Bu gün müstəqil Azərbaycanın varlığı məhz qurtuluşun töhfəsidir

 

 

 

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın müsahibəsi

- Bahar xanım, 15 İyun Milli Qurtuluş Günü ərəfəsindəyik. Həmin tarixdə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan xilas etdi. İstərdik ki, o dövrə qayıdaq, baş verən proseslər haqqında fikirlərinizi bildirəsiniz...

- 1993-cü ilin iyun hadisələri təkcə bu dövrə aid hadisələr deyildi. Çünki həmin dövr üçün ağır nəticələrin ortada olmasının köklu  səbəbləri var idi. Həmin hadisələrə nəzər saldıqda  bir daha gözümüzün önündən kino lenti kimi keçir. Bir daha aydın olur ki, Azərbaycan nə qədər ağır, çətin, keşməkeşli yollardan keçərək öz müstəqilliyini bir daha əldə etdi. Baxmayaraq ki, 1991-ci ildə müstəqilliymizin bərpa olunması ilə bağlı müvafiq sənədlər qəbul olunmuşdu. Amma bu yalnız kağız üzərində idi. Müstəqilliyin bərpası haqqında Konstitusiya Aktı qəbul olunandan sonra hakimiyyət tərəfindən atılan addımlar nəinki müstəqilliyi möhkəmlətmək, ölkəni irəliyə aparmaq, dövlətin atributlarını yaratmağa şərait yaradırdı, əksinə kağız üzərində bu müstəqilliyin daha zəifləməsinə və daha ağır duruma Azərbaycanı sürükləyirdi. Çünki Azərbaycan həm Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalırdı, həm respublikada etnik separatizm meylləri baş qaldırırdı. Yəni bütövlükdə  ictimai-siyasi sahədə qeyri-sabitlik hökm sürürdü. Ən müxtəlif silahlı dəstələrin dəstəyi ilə hakimiyyətə gəlmək istəyənlər o qədər çox idi ki, həmin dövr doğurdan da Azərbaycan vətəndaşlarının bir ümidsizliyə qapılmasına səbəb olmuşdu.

Bütün bunlar isə Azərbaycanı çox ağır nəticələr verə biləcək vətəndaş qarşıdurmasına sürükləyirdi. Vətəndaş qarşıdurması olan ölkələrin təcrübəsi göstərir ki, belə olan halda ölkələr, xalqlar onillərlə geriyə düşür, inkişaf ləngiyir, əldə olunmuş nailiyyətlər isə sıfır həddinə düşür. Bu hal, hətta davamlı uğursuzluğa, anarxiyanın hökm sürməsinə gətirib çıxara bilər. Bunun üçün dünyada kifayət qədər nümunələr var.

Amma digər məqam ondan ibarət idi ki, həmin illərdə Azərbaycanda  əhalinin bir qismi bu durumdan təşviş keçirirdisə, bir qismiheçbütün yolların tükənmədiyi qənaitində idionlar Azərbaycanı xilas etməyin yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından keçdiyini bilirdilər. Bu məsələnin müsbət tərəfi idi. Ona görə də, o zaman bir qrup ziyalı 1992-ci ildə Heydər Əliyevə siyasi partiya yaratmaq üçün müraciət etmişdilər. Bu müraciətin fonunda Yeni Azərbaycan Partiyası  yarandı və o qısa müddətdə respublikanın bütün ərazisini əhatə edən təşkilanmış bir partiyaya çevrildi. Odur ki, biz əgər o dövrə nəzər salarkən bayaq sadaladığım mənfi cəhətləri vurğulayırıqsa, eyni zamanda onlardan çıxış yolunu müəyyənləşdirə bilən müsbət bir tendensiyanı da qeyd etməliyik. Bu tendensiya isə YAP-ın timsalında yeni bir siyasi qüvvənin yaradılması idi. O zaman bu proseslər paralel gedirdi. Nə qədər ziddiyyətli məqamlar var idisə, o qədər də YAP-ın yaranması, ictimai-siyasi mühitə fəal cəlb olunması, Ulu öndər  Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyi fikrini daha da qüvvətləndirməsi bu vəziyyətdən çıxış yolu kimi görünürdübu, nəticə etibarılə 1993-cü ilin iyun ayında  özünü parlaq şəkildə sübut etdi. 1993-cü ildə siyasi və hərbi müxalifətin, ictimai-siyasi sferada olan cərəyanların qarşıdurması nəticəsində yaranan vəziyyətdən çıxış yolunu Heydər Əlyievin hakimiyyətə gəlməsində təkcə YAP yox, hakimiyyətdə olan şəxslər də yaxşı dərk edirdi. Xalq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb edirdi. Hakimiyyət də məcbur olub Onu Bakıya dəvət etdi. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan parlamentinin sədri seçildi və qısa müddətdən sonra prezident səlaiyyətlərini də öz üzərinə götürməyə məcbur oldu. Beləliklə də, Azərbaycanın fəlakətlərdən xilas olunmasının, qurtulmasının əsası qoyuldu. Təsadüfi deyil ki, 15 İyun Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Ötən hər gün, hər an, hər il bu qərarın nə qədər düzgün olduğunu sübut edir. Bu gün dünyada baş verən proseslər, Ukraynada, eləcə də, şərq ölkələrində olan hadisələr onu göstərir ki, o ölkələrin indi keçdiyi yolu Azərbaycan 1992-1993-cü illərdə keçib. Xalqımızın ən başlıca sərvəti olan müsətəqil dövlətin yaranmasını şərtləndirən başlıca amil kimi milli lider Heydər Əliyev və  xalqın Ona inamı  çıxış etdi. Lider-xalq birliyi Azərbaycanı düşdüyü ağır durumdan çıxarmağa şərait yaratdı.

