Hüquqi dövlət: müasir
Qərb və müstəqil Azərbaycan KİV-nin
qarşılıqlı əlaqəsi
Qərbdə dünya şöhrəti qazanmış kütləvi informasiya vasitələrindən informasiya agentliklərindən ABŞ-ın Associated Press (AP) və United Press İnternational (UPİ), İngiltərənin Reuters, Fransanın isə Agence France Pressenin (AFP) adlarını çəkmək olar. Türkiyə tədqiqatçısı R.Nurdoğanın qeyd etdiyi kimi, "bu xəbər agentliklərinin dünyanın müxtəlif nöqtələrində büroları fəaliyyət göstərir və onlar 24 saat boyunca mütəmadi olaraq fasiləsiz informasiya hazırlayıb yayır". Dünyada xəbər axınının 80%-nin bu xəbər agentlikləri tərəfindən təmin edilir.
1848-ci ildə Nyu-Yorkda qəzetlər birliyi tərəfindən yaradılmış ABŞ-ın ən böyük xəbər agentliyi Associated Press (Mətbuat Birliyi) dünyanın 15 mindən çox media orqanlarına 1 milyardlıq oxucu kütləsi üçün xəbər və məqalələr göndərilir. Bu agentlik ABŞ-da gündəlik qəzetlərin 87,7 faizinə xidmət göstərir və qəzet dövriyyəsinin 98,7 faizini təşkil edir. Mətbuat Birliyinin 1,2 ölkəyə xidmət edən 308 xəbərlər və foto departameti var ki, onlar altı dildə xəbərlərin tərcüməsini çatdırır.
Beynəlxalq Birləşmiş Mətbuat (UPİ) 1909-cu ildən fəaliyyətdə olan Herst Beynəlxalq Xəbərlər Xidməti ("Herst İnternatsional News Service) ilə 1908-ci ildən işləyən Skirros Horvard Birləşmiş Mətbuatı ilə birləşərək müxtəlif tipli xəbərləri - qiymətli kağızlar və valyuta kursları Komissiyasının sənədlərini, peşəyə aid və müxtəlif jurnallardan və bülletenlərdən sitatları, maliyyə haqqında məlumatları satır və yayır: "Xəbərlər xidməti elə biznes sahəsi, elə birliklər və hökumət agentlikləridir ki, onlar həmişə xüsusi növ xəbərlər istəyirlər".
Qərbin beynəlxalq xidmətlər vasitələri dünyaya on milyon söz, minlərlə şəkil və yüzlərlə xüsusi radio reportajları ötürür. 24 saatlıq xəbər kanalı CNN davamlı xidmət mənbələrinə malikdir.
Dünyanın bütün radio və televiziya kanalları, qəzetləri demək olar ki, bu dörd böyük agentliyə AR, UPİ, Reuters və AFR-ə abunədir. Dünya üzrə xəbərlərin 65%-i ABŞ-dan, televiziya yayımlarının 30-70%-i Mərkəzi Avropadan alınır: "Beləliklə, üçüncü dünya ölkələri qabaqcıl sənayeləşmiş ölkələrdən 8 dəfə az radio, 15 dəfə az televiziya, 16 dəfə az qəzet kağızı istifadə edir".
Tədqiqatçılar dünyada qlobal media və kommunikasiyanın - "media imperializmi"nin meydana gəldiyindən xəbər verirlər.
Böyük Britaniyanın Bi-Bi-Si Britaniya Teleradio Verilişləri Korporasiyası dünya şöhrətli kütləvi informasiya vasitələrindən biridir. 1936-cı ildən "Ümumdünya xidməti kimi fəaliyyətə başlayan Bi-Bi-Si 1998-1999-cu illərdə 2 milyard 156 milyon dollar gəlir əldə etmişdir. 3000-dən artıq radio, televiziya və xəbərlər agentliklərindən verilən informasiyaları operativ surətdə analiz edərək çevik, etibarlı, lakin qərəzsiz yeniliklərlə çıxış edən Bi-Bi-Si-nin xidmətindən müxtəlif qurumlar və orqanlar da istifadə edir".
Bi-Bi-Si ilə Azərbaycan Respublikası arasında əlaqələr müstəqillik illərində genişləndi. 1992-ci ilin sentyabrında Bi-Bi-Si-nin beynəlxalq informasiya xidmətinin rəhbəri, əslən Cənubi Azərbaycandan olan Şəhrizad Xoraşian Azərbaycan Dövlət İnformasiya Agentliyində olmuş və Azərbaycan həqiqətlərini dünyaya yaymışdır.
