərin bərabərliyi
üzündən məqsədəyetmə ümidlərinin bərabərliyi
yaranır. Bax, buna görə iki nəfər
eyni bir şeyi arzuladıqda və ikilikdə buna yiyələnə
bilmədikdə bir-birinə düşmən kəsilir.
Onlar məqsədəyetmə yolunda (bu, əsasən
həyatı qoruyub saxlamaqdan, bəzən isə yalnız həzz
almaqdan ibarət olur) bir-birlərini məhv etməyə
çalışırlar. Belə çıxır ki,
insan hücumun qarşısında təkbaşına qalanda,
o əkmək, biçmək və qurmaqla, yaxud hər
hansı bir ləyaqətli adın sahibi olmaqla yanaşı, əminliklə
gözləyə bilər ki, başqa adamlar gələrək
birləşmiş qüvvəylə onun mülkünü əlindən
alacaq, onu nəinki öz əməyinin bəhrələrindən,
həm də həyatdan, yaxud azadlıqdan məhrum edəcəklər.
Hücum edən də özünü başqaları tərəfındən
bu cür təhlükədə hiss edir.
Hobbusun fikrincə,
qarşılıqlı inamsızlıqdan müharibə
törəyir. Bu qarşılıqlı
inamsızlıq üzündən insan üçün öz
həyatının təhlükəsizliyini təmin etməyin
ən ağıllı üsulu ehtiyat tədbirləri görmək,
yəni gücün, yaxud hiylənin köməyi ilə bacara
bildiklərinin hamısını etməkdir... Bu tədbirlər
özünüqoruma çərçivəsindən kənara
çıxmır və buna görə adətən yolverilən
sayılır...
Beləliklə, biz insan təbiətində
müharibənin üç əsas səbəbini
tapmış oluruq: birincisi rəqabət; ikincisi
inamsızlıq və üçüncüsü şöhrət
yanğısı. Birinci sobəb insanları qazanc, ikinci səbəb
şəxsi təhlükəsizliyi təmin etmək məqsədilə,
üçüncü səbəb isə şərəf
mülahizələri üzündən bir-birlərinə
hücum etməyə sövq edir...
Ümumi hakimiyyət
olmayan durumda hamının hamıya qarşı müharibəsi
baş verir. Buradan göründüyü
kimi, nə qədər ki, insanlar hamını qorxu içində
saxlayan ümumi hakimiyyətdən məhrumdur, onlar elə
müharibə durumundadır ki, hamı hamıya qarşı
müharibə aparır. Çünki
müharibə yalnız döyüş, yaxud hərbi əməliyyat
deyildir, müharibə həm də elə zaman kəsiyidir ki,
bu vaxtda mübarizə iradəsi döyüş yolu vasitəsilə
öz aşkar təsirini göstərmiş olur. Buna görə müharibə anlayışına
hava anlayışı kimi, zaman məfhumu da daxil edilməlidir.
Rütubətli hava anlayışı yalnız
bir-iki yağışdan yox, bir çox günlər ərzində
bu yağışı fasiləsiz gözləməkdən
ibarət olduğu kimi, müharibə anlayışı da
yalnız gedən döyüşlərdən deyil,
barışığa ümid olmadığı bütün
vaxt ərzində müharibəyə aşkar canatmadan ibarətdir.
Bütün qalan vaxt sülh deməkdir.
T.Hobbus yazır: "Bu cür
müharibənin əlverişsizliyi. Bax, buna
görə hamının hamıyla düşmən olduğu
müharibə dövrü üçün səciyyəvi
olan hər şey insanların öz fıziki gücündən,
fərasətindən savayı heç bir təhlükəsizlik
təminatı olmadan yaşadıqları dövr
üçün də səciyyəvidir. Belə bir vəziyyətdə
zəhmətsevərliyə yer yoxdur, belə ki, heç kəsin
öz zəhmətinin bəhrəsini görə biləcəyinə
təminat yoxdur və buna görə də əkinçilik,
gəmiçilik, dəniz ticarəti, rahat binalar yoxdur, nəqliyyat
və böyük güc tələb edən şeylərin
daşınma vasitələri yoxdur, yer səthini, zaman
hesablanmasını öyrənən elmlər, peşələr,
ədəbiyyat yoxdur, cəmiyyət yoxdur, ən pisi isə
odur ki, bunların əvəzinə əbədi qorxu və
zorakı ölümün daimi təhlükəsi var və
insanın həyatı yalqız, yoxsul, qaranlıq, küt və
çox qısadır...