 Biz bu gün müstəqil Azərbaycanın varlığı, əldə etdiyi nailiyyətlər, yüksək inkişaf səviyyəsi, dünyadaregionda getdikcə artan rolunu xüsusi şəkildə vurğulayırıq. Bu da bizə qurtuluşun töhfəsidir, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən ictimai-siyasi hadisələrin, ölkənin inkişaf siyasətinin müəyyənləşdirilməsinin və addım-addım bu yolla irəliləməyimizin konkret nəticəsidir.

- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin  davam etdirdiyi siyasətin uğurları gözümüzün önündədir. Təsadüfi deyil ki, uğurlar ardıcıl olaraq davam edir. Bütün bunların başlanğıcı qurtuluşdan, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən başlayır...

- Ulu öndər Heydər Əliyevdən danışarkən təkcə bir insan, partiya rəhbəri, siyasi lider kimi danışmaq mümkün deyil. Bu, o qədər çox istiqamətli mövzudur ki, bu haqda danışarkən bütöv Azərbaycan, onun hədəfləri haqqında danışmaq lazımdır. Çünki Heydər Əliyev konkret dövr üçün bir siyasi liderin ömrünü yaşamayıb. Heydər Əliyev özünün bütün şüurlu həyatı boyu Azərbaycan xalqı, dövləti üçün hesablanmış, bir növ özü tərəfindən proqramlaşdırılmış tale və Tanrı tərəfindən Onun üzərinə qoyulmuş bir missiyanı həyata keçirib. Bu missiyanın ideoloji məzmunu azərbaycançılıqdı. Bu missiyanın konkret hədəfi müstəqil, güclü, zəngin Azərbaycan dövlətidir. Bu missiyanın həyata keçirilməsində onun əsas hərəkətverici qüvvəsi Azərbaycan xalqıdır və istinad nöqtələri isə milli mənəvi, mədəni tariximiz, siyasi-ictimai fikir tariximiz, milli dəyərlərimiz, keçdiyimiz yol, təbii sərvətlərimiz, elmimiz, təhsilimiz və digər amillərdir. Yəni bu gün Azərbaycan adına nə varsa, bu Ulu öndər Heydər Əliyevin istinad nöqtələri idi ki, xalqla birlikdə müstəqil dövlətin qurulmasında məhz bu amillərə istinad edirdi. Ən əsası isə Heydər Əliyev Azərbaycan xalqının birliyisiyasi təfəkkürünə istinad edərək, həm də onu müasir dövrə uyğunlaşdırıraq inkişaf etdirməyin yollarını müəyyənləşdirmişdi. Ona görə də, biz Heydər Əliyevdən danışarkən mütləq uğurlar, nailiyyətlər haqqında danışmalıyıq. Əlbəttə ki, bu uğurlar, nailiyyətlərin əldə olunması zamanı üzləşdiymiz çətinlikləri də vurğulayırıq. Bu çətinliklərdən Onun necə məharətlə, cəsarətlə, fədakarlıqla və qəhrəmanlıqla çıxdığını və Özü ilə birlikdə xalqını və dövlətini irəliyə apardığını qeyd edirik. Ümummilli lider Heydər Əliyev uğur simvoludur. Onun həyat tərzi, yaşamı, düşüncəsi, təfəkkürü uğur formuludur. Bu formul mütləq Azərbaycanı uğurdan uğura aparacaq. Odur ki, biz Onun həm birinci hakimiyyəti dövründə Azərbaycanı ittifaq respublikaları arasında ön cərgəyə çıxarmasının şahidiyik. Həmin dövrdə Azərbaycanı  bir növ müstəqillik həyatına hazırlaması, həm xalqı, həm respublikanı bu istiqamətə yönəltmək üçün lazımi qərarlar verməsi çox mühüm faktlardır. 1991-ci ildə isə müstəqilliyimiz elan olunandan sonra Azərbaycan məhv olmaq təhlükəsi ilə üz üzə qalanda  müstəqilliyimizin həqiqi mənada əldə olunması, onu əbədi, dönməz etməsi, Azərbaycanı təhlükələrdən çıxarması istiqamətindəki prosesilərin önündə getməsi Heydər Əliyevin böyüklüyünün göstəricisidir. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti və fədakarlığı sayəsində Azərbaycan öz mütəqilliyinin dönməzliyini təmin etdi.