Bi-Bi-Si-nin Monitorinq Xidmətinin əsas xidmətlərindən biri də Zaqafqaziya ölkələrindən daxil olan informasiyanı yüksək səviyyəli texnikanın köməyi ilə internet-beynəlxalq şəbəkəsi üzrə digər ölkələrə yaymaqdır. Bi-Bi-Si Monitorinqin köməyi ilə dünyanın hər yerindən operativ surətdə informasiya alınaraq Azərbaycanda yayımlanmışdır. Monitorinq qrupu Azərbaycanın xəbər agentliklərindən, aparıcı mətbuat vasitələrindən, dövlət və müstəqil teleradio şirkətlərindən alınan xəbərlərin qısa xülasəsini ingilis dilinə tərcümə edərək bülleten şəklində işıqlandırmışdır.
Beləliklə, göstərilən müxtəlif cür buraxılışlar, məcmuələr, xəbərlər vasitəsilə Bi-Bi-Si Azərbaycanın potensialı və eləcə də üzləşdiyi problemlər haqqında dünya ictimaiyyətini xəbərdar etmiş və onun respublikamız haqqında məlumat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmişdir.
1991-ci ildə internet artıq hamının mənəvi sərvətinə çevrildi. 2012-ci ildə internet 2,1 milyard insanı birləşdirdi: "İnformasiyanı ötürməyin telsiz sisteminin inkişaf tarixində bu gün mobil internet yeni istiqamət hesab olunur. Mobil internetin yaranması bilavasitə məlumat ötürə bilən CSD adlanan yeni texnologiya ilə əlaqədardır".
1998-ci ildə internetə mobil qurğu vasitəsilə daxil olmaq məhz CSD-lə mümkün oldu.
XX əsrin sonlarında rabitə texnologiyasında rəqəmsal istiqamət əsas yer tutdu. Yeni rəqəmsal rabitə dövrü meydana gəldi. Artıq XIX əsrdə səs və məlumatların ayrılması əvəzinə onların birləşməsi baş verir. Raket texnologiyanın meydana gəlməsilə telefoniya və teleqrafın imkanları birləşib vəhdət təşkil edir. Yeni bir termin "multimedia" termini meydana gəlir ki, burada informasiyanın bütün imkanlarını (səs, məlumat, efir şəbəkəsi) özündə əks olunur.
Dünya informasiya şəbəkəsi
olan internet KİV-in elektron
versiyalarının yaranmasına
səbəb oldu. Qəzetlərin elektron versiyaları ictimai rəyə güclü təsir qüvvəsinə malikdir.
İnternet transmilli qəzetlərin
yaranmasına şərait
yaratdı. İnterneti sivilizasiyanın
yüksək inkişaf
səviyyəsi və
mədəni fenomen kimi dəyərləndirirlər.
"Azərbaycan Respublikasının
inkişafı naminə
İKT üzrə MS-da
İKT-ni tətbiq etməklə telekommunikasiya
infrastrukturunun və internetin inkişaf etdirilməsi nəzərdə
tutulmuşdu:
- ölkədə yeni telekommuniksiya şəbəkələrinin, müasir
rabitə xətlərinin
yaradılması və
inkişaf etdirilməsi;
- verilənlərin ötürülməsi üçün
ölkə miqyaslı
şəbəkələrin, o cümlədən internet şəbəkəsinin
inkişaf etdirilməsi,
şəhər və
rayonlar arasında bu sahədə olan fərqlərin aradan götürülməsi;
- telekommunikasiya sahəsində
liberallaşdırma siyasətinin
aparılması, azad rəqabətə imkan verilməsi, verilənlərin
ötürülməsi şəbəkə
və kanallarının
təşkili və istismarı ilə məşğul olan ümummilli səviyyəli
verilənlər operatorlarının
formalaşması və
onların fəaliyyəti
üçün əlverişli
şəraitin yaradılması".
Fəlsəfə üzrə fəlsəfə
doktoru Bəhruz Quliyev yazır: "Qərb və Azərbaycan KİV-in inkişafında
oxşar cəhətlərdən
biri odur ki, Qərb ölkələrində
də Azərbaycanda da KİV-ə dövlət
yardım edir. Bu cəhətdən Avstriya, Fransa, Hollandiya, Norveç və İsveç fəallıq göstərir.
Hollandiya
və Norveçdə
KİV-ə dövlət dəstəyi
zamanı jurnalistlərin
və medianın müstəqilliyi məhdudlaşdırılmır. İsveçdə uğur və
nüfuzuna görə
ikinci yer tutan KİV-ə maliyyə
yardımı göstərir. Avstriya isə ehtiyacı
olan əksər mətbuat orqanlarına eyni miqdarda maliyyə
yardımı ayırır".
Qərb ölkələrində KİV hökumətin və dövlətin yürütdüyü
siyasət barədə
daha obyektiv məlumat əldə edə bilir, jurnalistlər daha çox peşəkar və məsuliyyətlidirlər. Mətbuat
və söz azadlığı KİV-də
ən ciddi və fundamental məsələlər
olduğundan "Qərb
ölkələrində azad
sözün, plüralist,
fərqli fikrin cəmiyyətdə bərqərar
olmasına şərait
yaratdı və
KİV sahəsində inkişafa
səbəb oldu.