Hər halda, qorxu təlqin edən
ümumi hakimiyyət olmadıqda insan həyatının necə
keçə biləcəyini əvvəllər dinc hökumətin
rəhbərliyi altında yaşamış adamların adətən
vətəndaş müharibəsi zamanı düşdükləri
həyat tərzinin nümunəsindən də görmək
olar...
Dövlətin məqsədi
əsasən təhlükəsizliyi təmin etməkdir.
İnsanlar (təbiətən
azadlığı və başqaları üzərində
ağalığı sevənlər) özlərini buxova
salarkən (gördüyümüz kimi, dövlət daxilində
yaşamaqla onlar buxova girmiş olurlar) onların son məqsədi,
yaxud niyyəti özlərini qorumaq və bu zaman daha əlverişli
həyat qurmaq qayğısıdır. Başqa sözlə
desək, insanlar dövlət yaradarkən müharibənin fəlakətli
vəziyyətindən xilas olmağa can atırlar və bu
müharibə vəziyyəti onları qorxu içində və
cəzalandırılmaq hədəsi altında saxlayan,
sazişləri yerinə yetirməyə və təbii
qanunlara əməl etməyə məcbur edən real hakimiyyətin
olmadığı yerlərdə insanların təbii
ehtiraslarının... zəruri nəticəsidir.
Maarifçi,
filosof qeyd edir ki, həqiqətən də təbii qanunlar (ədalət,
qərəzsizlik, təvazökarlıq, rəhmdilik və
ümumiyyətlə, başqalarının bizimlə necə
davranmağım istəyiriksə, olarla da o cür davranmaq)
bizi onlara əməl etməyə məcbur edən hər
hansı qüvvə qarşısında qorxudan kənarda,
özü-özlüyündə bizi qərəzli münasibətə,
lovğalığa, qisas almağa və s. sürükləyən
təbii ehtiraslara ziddir. Əldə
qılınc olmadıqca hər hansı bir saziş insanı
qoruya bilməyəcək quruca sözlərdir. Bax, buna
görə də təbii qanunların olmasına baxmayaraq (o
qanunlar ki, insan onlara istədikdə, özünə heç
bir təhlükə yaranmadıqda əməl edir), hakimiyyət
qu- rulmadıqda, yaxud insanların təhlükəsizliyini təmin
etmək üçün kifayət qədər güclü
dövlət olmadıqda hər bir fərd öz təhlükəsizliyini
başqalarından qorumaq üçün öz fiziki
gücündən və çevikliyindən istifadə edəcəkdir,
yaxud o, tam qanuni şəkildə bunlardan istifadə edə bilər...
İnsanları
yadelli basqınlarından və qarşılıqlı ədalətsizliklərdən
qorumağa qadir olan və beləliklə, onların öz əlinin
zəhməti və torpağın bəhrəsiylə dolana
biləcəyi və rahatlığın yaşaya biləcəyi
bu cür ümumi hakimiyyət yalnız bir yolla məhz
bütün hakimiyyətin və gücün bir adamın,
yaxud səs çoxluğuyla bütün vətəndaşların
iradəsini bir vahid iradə halında toplaya biləcək
insan toplumunun əlində cəmləşdirilməsi ilə
qurula bilər.
Başqa
cür desək, ümumi hakimiyyətin bərqərar
olması üçün, insanların onların nümayəndəsi
ola biləcək bir adamı, yaxud adamlar
yığıncağını təyin etmələri gərəkdir;
hər bir insanın ümumi sülhü və təhlükəsizliyini
qorumaq məqsədilə ümumi şəxsin
özünün etdiyi, yaxud başqalarını məcbur edəcəyi
bütün işlərə münasibətdə
özünü köməkçi sayması və buna
görə özünü məsul hesab etməsi gərəkdir;
hər bir insanın öz iradasini və fıkirlərini
ümumi şəxsin iradəsinə və fikirlərinə
tabe etməsi gərəkdir.