Beləliklə də, həmin dövrdə Ulu öndər  Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və ölkənin intibahı başladı. Bu gün Heydər Əliyev  cismən aramızda olmasa da, mahiyyət etibarilə daim bizimilədir. Çünki bu günbiz məhz Onun müəyyənləşdirdiyi inkişaf yolu irəli gedirikuğurlar qazanırıq. Bu yolun davamçıları kimi biz Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Ona görə də, bu yolda da, yenə bizi uğurlar müşayiət edir. Qısa müddət ərzində Azərbaycan başqa ölkələrin on illərlə keçməli olduğu yolu keçib. Prezident İlham Əliyev 10 il ərzində buna nail olub. Dövlət başçısı Azərbaycanı çevik və sıçrayışlı inkişaf fazasına daxil edib. Bu gün Azərbaycan doğurdan da dünya ölkələrinin içərisində öz inkişafına, mövqeyinə, müstəqil siyasi iradəsinə görə seçilən bir mövqedə dayanıb.

- İyun ayının 12-də ölkəmizdə «Bakı-2015» birinci Avropa Oyunları start götürür. Bu hadisənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Elə bil ki, söz vaxtına çəkir. Biz 1993-cü ilin iyun hadisələrindən danışırıq. O dövrdə  hər birimiz nigarançılıq, gələcəyimiz üçün narahatçılıq keçirirdiksə, bu gün -  2015-ci ilin iyun ayında Azərbaycan böyük bir beynəlxalq tədbirə ev sahibliyi edir, O dünya miqyasında bir ilkə imza atır. Bu da birinci Avropa Oyunlarıdır ki, bu Oyunların əsası ölkəmizdə qoyulur. Azərbaycan bu tədbir vasitəsilə ötən illər ərzində əldə etdiyi bütün nailiyyətləri bir daha dünyaya nümayiş etdirmək imkanı qazanır. Bu  nailiyyətlərdən ilk növbədə gənc nəslin sağlam ruhda böyüməsi istiqamətində istifadə edirik. Eyni zamanda, Azərbaycan dünya xalqlarını və dövlətlərini bir araya gətirərək sülh, barış, əməkdaşlıq şəraitində yaşamaq mesajlarını təqdim edir. Bilirsiniz, 50-ə qədər ölkənin idmançıları Azərbaycanda toplaşacaq, dünya ölkələrinin diqqəti Azərbaycana cəmləşəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin özünün uğurudur. Bu onu göstərir ki, Azərbaycan bütün mənalarda belə oyunları keçirməyə qadirbuna imkanları olan ölkədir. Çox cəsarətlə bu yükün altına girib. Onun da öhdəsindən çox ləyaqətlə və məharətlə gəlir. Dünyaya da bu cür tədbilərin keçirilməsinin yeni nümunəsini, yeni standartını ortaya qoyur. Yeni bir idman yarışlarının bünövrəsi məhz Bakıda qoyulur. Odur ki, məhz Azərbaycan və Bakı dünya idman tarixinə, ictimai-siyasi, mədəni və humanitar  tarixinə daxil olur. Bunun özü çox əhəmiyyətlidir. Ona görə də, vaxtilə keçirdiyimiz narahatlıqlarımız, nigarançılıqlarımız və Azərbaycan üçün Heydər Əliyevin rəhbərliyi ilə bütövlükdə göstərilən çalışmalar bu gün özünün səmərəsini verir. Və Heydər Əliyev bu hədəfləri bizim qarşımıza qoyanda, bilirdi ki, ölkəmizin potensialı necədir. O, ölkənin çox böyük gücə malik olduğunu müəyyən edirdibu potensialı bir araya gətirərək xalqın və dövlətin inkişafına yönəltdi. Bu da həm regionun, həm də dünyanın qarşısında dayanan çağırışlara cavab olaraq ortaya çıxır.

