XOS GƏLDIN, 11 AYIN SULTANI!

 

 

"Allah-Taala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm"

 

Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:

1. Qurani-Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 2. Qurani-Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi" (əl-Bəqərə, 2/185) buyurmuşdur. 3. Qurani -Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir. 4. Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Qurani- Kərimdə "Sizdən kim bu aya çatdırsa oruc tutsun" (əl-Bəqərə, 2/185) buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazan ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: Ramazan ayparasının görülməsiylə  aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: "Ramazan ayının ayparasını görüncə, oruc tutun (Şəvval ayının) ayparasını görüncə, iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa, Şaban ayının günlərini otuza tamamlayın".

Niyyət

İnsanın orucun niyyətini qəlbindən keçirməsi ya məsələn, "sabah oruc tutacağam" deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-Taalaya bəndəçilik Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.

Orucu nələr batil edir?

Doqquz şey orucu batil edir:

1. Yemək içmək;

2. Cima (cinsi yaxınlıq);

3. İstimna (özündən məni xaric etmə);

4. Allahın, peyğəmbərin peyğəmbər canişinlərinin adından yalan danışmaq;

5. Hülqümə qatı toz tüstünün yetişməsi;

6. Başı bütövlüklə suya batırmaq;

7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi;

8. Axıcı şeylərlə imalə etmək;

9. Qusmaq.

 

Oruc tutmaq kimlərə vacib deyil?

Dörd halda oruc tutmaq vacib olmur:

1. Qocalıq məşəqqət səbəbindən;

2. Susuzluqdan əziyyət çəkən xəstələr;

3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə hamiləliyinə zərər olduqda;

4. Uşaq əmizdirən südü az olan qadınlar;

Ayın əvvəli (fitr bayramı) hansı yolla təyin olunur?

Ayın əvvəli beş yolla təyin olunur:

1. İnsan özü ayı görsə;

2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey);

3. İki adil kişi ayı gördüklərini desələr;

4. Aydan otuz gün keçmiş olsa;

5. Şəri hakim ayın başlaması barədə hökm versə.

 

(Ardı var)

Ramazan ayının 2-ci gününün duası: "Əllahummə qərribn fihi ila mərzatik və cənnibn fihi min səxətikə və nəqimatik və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin."

İlahi, məni bu gün razı olduğun əməllərə yaxın etbu gün məni Öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhmlisi!

 

İmsak: 04:39

İftar: 21:32

 

Hazırladı: SƏDAQƏT

Səs.- 2015.- 19 iyun.- S.6.