"Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayı

 

 Bu gün islamda ilin ayları arasında ən şəfaqətli müqəddəs ay hesab edilən Ramazan ayının ilk günüdür. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan "Qurani-Kərim" nazil olub. İlahi hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah din qarşısında vicdani borc vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin naqisliyin islah olunması, ağıl, iman iradənin saflaşması dövrüdür.İnsan bu ayın dua ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır 29-30 gün davam edir. "Qurani-Kərim"də yazılır:"Sübh açılınca, sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il böyük fərəh hissi könül xoşluğu ilə qarşılayır. İnsanların qəlbini ruhunu ilahi hikmətlə nurlandıran Ramazan ayı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

Qeyd edək ki, sovet hakimiyyəti dövründə islamın başqa ayinləri ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, islam dininə, onun ibadət ayinlərinə olan münasibət dəyişdi. 1993-cü ildən Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.

Hər il olduğu kimi, bu il Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə bayram tarixini əhatə edən xüsusi təqvim yaddaş kitabçası tərtib edib. Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə iyunun 18-nə təsadüf edir. Eydül-Fitr-Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir həmin gün bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada deyilir ki, builki Ramazan ayı ölkəmizin həyatında böyük ictimai-siyasi əhəmiyyətli hadisə olan ilk Avropa Oyunlarının keçirilməsi dövrünə təsadüf edir. Azərbaycanın beynəlxalq müstəvidə uğurlarından biri olan bu mötəbər tədbir zamanı ölkəmizə 50-yə yaxın dövlətin nümayəndələri, müxtəlif mədəniyyətlərin təmsilçiləri təşrif buyurublar. Azərbaycan dövlətinin iqtisadi, siyasi, sosial sahədə nailiyyətləri ilə yanaşı, dünyaya örnək sayılan tolerantlıq multikulturalizm sahəsində uğurlarını, dini-mənəvi dəyərlərə ehtiram qayğısını əyani şəkildə nümayiş etdirmək üçün imkan yaranıb. QMİ Qazılar Şurası Elmi-Dini Şurası din xadimlərimizə dindarlara tövsiyə edib ki, Avropa Oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər.

Fətvada o da diqqətə çatdırılıb ki, duaların qəbul olunduğu mübarək Ramazan ayında biz Allah-Taaladan dövlətçiliyimizin möhkəmlənməsi xalqımızın rifahı naminə böyük işlər görən Prezident İlham Əliyevə xeyir-dualar diləyirik:"Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli firavan gələcəyini, ölkəmizdə bütün dünyada sülhü əmin-amanlığı bərqərar etsin!"

Bütün xalqımızı mübarək Ramazanın gəlişi münasibətilə təbrik edirik.

      

ZÜMRÜD

Səs.- 2015.- 18 iyun.- S.10.