Bu gün dünyada getdikcə artan münaqişələr, qarşıdurmalar, dini, etnik zəmində, geostrateji maraqların yaratdığı vəziyyət dünya xalqları üçün çox təhlükəli çağırışlardır. Bunun qarşılığında Azərbaycan belə bir çağırışla çıxış edir ki, biz insanları daha çox bir birinə yaxınlaşdıraq, sülh, əməkdaşlığa xidmət, sivilizasiaların bir birinə qovuşmasına xidmət edən fəaliyyətlər sərgiləyə bilərik. Bunun bir nümunəsini ortaya qoyuröz imkanlarını buna yönəldir. Həm də dünya güclərinə, siyasi güc mərkəzlərinə bir çağırışdır ki, siz də dünyanı müharibələrə yox, belə əməkdaşlığa sövq edən fəaliyyətlər sərgiləyə bilərsiniz. Azərbaycan özünün əldə etdiyi nailiyətlərdən bu istiqamətdə istifadə edir. Ona görə də, hesab edirəm ki, biz çox əhəmiyyətli bölgədə yerləşdiyimiz kimi, çox vacib maraqların toqquşduğu bölgədə yerləşdiyi kimi, eləcə də, dünya üçün vacib olan hədəflərin qovuşduğu bir məkana çevrilməkdəyik.

Hesab edirəm ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçəcək. Bu, sağlam düşüncəli insanları çox sevindirəcək. Bundan narahat olan, onu istəməyən qüvvələrin isə narahatlığını daha da artıracaq. Amma bu bizi narahat etmir. Çünki biz işimizin haqq işi olduğuna əminik. Ona da əminik ki, dünyanı sülh, ədalət xilas edəcək. Azərbaycanın təsadüfi deyil ki, həm ölkə içində, həm də xaricdə daim qarşıya hədəf kimi qoyduğu məsələ də sülhün, təhlükəsizliyin, ədalətin və əminamanlığın qorunmasıdır.

Hesab edirəm ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, həm öz xalqımıza, dövlətimizə töhfə vermiş oluruq, həm də, dünya miqyasında bu dəyərlərin bərqərar olması işinə çox ciddi töhfə veririk.

- Bahar xanım, 2015-ci il, həm , parlament seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının bu seçkilərə hazırlığı haqqında deyə bilərsiniz?

- Qəti şəkildə söyləmək istəyirəm ki, YAP-ın seçkilərə hazırlığı hər zaman olduğu kimi indi yüksək səviyyədədir. Bizim qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün gücümüz imkanlarımız yetərincədir. Ən əsası bizim təşkilati şəbəkəmiz, insani, maddi, texniki, siyasi resurslarımız istənilən anda seçki relsinə keçməyə imkan verir. Mən hesab edirəm ki, bir ay bundan sonra seçki keçirilməli olsa belə, YAP buna hazırdır. Bildiyimiz kimi, bu yaxınlarda partiyanın rayon şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib, yerli strukturlara konkret tövsiyə   tapşırıqlar verilib. Bütün işlər  qanunvericilik çərçivəsində həyata keçiriləcək. Beləliklə, yerli strukturlarımız öz işlərini bilirlər. Çünki YAP-ın bütün yerli strukturları sanballı təcrübəyə malikdir. Beynəlxalq seçki texnologiyalarını mənimsəmiş kadr potensialı var. Müşahidəçilərimizdən tutmuş, seçki komissiyalarının üzvləri, təbliğatçılar baxımından potensialımız böyükdür, eləcə , daim insanların maraqlarını ifadə edən şüarlarla çıxış edirik.

Bir sözlə, bizim seçki ilə bağlı narahatçılığımız yoxdur. Rəsmi start veriləndən sonra seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik. İnanıram ki, partiyamız qarşıdan gələn parlament seçkilərində yüksək nəticələr əldə edəcək. Hesab edirəm ki, YAP növbəti beş il üçün xalqdan, seçicilərdən çoxsaylı mandat alacaq. bu mandatımızla ölkə miqyasında həyata keçirilən siyasətə öz dəstəyimizi verəcəyik, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəli aparacağıq.

Bu seçkilərdə bir daha güclü siyasi təşkilat olduğumuzu sübut edəcəyik. Beləliklə, yeni seçki texnologiyaları tətbiq etməklə Azərbaycanın seçki təcrübəsini bir qədər zənginləşdirəcəyik. Bu seçkilərdə digər siyasi partiyalardan hansılarının istirak edəcəyini zaman göstərəcək, amma indidən deyə bilərəm ki, Azərbaycanın siyasi mühitində YAP-a yenə ciddi rəqib olmayacaq.

 

Səs.- 2015.- 12 iyun.- S.9.