Qərb ölkələrində, xüsusən
ABŞ-da hərbi
KİV-də analitik informasiyaya xüsusi diqqət yetirilir. Azərbaycana
nisbətən Qərb
ölkələrində dövlət
idarəçiliyinin informasiya
siyasəti və informasiya-analitik təminatının
iki əsrlik tarixi var. Belə ki, analitik informasiya Qərb ölkələrində XIX əsrin
sonu XX əsrin ortalarında həm dövlət, həm də qeyri-dövlət sektorunda inkişaf etmişdir. ABŞ-ın bütün strukturlarında analitik informasiya bölməsi mövcuddur ki, bunun köməyilə informasiyalar toplanır, təhlil edilir, proqnozlar və ssenari modelləri həyata keçirilir, dövlət idarəçiliyi
təkmilləşdirilir. Müasir
ABŞ dünyada innovasiya
prosesinin bir növ meneceri rolunu oynayır.
ABŞ-da hərbi,
kəşfiyyat və
mülki müəssisələrdə
analitik informasiya prinsiplərindən geniş
istifadə edilir. Bütün postsovet
ölkələrində olduğu
kimi Azərbaycanda da dövlət sektorunun analitik informasiya mənbəyindən
istifadə olunur.
F.ü.f.d. B.Quliyevin fikrincə,
1990-2000-ci illərdə ABŞ-da güclü milli informasiya infrastrukturu yarandı ki, onun da
əsas məqsədi
telekommunikasiya, informasiya
və kompüter texnologiyası sisteminin inkişaf konsepsiyasını
həyata keçirmək
idi. ABŞ telekommunikasiya texnologiyası və informasiya resursları ilə qarşılıqlı
əlaqə şəraitində
əhalini və hakimiyyət orqanlarını
informasiya ilə təmin edir. Burada müxtəlif telekommunikasiya
kompüterləşmiş sistem, internet və informasiya texnologiyasının
inkişafı sintez təşkil edir və tətbiqi xarakter daşıyır.
ABŞ-da informasiyanın
operativ və ətraflı təhlili üçün informasiya
texnologiyasına XX əsrin
90-cı illərində 600 milyard dollar, vəsait ayırmışdı. İnformasiya texnologiyanın inkişafına
425 proqram hazırlanmışdı.
Azərbaycanda hərbi nəşrlər
və verilişlər
azlıq təşkil
edir. Ermənistanla müharibə vəziyyətində
olan bir ölkə kimi vətənpərvərlik tərbiyəsini,
düşmənə nifrət
hissini gücləndirməlidir.
ABŞ-da hakim KİV özlərini
azad, asılı olmayan, obyektiv və neytral media hesab etdikləri halda Amerika tədqiqatçısı
M.Parenti onları
"çoxluq üçün,
amma azlığın
maraqlarında olan"
media adlandırır. Daha çox xalqın marağını təmsil
edən və heç bir korporasiyaya tabe olmayan Azərbaycan mediasından fərqli olaraq ABŞ KİV-i:
"Qəzet, jurnal,
radio, kino, televiziya korporativ Amerikanın ayrılmaz komponentləridir.
Onlar müxtəlif növ korporasiyaları edirlər.
2000-ci ilin məlumatlarına
görə, Amerikanın
səkkiz müxtəlif
növlü korporasiyası
milli kütləvi informasiya vasitələrinin
böyük hissəsinə
nəzarət edir.
1989-cu ildə belə
koporasiyaların sayı
iyirmi üç idi. ABŞ-da gündəlik çıxan
qəzetlərin 80%-i nəhəng qəzet konsernlərinə – "Gannett" və "Knight-Ridder"ə
aiddir və təmərküzləşmənin güclənməsi tendensiyası
dəyişməz qalır.
Hazırda Amerikanın
2%-dən az şəhərində digər
sahibkarlara məxsus rəqabət aparan qəzetlər nəşr
olunur".
ABŞ KİV-lərini izləyərkən təəssüf
ki, obyektivliyi, qərəzsizliyi, həqiqəti
özünün əsas
prinsipi hesab etmiş mətbuat orqanlarının qərəzli
mövqeyilə üzləşmək
olur.
ABŞ-ın məşhur "Vaşinqton-Post" qəzeti
öz səhifələrində
Azərbaycanın Dağlıq
Qarabağ ərazisini
Artsax, Xankəndini Stepanakert kimi təqdim edir, Dağlıq Qarabağın
Azərbaycana sovet dövründə zorla qatıldığını israr
edir, açıq ermənipərəst mövqedən,
ikili standartlar prinispindən çıxış
edir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 18 iyun.- S.15.