Bu, yekdillik və həmrəylikdən də çox
şey deməkdir. Bu, saziş vasitəsilə bir vahid şəxsdə təcəssüm
tapmış real vəhdətdir; hər bir insan bu sazişi
digəriylə elə tərzdə bağlamış olur ki,
sanki hər kəs digərinə demiş olur: bu adamı,
yaxud bu yığıncağı özünə vəkil
edirəm və özümün idarə etmək hüququmu
ona verirəm, bir şərtlə ki, sən də öz
hüququnu bu qaydayla verəsən və onun bütün hərəkətlərinə
icazə vermiş olasan. Əgər bu baş veribsə, o zaman
çoxlu insanın bu qaydayla bir şəxsdə birləşməsi
dövlət (latınca - civitas) adlanır.
T.Hobbs qeyd edir ki, ölməz Allahın dərgahı
altında öz dincliyimizə və müdafiəmizə
görə borclu olduğumuz ulu Leviafanın, daha ehtiramla desək,
fani Allahın doğuluşu belə baş verir. Çünki dövlət
daxilində hər bir ayrıca insanın ona verdiyi səlahiyyətlər
sayəsində göstərilən insan, yaxud insanlar
yığıncağı onda cəmlənmiş elə
böyük güc və hakimiyyət qazanır ki, onun
doğurduğu qorxu bu insanı, yaxud bu insanlar
yığıncağını bütün insanların iradəsini
daxili barışığa və xarici düşmənlərin
əleyhinə qarşılıqlı köməyə
yönəltməyə qadir edir.
Mahiyyəti
belə bir insandan, yaxud insanlar yığıncağından
ibarət olan dövlətin aşağıdakı tərifə
ehtiyacı vardır: dövlət elə bir vahid şəxsdir
ki, külli miqdarda insan qarşılıqlı ınüqavilə
yolu ilə onun hərəkətlərinə görə
özünü məsul hesab edir və bu şəxs
onların hamısının gücündən və vəsaitindən
dinc yaşamaları və ümumi müdafiələri
üçün zəruri saydığı kimi istifadə edə
bilir.
Bu şəxsin
daşıyıcısı Suveren adlanır və onun barəsində
deyirlər ki, o, ali hakimiyyət sahibidir,
başqa hər hansı şəxsə onun təbəqəsidir.
T.Hobbs
yazır: "1. Sülhü axtarmaq və ona riayət etmək
gərəkdir. Amma özünü də
bütün mümkün vasitələrlə müdafiə
etməyə hazır olmalısan.
2.
Başqa adamların razılığı olarsa. Sülh və özünümüdafiənin
maraqları üçün zəruri ölçüdə
bütün şeylərə olan hüquqdan imtina etmək,
başqa adamlara münasibətdə adamların özünə
qarşı ınünasibətdə yol verdiyi qədər
azadlığın dərəcəsi ilə qənaətlənmək
lazımdır.
3. Adamlar bağladıqları
müqavilələri yerinə yetirməlidir.
5. Hər bir adam
başqalarına uyğunlaşmağı bacarmalıdır.
6. Gələcəyə
münasibətdə təminatın mövcudluğu zamanı
adam peşmanlıq hissi keçirən və
barışmağı arzulayan şəxslərə
keçmiş incikliklərini bağışlamalıdır.
7. Qisas
alarkən (yəni pisliyə pisliklə cavab verərkən)
törədilmiş pisliyin ölçüsü yox, qisasdan
sonra yaranacaq xeyirin ölçüsü nəzərə
alınmalıdır.
8. Heç bir adam
başqasına ədavət və nifrətini iş, söz,
mimika və ya jestlə bildirməməlidir.
9. Hər bir adam
başqalarını özünə əzəldən bərabər
hesab etməlidir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-2015.- 17 iyul.- S. 15.